Son xəbərlər

 

 

       

    24 saylı Nizami 1-ci seçki Dairəsinin deputatı Könül Nurullayeva son 3 ay ərzində (iyun, iyul, avqust) ona gələn müraciətlərin hesabatını açıqlayıb.

 

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkə və telefon vasitəsilə ümumilikdə 478 müraciət daxil olub. Müraciətlər təkcə Nizami rayonu ilə məhdudlaşmayıb, o cümlədən respublikanın müxtəlif bölgələrindən və rayonlarından da daxil olub. Müraciətlərin 83,1 % müsbət həll olunmuş, digər müraciətlər isə icra mərhələsindədir. Daxil olan müraciətlər maddi yardım, işə

qəbul, tibbi müayinə və müalicəyə kömək, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əsgərlərimizə yardım məqsədilə könüllü olaraq təkərlərin göndərilməsi və digər sahələri əhatə edib. Yazılı müraciətlər həll edilməsi üçün aidiyyatı üzrə - 47,3 % müxtəlif dövlət və qeyri-dövlət qurumlarına, 38,7% Mərkəzi İcra Hakimiyyəti orqanlarına, 14% isə Yerli İcra Hakimiyyəti orqanları üzrə yönləndirilib.

 

Millət vəkili son 3 ay ərzində birbaşa və onlayn formatda ümumilikdə 196 seçici qəbulu həyata keçirib. 1837 nəfərə yardım göstərilib. Onlardan 272 nəfər birdəfəlik maddi yardım, 1565 nəfər isə Qurban bayramı sovqatı ilə təmin edilib.

Nizami rayonunda yaşayan gənclərin məşğulluğunun təmin olunması və asudə vaxtlarını səmərəli keçirmələrinə yönələn “Gənclər üçün Yay təcrübə məktəbi” layihəsi çərçivəsində qeydiyyatdan keçmiş 678 nəfər arasından 92 iştirakçı seçilib. Bu müddət ərzində layihə iştirakçılarına karantin qaydaları çərçivəsində peşəkar təlimçilər tərəfindən ümumilikdə 11 təlim və master-klass keçirilib və hələ də təlimlər davam etməkdədir.

Millət vəkili son 3 ay ərzində bir çox yerli və beynəlxalq platformalarda da iştirak edib. Belə ki, K.Nurullayeva İslam Əməkdaşlıq Təşkilatının media orqanı olan İnformasiya Agentlikləri Birliyinin “Dinlər və Mədəniyyətlərin ardıcılları arasında birgəyaşayış və harmoniya yollarının birləşdirilməsi”, “Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının Beynəlxalq Gənclər gününə həsr olunmuş “Beynəlxalq təhlükəsizlik və sülhün qorunmasında gənclərin rolu”na həsr olunmuş videokonfranslarda, həmçinin İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) İcraiyyə Komitəsinin 2021-ci ildə Konyada keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları ilə bağlı yaradılmış Əlaqələndirmə Şurasının Konyadakı Oyunların Təşkilat Komitəsi ilə birgə növbəti videokonfransda çıxış edib, eyni zamanda Xorvatiyanın Azərbaycana təyin olunan ilk fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçlə rəsmi görüşdə və Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” adlı esse müsabiqəsinin iştirakçıları ilə onlayn görüşdə iştirak edib.

Son 3 ayda K.Nurullayevanın Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü kimi fəaliyyəti də səmərəli olub. Belə ki, bu müddətdə K.Nurullayeva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin videokonfransında “Süni intellektdən istifadənin yaratdığı ayrıseçkiliyin qarşısının alınması”  mövzusu üzrə, eyni komitənin digər toplantılarında  isə “Qadınlara qarşı törədilən namus cinayətləri” və “Böhran və pandemiya dövründə insan haqlarının qorunması: bərabərlik və ayrı-seçkilik hüququ” mövzusu üzrə məruzələrlə çıxış edib.

Millət vəkili eyni zamanda Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə dünya KİV-lərində də məqalələrlə çıxış edib. Belə ki, son 3 ay ərzində K.Nurullayevanın təhlil xarakterli məqalələri və açıqlamaları Türkiyənin 17 xəbər agentlikləri, eyni zamanda 3 Avropa, 2 ərəb ölkələri mətbuatı tərəfindən dərc edilib. Bütün məqalələrdə millət vəkili beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın ərazi bütövlüyünun qorunması, Ermənistanın sərhəd təxribatları və uzun illərdən bəri davam edən işğal siyasətinə yönəldib. ATƏT-in Minsk Qrupunun həmsədrlərindən məsuliyyəti və işğalçıya təzyiqi artırmaq tələb olunmuş, eyni zamanda münaqişə bölgəsində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyətin məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

 







 
15 Yanvar 2021 Bu gün "Vikipediya" internet şəbəkəsinin yaradılmasının 20 ili tamam olur
15 Yanvar 2021 Prezident azad edilmiş torpaqlara keçdi - Video
15 Yanvar 2021 Lerikdə şəhid və qazi ailələri qayğı və diqqətlə əhatə olunur.
12 Yanvar 2021 Bakıda Milli Qəhrəmanın adını daşıyan küçə bərbad vəziyətdədir.
12 Yanvar 2021 Bir ailədən müharibəyə gedən 5 nəfər
11 Yanvar 2021 3 ölkə liderlərinin Moskvaya toplaşması... – İlham Əliyev
11 Yanvar 2021 İlham Əliyevin Moskva səfəri başa çatdı
11 Yanvar 2021 MTRŞ Speys TV ilə bağlı qərar verdi
09 Yanvar 2021 Elcan Məmiyev: Tənqid olar, amma təhqirə qarşıyam
04 Yanvar 2021 Prezident və xanımı Teymur Rəcəbovu təbrik etdi
29 Dekabr 2020 “Kəlbəcərin azad olunmasına görə” təltif edilənlərin siyahısı açıqlandı
28 Dekabr 2020 “Azərbaycanın istifadə etdiyi taktiki üsullar dünya hərb elmi üçün yenilikdir”
28 Dekabr 2020 ZOOMDA KONFRANS KEÇİRİLDİ: MÜBARİZ MƏNSİMOVUN AZAD EDİLMƏSİ ÜÇÜN QƏTNAMƏ QƏBUL OLUNDU!
27 Dekabr 2020 Qalib dövlətin qalib lideri!
27 Dekabr 2020 Şevçenko Azərbaycanla bağlı film hazırladı - Video
24 Dekabr 2020 Elcan Məmiyev: İlham Əliyev Qalib sərkərdə, Müzəffər Ali Baş Komandandır!
23 Dekabr 2020 Cənab Prezidentin verdiyi bütün vədlər gerçəkliyə çevrilir
22 Dekabr 2020 Tarix yazan qəhrəmanlar!
20 Dekabr 2020 Mehriban Əliyevanın təşəbbüsü ilə hərbçilərimizə dəstək aksiyasına başlanıldı - Fotolar+Video
18 Dekabr 2020 “Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edirdi”
18 Dekabr 2020 “Bizi qorxutmağa çalışırdılar ki, erməni tankları Bakının küçələrində olacaq”
17 Dekabr 2020 Qələbəmizin .şəhidləri və şahidləri.!
17 Dekabr 2020 “Əminəm ki, həmin videoları görən dünya müsəlmanları...”
17 Dekabr 2020 “Ərdoğan kişi adamdır, quyruq bulamır”
17 Dekabr 2020 “Ali Baş Komandanın əmrində, xalqımızın xidmətindəyik”
08 Dekabr 2020 Taleh Qaraşov onlayn müşavirə keçirib - FOTO
01 Dekabr 2020 QƏLƏBƏMİZİN LAÇIN ZİRVƏSİ
24 Noyabr 2020 YOLUMUZ UZUNDU, MÜQƏDDƏSDİ
17 Noyabr 2020 Azərbaycanda Milli Dirçəliş Günüdür
14 Noyabr 2020 “Ermənistan aldığı yaradan özünə gələ bilməyəcək” - Politoloq