Son xəbərlər

 

“Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz. Mən onlara bizim bu qəhrəman əsgər və zabitlərimizin hüzurunda müraciət edərək deyirəm: Siz köçkün deyilsiniz, siz qayıdırsınız. Biz sizi qaytaracağıq. Bax, burada oturanlar, bizim minlərlə əsgər və zabitlərimiz sizi öz doğma dədə-baba torpaqlarınıza qaytarırlar. Biz Azərbaycan dövləti isə əlimizdən gələni edəcəyik ki, sizi tezliklə qaytaraq”.

“Qafqazinfo” xəbər verir ki,  bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə deyib. 

 

Dövlət başçısı bildirib ki, ilk növbədə təhlükəsizlik tədbirləri görülməlidir: 

“Mənfur düşmən o bölgələrdə demək olar ki, hər yerə minalar döşəyib. İndi minalardan təmizləmə prosesi getməlidir. Biz indi beynəlxalq təşkilatları da cəlb edəcəyik. Çünki qısa müddət ərzində bunu etmək üçün bizdə daxili imkanlar məhduddur. İlk növbədə, təhlükəsizlik, ondan sonra infrastruktur, ondan sonra bütün başqa bərpa məsələləri öz həllini tapacaq. Eyni zamanda, bildiyiniz kimi, bu 44 gün ərzində düşmən öz məğlubiyyətinin acısını mülki vətəndaşlardan çıxarmaq istəyirdi. Bunun nəticəsində 93 mülki şəxs həlak oldu, 400-dən çox mülki şəxs yaralandı, 3 mindən çox bina ya dağıldı, yandı, ya da ki, ziyan gördü. Mən artıq göstəriş vermişəm, bölgələrə qruplar göndərilir, vurulmuş ziyan hesablanır. Dağılmış bütün evlərin hamısı dövlət hesabına yenidən tikiləcək, zərər görmüş bütün evlər dövlət tərəfindən bərpa ediləcək. Vətəndaşlarımızın itirilmiş mülkiyyəti bərpa ediləcək, itirilmiş ev heyvanları vətəndaşlara veriləcək. Yəni, bizim vətəndaşlarımız tam əmin ola bilərlər ki, onların itirilmiş bütün mülkiyyəti bərpa ediləcək. Mən söz verirəm ki, onlar üçün tikiləcək evlər, əvvəlki evlərdən daha yaxşı olacaq, daha keyfiyyətli olacaq, daha geniş olacaq. Biz bunu edəcəyik. Bizim üçün xalqımızın rifahı, təhlükəsizliyi birinci məsələdir. Ancaq bu dövr ərzində mənim üçün ondan da vacib məsələ torpaqlarımızın qaytarılması idi, ərazi bütövlüyümüzün bərpası idi, bayrağımızın Şuşada ucaldılması idi, işğal altında olan bütün başqa torpaqlarda bayrağımızın qaldırılması idi. Buna nail olduq!”

01 Dekabr 2020 QƏLƏBƏMİZİN LAÇIN ZİRVƏSİ
24 Noyabr 2020 YOLUMUZ UZUNDU, MÜQƏDDƏSDİ
17 Noyabr 2020 Azərbaycanda Milli Dirçəliş Günüdür
14 Noyabr 2020 “Ermənistan aldığı yaradan özünə gələ bilməyəcək” - Politoloq
13 Noyabr 2020 İTV-nin Qarabağ bürosu açılır
12 Noyabr 2020 Prezidentdən Konstitusiya Günü ilə bağlı paylaşım
12 Noyabr 2020 MİLLİ QÜRUMUZU QAYTARAN ŞƏXSİYYƏT
10 Noyabr 2020 “Türkiyə atəşkəs rejimində fəal yer alacaq”
18 Oktyabr 2020 Rumıniyanın sabiq Baş Nazirindən Prezidentə məktub
18 Oktyabr 2020 “Gəncəyə hücumlardan böyük kədər hissi keçiririk”
18 Oktyabr 2020 Prezident Xudafərin körpüsü ilə bağlı paylaşım etdi
26 Sentyabr 2020 Uşaq hansı yaşda xarici dil öyrənməlidir? – Ekspertlər
25 Sentyabr 2020 DİQQƏT! Onkoloji xəstəlikdən əziyyət çəkən yeniyetmənin sizin köməyinizə ehtiyacı var – FOTOLAR
23 Sentyabr 2020 Prezidentlə xanımı Balaxanıda oldu
22 Sentyabr 2020 AVP-Dən Iddialarla Bağlı AÇIQLAMA
22 Sentyabr 2020 “Belə davam etsə, tədris prosesi yenidən dayanacaq”
16 Sentyabr 2020 “Qışda peyvənd tapılmasa da, COVID-19 adi xəstəlik kimi olacaq”
15 Sentyabr 2020 Türkiyə mediası Əli Həsənovu FETÖ-çü adlandırdı
15 Sentyabr 2020 Prezident müəllim və şagirdlərə müraciət etdi
05 Sentyabr 2020 ADAU rəqib tanımır
04 Sentyabr 2020 Korrupsiya İdarəsi bu qurumda əməliyyat keçirdi
04 Sentyabr 2020 İlham Əliyev və xanımı ADA-nın yeni korpusunda
04 Sentyabr 2020 İlham Əliyev və xanımı ADA-nın yeni korpusunda
03 Sentyabr 2020 Rövşən Pənahov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
31 Avqust 2020 Könül Nurullayeva fəaliyyəti ilə bağlı hesabat verdi
27 Avqust 2020 Mehriban Əliyevadan təşəkkür
26 Avqust 2020 "Mehriban xanıma möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətində yeni-yeni uğurlar arzulayıram"
26 Avqust 2020 "Biz, Azərbaycan vətəndaşları olaraq Mehriban xanımın ətrafında sıx toplaşmağa hazırıq!" - Fuad Heydər
25 Avqust 2020 Prezident Şoyqunu qəbul etdi - Foto
25 Avqust 2020 Komitə qadağa qoysa da, ATV-nin keçmiş prezidenti əməl etmir