Son xəbərlər

 

“Məktəblərdə şagird və müəllimlər arasında koronavirusa yoluxma halları baş verib. Bu, gözlənilən idi. Çünki qabaqlayıcı tədbirlər yox həddindədir. Bu gedişlə 2 həftə sonra tədris prosesi dayandırılacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə yazıb. O, qeyd edib ki, bu gün Bakı şəhərində 30-dan çox məktəbin qarşısında monitorinq aparıb. Müəyyən edib ki, valideynlər məktəbə buraxılmır. Ekspert vurğulayıb ki, amma bu, həll yolu deyil:

“1. Şagirdlər məktəbə eyni girişdən daxil olub, elə həmin girişdən də çıxmamalıdırlar. Dərslər növbəli olduğuna görə bir qrup dərsdən çıxanda o biri daxil olur və qapının ağzında sıxlıq yaranır. Məktəbin bir neçə çıxışı istifadə edilməlidir.

 

2. Məktəbin qarşısında valideynlərin sıxlığının yaranmaması üçün xüsusi işarələnmə olmalı və valideynlər ancaq xüsusi işarələnmiş yerlərdə dayanmalıdırlar.

3. Bilirəm, bu, bir az çətin olacaq, amma yaşlı şəxslərin şagirdləri məktəbə gətirməsinə bir müddət məhdudiyyət qoyulmalıdır.

Mövcud vəziyyət davam etsə, 2 həftə sonra tədris prosesi yenidən dayanacaq”.

Qeyd edək ki, Təhsil Nazirliyi Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyətinin distant formaya keçirildiyini açıqlamışdı. Həmçinin, 21 sentyabr 2020-ci il tarixinə olan məlumata görə, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfər koronavirusa yoluxub. Həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməyiblər. Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olublar.

18 Oktyabr 2020 Rumıniyanın sabiq Baş Nazirindən Prezidentə məktub
18 Oktyabr 2020 “Gəncəyə hücumlardan böyük kədər hissi keçiririk”
18 Oktyabr 2020 Prezident Xudafərin körpüsü ilə bağlı paylaşım etdi
26 Sentyabr 2020 Uşaq hansı yaşda xarici dil öyrənməlidir? – Ekspertlər
25 Sentyabr 2020 DİQQƏT! Onkoloji xəstəlikdən əziyyət çəkən yeniyetmənin sizin köməyinizə ehtiyacı var – FOTOLAR
23 Sentyabr 2020 Prezidentlə xanımı Balaxanıda oldu
22 Sentyabr 2020 AVP-Dən Iddialarla Bağlı AÇIQLAMA
16 Sentyabr 2020 “Qışda peyvənd tapılmasa da, COVID-19 adi xəstəlik kimi olacaq”
15 Sentyabr 2020 Türkiyə mediası Əli Həsənovu FETÖ-çü adlandırdı
15 Sentyabr 2020 Prezident müəllim və şagirdlərə müraciət etdi
05 Sentyabr 2020 ADAU rəqib tanımır
04 Sentyabr 2020 Korrupsiya İdarəsi bu qurumda əməliyyat keçirdi
04 Sentyabr 2020 İlham Əliyev və xanımı ADA-nın yeni korpusunda
04 Sentyabr 2020 İlham Əliyev və xanımı ADA-nın yeni korpusunda
03 Sentyabr 2020 Rövşən Pənahov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
31 Avqust 2020 Könül Nurullayeva fəaliyyəti ilə bağlı hesabat verdi
27 Avqust 2020 Mehriban Əliyevadan təşəkkür
26 Avqust 2020 "Mehriban xanıma möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətində yeni-yeni uğurlar arzulayıram"
26 Avqust 2020 "Biz, Azərbaycan vətəndaşları olaraq Mehriban xanımın ətrafında sıx toplaşmağa hazırıq!" - Fuad Heydər
25 Avqust 2020 Prezident Şoyqunu qəbul etdi - Foto
25 Avqust 2020 Komitə qadağa qoysa da, ATV-nin keçmiş prezidenti əməl etmir
24 Avqust 2020 “Sahibkar ancaq dövlətin vergisini ödəməlidir, heç kimə heç bir vəsait ödənilməməlidir”
24 Avqust 2020 Məharət Mustafayev bu maddələrlə ittiham olunur
24 Avqust 2020 Daha bir rayona icra başçısı təyin edildi
22 Avqust 2020 Bu gün Elçibəyin anım günüdür
21 Avqust 2020 “Bu stansiyanın ömrü uzadıldı, onilliklər ərzində bizə xidmət göstərəcək”
21 Avqust 2020 Həbsdəki icra başçılarının sayı 6-ya çatdı...
20 Avqust 2020 Kürdəmir icra başçısının aldığı rüşvətlər açıqlandı
10 Avqust 2020 İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində — FOTO
08 Avqust 2020 Deputat həmyerlilərini təbrik etdi