"Seymur kimi gənclərimiz hər birimizin qürur mənbəyimizdir, övladlarımızın psixologiyasının travma almasına qətiyyən imkan verməli deyilik".


Ana Vətən partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Moderator.az-a açıqlamasında bir

neçə gün öncə YAP İcra Katibinin müavini, deputat Siyavuş Novruzovun mətbuata açıqlaması zamanı bu il orta məktəbi bitirəcək övladı Seymur haqqında haqqında xoş sözlər söyləyərkən bir qədər ifrata vararaq hədsiz ədalətli olmasına görə onu Həzrət Əli ilə müqayisə etməsindən sonra sosial şəbəkələrdə yayılan söz-söhbətə münasibət bildirib.

 
"Bir neçə gün öncə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov oğlu Seymur haqqında fikirlərini jurnalistlərlə bölüşüb. Təbii ki, hər bir ata öz övladına dərin tellərlə bağlıdır, böyük sevgisi var və hər bir atada bu sevgi hissləri müqəddəsdir. Bu baxımdan S.Novruzov öz övladı haqqında xoş fikirlər söyləyib və eyni zamanda, onun müsbət cəhəti üzərində dayanıb, oğlunun hədsiz dərəcədə ədalətli və mərhəmətli olmasından fəxr duyduğunu da açıqlamasında ifadə edib. Nəzərə alsaq ki, Seymur orta məktəbi bu il bitirib, onun taleyinin həlledici bir dönəmidir, bu yaşda insanlar tamam fərqli bir dünyada yaşayırlar və sair. Atasının oğlu haqqında dediyi o sözlərdə ola bilsin ki, bir qədər ifrata varıb və ehtiyatsız ifadə işlədib və bu məqamı bu qədər qabardaraq onun övladının üzərinə getmək düşünürəm ki, doğru deyil. İstənilən halda, söhbət əgər yeniyetmədən gedirsə, onun psixologiyasının həssas dövrüdür, on yeddi yaşı var sosial şəbəkələrdə bu və ya digər fikirlərin səsləndirilməsi onun da dünyagörüşünə, əsəblərinə təsir edə bilər. Ona görə də mən bu cür şərhlərin qətiyyən yerində olmadığını düşünürəm və buna ehiyac da yoxdur. Seymur bizim övladımızdır, onun kimi gənclərimiz hər birimizin qürur mənbəyimizdir, biz övladlarımızın psixologiyasının travma almasına qətiyyən imkan verməli deyilik və düşünürəm ki, kiçicik bir bənzətməni böyüdüb belə bir səviyyəyə qaldırmağa ehtiyac yoxdur.
29 Mart 2024 31 mart - Xalqımıza qarşı törədilmiş qanlı faciə - ŞƏRH EDİLDİ
29 Mart 2024 10 yaşımda çıxdığım Füzuliyə indi geri dönürəm - Leyli Şirinova
29 Mart 2024 Hər zaman doğma yurduma qayıtmağı səbirsizliklə gözləmişəm - Natiq Qasımov
29 Mart 2024 Azərbaycandan xarici ölkələrə nə qədər pul köçürülüb?
28 Mart 2024 “Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdıq” - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mart 2024 Qarabağı viran qoyan avantüristlər… - İrəvan
28 Mart 2024 Taksilərdə videokameralar quraşdırılacaq - Tarix
28 Mart 2024 AB Şurasının üzvləri Cənubi Qafqaza gəlir
28 Mart 2024 Fransızların terakt xofu 10 üzərindən 7 baldır
28 Mart 2024 Bu gün onların günüdür
28 Mart 2024 Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
28 Mart 2024 NATO-Ermənistan “nikah”ına hazırlıq gedir - RAKURS
28 Mart 2024 Xocalıya qayıdış bu tarixdə başlayacaq" - ŞƏRH EDİLDİ
28 Mart 2024 Ailə hüququ dedikdə nə başa düşülür? - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Muzdlu kölənin arzuları: Rasmussen yeni müharibə istəyir
28 Mart 2024 "Bu qidalar mənşəyi məlum olmayan xəstəliklərə gətirib çıxara bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Rusiyanın Baltikyanı ölkələrə hücum ehtimalı... - Putin
28 Mart 2024 Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!
28 Mart 2024 İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma
27 Mart 2024 Bayramdan sonra səmənini nə edək? - FİLOLOQ AYDINLIQ GƏTİRDİ
27 Mart 2024 Sülh sazişinin prinsipləri razılaşdırıldı - Paşinyan
27 Mart 2024 31 mart 1918-ci il soyqırımı gerçəkləri - MÜSAHİBƏ
27 Mart 2024 “Onların iş adamının bir dönərinə ehtiyacı yoxdur” - EKSPERT TƏNQİD ETDİ
27 Mart 2024 ABŞ Kremli son kozırdan məhrum edə bilər..?
27 Mart 2024 “Efiri bazar səviyyəsinə endirən telekanallar cəzalandırılmalıdır” - EKSPERT SƏRT DANIŞDI
26 Mart 2024 Hayların ABSURD TORPAQ İDDİALARI - TƏHLİL
26 Mart 2024 İrəvan öz yalanlarına aldanır
23 Mart 2024 Heç kim bunu bacarmayacaq - Putin
23 Mart 2024 Şərəfli ömürün daha bir baharı