Prezident İlham Əliyev avqustun 25-də Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

“Qafqazinfo” xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib:

-Hörmətli cənab nazir, sizi yenidən Azərbaycanda görməyimə şadam. Mən sizinlə əvvəlki görüşümüzü xatırlayıram. Təqribən bir il bundan əvvəl siz bizim ölkəmizə gəlmişdiniz. O vaxt Bakıda MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilirdi. Bu gün Bakıda Ordu Oyunlarının bir hissəsi olan “Dəniz Kuboku” yarışı açılır. Bildiyiniz kimi, Azərbaycan ənənəvi olaraq Ordu Oyunlarında iştirak edir və ənənəvi olaraq “Dəniz Kuboku” yarışlarına ev sahibliyi edir. Düşünürəm ki, bu yarışlar bundan sonra da həmin yarışlarda iştirak edən bütün ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəkdir.

Ordu Oyunlarının təşəbbüskarı Rusiyadır və əsas yarışlar da Rusiya ərazisində keçirilir. Bizim tankçılar tank biatlonunda iştirak edirlər. Bu, görüşmək və hərbi sahədə əməkdaşlığımızın perspektivi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparmaq üçün yaxşı imkandır. Bu məsələlər bizim dövlətlərarası münasibətlərimizin çox geniş gündəliyinin tərkib hissəsidir.

Lap yaxın günlərdə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin ilə telefon söhbətimiz olub. Söhbət zamanı biz regional təhlükəsizliklə, regional problemlərlə bağlı məsələləri müzakirə etdik. Sabah Azərbaycanın Xarici İşlər nazirinin Rusiya Federasiyasına rəsmi səfəri başlanır. Əminəm ki, xarici siyasət idarələrinin rəhbərləri arasında aparılacaq müzakirələr faydalı olacaq. Onlar münasibətlərimizdə yaranmış dinamikanı, habelə əlaqələrimizin inkişaf perspektivlərini müzakirə edəcəklər. Bir sözlə, dialoq gedir və şadam ki, siz yenə bizə gəlmisiniz. Azərbaycanda vaxtınızın xoş keçməsini arzu edirəm.

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu deyib:

-Sağ olun hörmətli cənab Prezident. Mənim üçün Azərbaycana səfər həmişə fikir mübadiləsi aparmaq və regional təhlükəsizlik məsələlərini, həmçinin bizim hərbi və hərbi-texniki əməkdaşlığımızla bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Burada prezidentlərə məruzə etməli, müzakirə olunmalı məsələlər var. Bütün dünyanı bürümüş pandemiya təəssüf ki, bizim əməkdaşlıq planlarımıza da təsir göstərir. Lakin mən əminəm ki, bu gün mənim həmkarım, Azərbaycanın Müdafiə naziri ilə pandemiya ucbatından gerçəkləşdirə bilmədiyimiz məsələlərin əvəzini necə çıxmağı və bu gün mövcud olan qrafikə və rejimə necə daxil olmağı müzakirə edəcəyik.

Dünən Azərbaycan heyəti start götürdü. Biz onu müşahidə edirdik. Heyət heç də pis start götürmədi. Mən tank biatlonunu nəzərdə tuturam. Azərbaycan komandası qalan yarışlarda da kifayət qədər yaxşı çıxış edir. Mən bu komandaya uğurlar arzu edirəm. Əlbəttə, bu tədbirlər və keçirilən sərgi dünyada geniş işıqlandırılır. Onu da qeyd etməmək olmaz ki, bizim bu sərgidə göstərdiklərimiz bu gün üçün ən müasir silahlardır. Bu gün biz mənim həmkarımla bunu da müzakirə edəcəyik. Ümidvaram ki, əldən çıxmış fürsətləri orada bərpa etmək imkanı olacaq. Digər tərəfdən bizi sevindirməyə bilməz ki, Azərbaycan və onun komandası ənənəvi olaraq Xəzərdə keçirilən yarışlara ev sahibliyi edir. Bu yarışlar həmişə yüksək səviyyədə keçirilir. Ona görə ki, burada ənənəvi qonaqpərvərlik və bu yarışların təşkili, əlbəttə, ən yüksək səviyyədədir. Əvvəllər bu yarışlar on ölkədə keçirilirdi, lakin təəssüf ki, pandemiya səbəbindən ölkələrin sayı beşə enib. Xoşbəxtlikdən, Azərbaycan bu beşlikdə qalıb. Sağ olun ki, bizimlə görüşməyə vaxt və imkan tapmısınız.

 


  
 
28 Mart 2024 “Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdıq” - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mart 2024 Qarabağı viran qoyan avantüristlər… - İrəvan
28 Mart 2024 Taksilərdə videokameralar quraşdırılacaq - Tarix
28 Mart 2024 AB Şurasının üzvləri Cənubi Qafqaza gəlir
28 Mart 2024 Fransızların terakt xofu 10 üzərindən 7 baldır
28 Mart 2024 Bu gün onların günüdür
28 Mart 2024 Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
28 Mart 2024 NATO-Ermənistan “nikah”ına hazırlıq gedir - RAKURS
28 Mart 2024 Xocalıya qayıdış bu tarixdə başlayacaq" - ŞƏRH EDİLDİ
28 Mart 2024 Ailə hüququ dedikdə nə başa düşülür? - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Muzdlu kölənin arzuları: Rasmussen yeni müharibə istəyir
28 Mart 2024 "Bu qidalar mənşəyi məlum olmayan xəstəliklərə gətirib çıxara bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Rusiyanın Baltikyanı ölkələrə hücum ehtimalı... - Putin
28 Mart 2024 Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!
28 Mart 2024 İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma
27 Mart 2024 Bayramdan sonra səmənini nə edək? - FİLOLOQ AYDINLIQ GƏTİRDİ
27 Mart 2024 Sülh sazişinin prinsipləri razılaşdırıldı - Paşinyan
27 Mart 2024 31 mart 1918-ci il soyqırımı gerçəkləri - MÜSAHİBƏ
27 Mart 2024 “Onların iş adamının bir dönərinə ehtiyacı yoxdur” - EKSPERT TƏNQİD ETDİ
27 Mart 2024 ABŞ Kremli son kozırdan məhrum edə bilər..?
27 Mart 2024 “Efiri bazar səviyyəsinə endirən telekanallar cəzalandırılmalıdır” - EKSPERT SƏRT DANIŞDI
26 Mart 2024 Hayların ABSURD TORPAQ İDDİALARI - TƏHLİL
26 Mart 2024 İrəvan öz yalanlarına aldanır
23 Mart 2024 Heç kim bunu bacarmayacaq - Putin
23 Mart 2024 Şərəfli ömürün daha bir baharı
22 Mart 2024 İtaliya portalı Novruz adət-ənənələrindən yazıb
22 Mart 2024 "Qərb dairələrinin əsl məqsədi..." - MÜNASİBƏT BİLDİRİLDİ
22 Mart 2024 Düşmən dəyirmanına su tökən XƏYANƏTKAR – TƏHLİL
22 Mart 2024 Kamaləddin Qafarov: “Novruz bayramı Xankəndiyə də gəldi”