Son xəbərlər

 



Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonuna səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

***

İlham Əliyev 320 şagird yerlik Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib. Dövlət başçısına binada yaradılan şərait barədə məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin 2017-ci il 5 avqust tarixli Sərəncamına əsasən tikilən Balakən Uşaq İncəsənət Məktəbi üçmərtəbəli binadan ibarətdir və 320 şagird yerlikdir. Sahəsi 3232 kvadratmetr olan məktəbdə 45 sinif otağından əlavə musiqi alətlərinin saxlanması və xoreoqrafiya zalı, heykəltaraşlıq və rəssamlıq emalatxanaları, səsyazma studiyası, kitabxana yaradılıb. Məktəbin 177 nəfərlik akt zalında tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Uşaq İncəsənət Məktəbində hazırda 288 şagird təhsil alır və 64 müəllim çalışır.

***

İyulun 29-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib. İlham Əliyev tədbirdə iştirak edib.

Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlət başçısına məlumat verdi ki, bu şəbəkə tərəfindən 21353 əhali, 1806 qeyri-əhali abonenti olmaqla, ümumilikdə 23159 abonentə xidmət göstərilir. Rayonun elektrik təchizatının yaxşılaşdırılması, abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması məqsədilə Katex kəndindəki 110/6 kV-luq "Qafqaz" yarımstansiyasında əsaslı yenidənqurma işləri aparılıb, 35/6 kV-luq "Kortala" yarımstansiyası tikilib, 35 kV-luq "Kortala" hava xətti çəkilib. Rayon ərazisində köhnə tipli 36 komplekt transformator məntəqələri müasirləri ilə əvəz olunub, yeni hava və kabel xətləri çəkilib və 1872 müxtəlif gərginlikli dayaq quraşdırılıb. 6 kəndin açıq naqillərdən ibarət olan 0,4 kV-luq şəbəkələrində yenidənqurma işləri aparılıb.

Bildirilib ki, Ağıllı Şəbəkələr konsepsiyasına uyğun olaraq Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi yaradılıb və xüsusi proqram təminatı vasitəsilə elektrik enerjisinin alış nöqtəsindən istehlak nöqtəsinə qədər bütün mərhələlərdə şəbəkənin idarə olunması, balansın real-vaxt rejimində və texnoloji itkilər müəyyənləşdirilərək təhlil edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi, xətlər üzrə yük parametrlərinin virtual arxivləşdirilməsi, elektron xəritə vasitəsilə abonentlərin müraciətlərinə əsasən texniki şərtlərin verilməsi, istehlakçıların elektrik şəbəkəsinə qoşulması barədə sənədlərin hazırlanması işləri həyata keçiriləcək. Mərkəz, həmçinin yüksək və aşağı gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsində, sərfiyyat göstəricilərinin monitorinqinin aparılmasında, elektrik şəbəkələrində açılma və qoşulmaların real-vaxt rejimində qeydiyyatında xüsusi rol oynayacaq.

Qeyd edilib ki, görülmüş tədbirlər və qoyulmuş investisiyalar nəticəsində Balakən elektrik şəbəkəsində itkilər 5,2 faiz azalıb, 10,0 milyon kilovat-saat elektrik enerjisinə qənaət olunub. Faydalı elektrik enerjisinə görə yığım göstəriciləri 87 faizə çatdırılıb.

Sonra Prezident İlham Əliyev şəhərin kommunal təsərrüfatı üçün alınan texnikaya baxdı.

Bildirilib ki, bu məqsədlə Gəncə avtomobil zavodunun istehsalı olan iki traktor, bir traktor qoşqusu və küçə süpürən texnika Balakənə gətirilib.

***

Prezident yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışında iştirak edib. Tədbir çərçivəsində Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun da təqdimatı olub.

***

İlham Əliyev Balakən rayonunda “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub. Dövlət başçısına təsərrüfat barədə məlumat verilib.

***

Bildirilib ki, 2012-ci ildə Katex və Beretbinə kəndlərində yaradılan “Bal Meyvə” bağçılıq təsərrüfatında 9 növ olmaqla 95 min alma və 4 növdə 3 min armud tingləri əkilib. Bundan əlavə, Beretbinə kəndində 15 hektar ərazidə 5 növdə 6500 gavalı və 2 növdə 2 min nektarin tinglərinin əkildiyi bağlara aqrotexniki, aqrokimyəvi xidmətlər göstərilir və bu bağlarda müasir “damcı” suvarma sistemi qurulub.

Məlumat verilib ki, 2020-ci ilin əvvəlində meyvələrin xüsusi şəraitdə saxlanılması üçün tutumu 1300 ton olan soyuducu anbarın tikintisinə başlanıb və sentyabrda onun istifadəyə verilməsi nəzərdə tutulub. Bağın 6 hektar ərazisində balıqçılıq təsərrüfatı üçün göl yaradılıb və burada 3 növ balıq bəslənilir.

Diqqətə çatdırılıb ki, təsərrüfatda daimi olaraq 80 nəfər işçi çalışır, yığım vaxtı isə 200-dən çox rayon sakini mövsümi işlərə cəlb olunur.

Qeyd edək ki, ötən il təsərrüfatda 1200 ton meyvə istehsal edilib, bu il 1400 ton, 2023-2024-cü illərdə isə 2000 tondan çox meyvə istehsalı nəzərdə tutulub.

 





 
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 İsrail-İran savaşı, yoxsa… - RAKURS
16 Aprel 2024 “Azərbaycana heç vaxt belə paşinyanlar lazım olmayıb” - DEPUTAT TƏNQİD ETDİ
16 Aprel 2024 “Vətəndaşları bu eybəcər plana alət edə bilməyəcəklər” - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 Müharibələr meydanına çevrilən dünyanın TƏHLÜKƏSİZLİK ADASI – TƏHLİL
16 Aprel 2024 "Qərb Tekstil" 1 milyon dollara özəlləşdirildi
16 Aprel 2024 İran bütün Yaxın Şərqi təhdid edir - Netanyahu
15 Aprel 2024 “Təəssüf ki, Ermənistan belə güc mərkəzlərinin əlində vasitəyə çevrilib” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
15 Aprel 2024 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
15 Aprel 2024 Dollar dünyada yenidən güclənir: avro ucuzlaşdı
15 Aprel 2024 Hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir
14 Aprel 2024 Papa İsrail və İrana çağırış etdi
14 Aprel 2024 Millət vəkili Məşhur Məmmədov: “Zərifə Əliyevanın bioqrafiyası hər bir xanıma örnəkdir“
14 Aprel 2024 İranın İsrailə hücumunun gerçəkləri: plan nə idi? – 8 maddə
14 Aprel 2024 Kamaləddin Qafarov: “Zərifə xanım Əliyevanın həyatı gözəl bir örnəkdir”