Son xəbərlər

 

İyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib.

Müdafiə Nazirliyi xəbər verir ki, II Fəxri Xiyabanda baş tutan vida mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini general-leytenant Yaşar Əliyev, Prezident Administrasiyasının Silahlı Qüvvələrlə iş sektorunun müdiri general-leytenant Elşad Babayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ictimaiyyət nümayəndələri, mərhumların xidmət yoldaşları şəhidlərimizin ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasim zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçularımızın ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərimizin ailə üzvlərini və bütün mərasim iştirakçılarına şəhidlərimizin qanının yerdə qalmadığını və bundan sonra da qalmayacağını bildirib.

Müdafiə naziri şəhidlərimizin tabutu üzərindəki üçrəngli Azərbaycan Bayrağını əbədi xatirə qalması üçün onların ailələrinə təqdim edib.

General-mayor P.Həşimovun qardaşı İlham Həşimov və polkovnik İ.Mirzəyevin oğlu Elvin Mirzəyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə vida mərasiminin yüksək səviyyədə təşkil olunduğuna görə dərin minnətdarlıqlarını bildiriblər.

E.Mirzəyev atasının yolunu davam etdirərək zabit kimi Azərbaycan Ordusu sıralarına qatılacağına, atasının və bütün şəhidlərimizin qisasını alacağına söz verib.

08 Avqust 2020 Deputat həmyerlilərini təbrik etdi
06 Avqust 2020 Səttar Möhbalıyev: Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir - Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi
06 Avqust 2020 “Qeyri-ərzaq mağazaları açılmalıdır” - Fəzail Ağamalı
06 Avqust 2020 Sevindik Hətəmov: Dövlət başçısı bütün vacib məsələləri xalq ilə bölüşür, həm məsləhətləşir, həm öz fikirlərini, öz siyasətini deyir və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edir
04 Avqust 2020 Prezident yeni parkda görüləcək işlərlə tanış oldu - Fotolar
04 Avqust 2020 Fəttah Heydərov dəfn edildi - Fotolar
04 Avqust 2020 Fəttah Heydərov vəfat etdi
30 İyul 2020 Prezident “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub - Fotolar + Video + Yenilənib
30 İyul 2020 Balakəndə “ASAN xidmət” açıldı - Fotolar + Video + Yenilənib
29 İyul 2020 Prezident yeni mərkəzin təməlini qoydu - Foto
29 İyul 2020 İlham Əliyev yol çəkilişi ilə tanış oldu - Foto
28 İyul 2020 Budur ermənilik!
28 İyul 2020 Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının böyük uğuru!
27 İyul 2020 İlham Əliyev yeni təhsil nazirini qəbul etdi — FOTO
24 İyul 2020 Elman Nəsirov kimlərin hədəfindədir? – ARAŞDIRMA + AÇIQLAMA
22 İyul 2020 Azərbaycanda mətbuata əlavə maliyyə yardımı ayrıldı — SƏRƏNCAM
22 İyul 2020 Xalq Prezidentinə inanır və dəstəkləyir
21 İyul 2020 Deputat: “Heç bir qüvvə Azərbaycanı tutduğu yoldan yayındıra bilməz”
21 İyul 2020 Prezident və xanımı şəhid ailələrinə mənzil verilməsi mərasimində - Fotolar
20 İyul 2020 Lerik rayon Mərkəzi Xəstəxanasında istedadlı müəllim Ilkin Əzizli ilə görüş
20 İyul 2020 Bizim qayğıkeş polislərimiz
20 İyul 2020 Aslanın erkəyi, dişisi olmaz!
20 İyul 2020 Lerik rayon İcra Hakimiyyətinin birinci müavini könüllü olaraq orduda xidmət etmək üçün qeydiyyatdan keçdi – FOTOLAR
13 İyul 2020 Daha bir həkimin həyatı təhlükədə!
13 İyul 2020 İlham Əliyev Təhlükəsizlik Şurasını TOPLADI — YENİLƏNİB - VİDEO
12 İyul 2020 Sabirabada Şafiq Heydərov etimadı daim doğruldub ..
10 İyul 2020 Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı...
09 İyul 2020 Prezident İlham Əliyev açılışda – FOTO
07 İyul 2020 AKADEMİK MİR CƏLAL PAŞAYEVİN İZİ İLƏ...
07 İyul 2020 Sevindik Hətəmov: Salyanda koronavirusa qarşı dezinfeksiyaedici tədbirlər davam etdirilir