Bildiyimiz kimi dünən Ümid Teleradio Yayım Şirkəti Lerik rayon Millət Vəkili haqqında

yazılan və səsləndirilən qərəzli fikirlərə görə canlı efir yayımladı.
Yayımda özünü müstəqil media adlandıran və yalnız tənqid xarakterli fikirlər səsləndirən “media”lar sərt tənqid olundu. Əsl media neytral mövqedə olmalı və yalnız mənfini deyil, təqdirəlayiq addımları da işıqlandırmalı olduğu vurğulandı.

Biz də Xəbər24 olaraq yenidən bu məsələyə toxunub aydınlıq gətirmək istədik.

Xatırladaq ki, bəzi dırnağarası media mənsubları və onlara dəstək verən bir qrup “insan”lar deputat İqbal Məmmədov haqqında böhtanlar səsləndirmiş, və seperatçı media orqanı ilə işləməsi haqqında məlumat vermişdir. Qeyd edək ki, sosial media üzərindən canlı yayımlarını təşkil edən dırnağarası internet kanalının rəhbəri də efirində bu ifadəni bir neçə dəfə dilə gətirmiş və dediyinə haqq qazandırmışdır.
Bundan əlavə özünü “Azərbaycan Respublikasına xidmət edən” adlandıran bir xanım talış dilinin multikultural dəyərlərinə hörmətsizlik edərək qəzetin adını aşağılamış, guya öz aləmində jurnalistə dəstək olmuşdur.

İlk öncə bunu vurğulamaq istərdik ki, İqbal Məmmədov haqqında qərəzli fikirlərlə çıxış edənlərə qarşı yazan hər bir media orqanı və ya vətəndaş təhqir yox tənqid etmişdir. Bu tənqidlərdə də müxtəlif faktlara əsaslanaraq haqlı narazılıqlar ifadə edilmişdir.

Amma bu tənqidlərimiz qeyd etdiyimiz həmən “jurnalist”in və tərəfdarlarının xoşuna gəlməmiş, tərəfdarları təhqir yolundan istifadə etmişdir.

Təəssüflü hal da bundan ibarətdir ki, Növbədənkənar Parlament Seçkiləri ərəfəsində Lerik rayonundan deputatlığa namizədliyini irəli sürmüş namizədlərdən biri və dırnağarası tərəfdarları (qeyd edək ki, tərəfdarları qardaşı və əksəriyyəti qohumlarıdır) seçkinin ağır məğlubiyyəti ilə barışmayaraq deputat haqda qərəzli yazılar yazanlara dəstək vermişdir. Təbii ki, bütün bunlar da sosial mediada elinə, obasına bağlı olan Lerikli vətəndaşlar tərəfindən birmənalı qarşılanmamışdır…

Qeyd etdiyimiz “jurnalist” reket medianın üzərinə gəldiyini vurğuladı.

Deputat İqbal Məmmədova dəstək olaraq demək olar ki, bütün nüfuzlu media orqanları məqalə tirajladı. Buna nümunə olaraq big.az, sonxeber.az, xalq.az, umidtv.com, modern.az, dodoqezeti.az, buta.ws, sabahinfo.az, millidestek.az və sair saytları qeyd etmək olar.

“Reket media” yuxarıda qeyd etdiyimiz saytlar heç zaman ola bilməz. Çünki qeyd etdiyimiz saytlar illər ərzində tirajladığı dəqiq, qərəzsiz, operativ xəbərləri ilə bütün Azərbaycan xalqının yüksək etimadını qazanmışdır. Belə saytları “reket media” adlandırmaq sadəcə gülüncdür.

Sizin reket media ifadəniz sizə dəstək olan, hansı ki saxta xəbərlərlə xalqın nifrətini qazanan dırnağarası saytlardır.
Həm də saytlar sizin üstünüzə gəlmir, sadəcə doğru olana istinad edir…

Maraqlısı da budur ki, əgər siz doğru, humanist olsaydınız niyə saytlar sizə dəstək olmaqdan yayınardı ki?! Post paylaşıb, saytlardan sizə dəstək olmağı xahiş etdiniz. Hazırda inkişaf etmiş Azərbaycan mediasında bu mövzuda yalnız bir sayt sizdən müsahibə alıb məqalə dərc etmişdir. Ona da əgər sayt demək olarsa…
Hansı ki, o sayt reytinq xətrinə gecəylə Xalq Artisti Zeynəb Xanlarovanın ölümü haqda yalan xəbər yayımlamaqla xalqın yaddaşında qalmışdır. (Bu barədə qonşu media qurumu dodoqezeti.az daha dolğun məlumat vermişdir). Belə bir saytın atdığı böhtana kim inanar ki?!

Sonda bunu da vurğulayaq ki, bəzi dırnağarası saytların həmişəki kimi heç bir fakta əsaslanmadan “Dodo qəzetini” seperatçı media orqanı adlandırması sadəcə Leriklini Lerikliyə qarşı qoymaqdan başqa bir şey deyil! Əfsuslar olsun ki, bəzi dırnağarası həmyerlilərimiz saytların bu məkrli siyasətini anlamamış və əllərində alət olmuşlar.

“Dodo İctimai Qəzeti” hər zaman xalqımızın multikultural dəyərlərini qoruyan, heç bir təxribata və ya müxalif, seperatçı mövqeyə getmədən məqalələrini talış və Azərbaycan dilində tirajlayan media orqanıdır. Bir jurnalist əlində heç bir faktı olmadan efirdə böhtan xarakterli fikirlər səsləndirərək humanist olduğunu necə səsləndirə bilər ki?!

Burdan Lerik xalqına səslənib demək istəyirik ki, hansısa saytın məkrli siyasətinə alət olub, bir-birinizə qarşı çıxmayın!
Gəlin hər birimiz bir olub deputat İqbal Məmmədovun ətrafında birləşək!

21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 İsrail-İran savaşı, yoxsa… - RAKURS
16 Aprel 2024 “Azərbaycana heç vaxt belə paşinyanlar lazım olmayıb” - DEPUTAT TƏNQİD ETDİ
16 Aprel 2024 “Vətəndaşları bu eybəcər plana alət edə bilməyəcəklər” - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 Müharibələr meydanına çevrilən dünyanın TƏHLÜKƏSİZLİK ADASI – TƏHLİL
16 Aprel 2024 "Qərb Tekstil" 1 milyon dollara özəlləşdirildi
16 Aprel 2024 İran bütün Yaxın Şərqi təhdid edir - Netanyahu
15 Aprel 2024 “Təəssüf ki, Ermənistan belə güc mərkəzlərinin əlində vasitəyə çevrilib” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
15 Aprel 2024 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
15 Aprel 2024 Dollar dünyada yenidən güclənir: avro ucuzlaşdı
15 Aprel 2024 Hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir
14 Aprel 2024 Papa İsrail və İrana çağırış etdi
14 Aprel 2024 Millət vəkili Məşhur Məmmədov: “Zərifə Əliyevanın bioqrafiyası hər bir xanıma örnəkdir“
14 Aprel 2024 İranın İsrailə hücumunun gerçəkləri: plan nə idi? – 8 maddə