“Təəssüflər olsun ki, pandemiayay qarşı əldə etdiyimiz uğurları sonadək tam olaraq qoruyub saxlaya bilmədik.Karantin rejiminin yumşaldılmasından sonra biz COVİD-19-a yoluxma sayının artmasını müşahidə etməkdəyik. Epidemiyaya yoluxma sayının artmasına səbəb isə koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilən qaydalara və tövsiyyələrə əməl edilməməsidir”.

Bunu “Ölkə.Az” açıqlamasında millət vəkili İqbal Məmmədov yenidən pandemiya ilə əlaqədar olaraq  qaydaların sərtləşdirilməsi məsələsinə mövqeyini açıqlayarkən deyib.

 Onun sözlərinə görə, son günlərdə koronavirusa dinamik olaraq yoluxanların sayı sağalanların sayını üstələyir, ölənlərin və ağır xəstələrin də sayı artır.
İ.Məmmədov bildirib ki, proses belə davam edərsə bir müddətdən sonra çox çətin tibbi və səhiyyə problemləri ilə üzləşə bilərik:

“Baxmayaraq ki, pandemiyanın nəzarətə saxlanması və  onun qısa zaman ərzində aradan qaldırılması istiqamətində dövlət tərəfindən  bütün zəruri və təxirəsalınmaz addımlar atılıb və atılmaqda davam edirməkdədir ki, həyat yenidən pandemiyadan öncəki dövrə qayıtsın. Bunun üçün nə lazımdırsa, onu edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva   hər görüş və çıxışlarında xalqa müracitə edərək  üzləşdiyimiz bəladan  qısa zamanda xilas olmaq üçün  tətbiq edilən qaydalara ciddi əməl edilməsini xahiş edirlər.  Cənab Prezident və Birinci vitse-prezident  vətəndaşlarımızı məsuliyyətli olmağı, nizam-intizamı, qaydaları pozmamamağı, insanlaırn özlərini, uşaqlarını, yaxınlarını qoruyaraq, un ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxmağı xahiş edib. Ölkə başçısı dəfələrlə bəyan edib ki, biz birlikdə güclüyük və birlikdə də üzləşdiyimiz problemə qalib gələ bilərik. Lakin bəzi vətəndaşlarımız isə məsuliyyətsizlik nümayiş etdirərək nə qaydalara nə də tövsiyyələrə əməl etmirlər. Məsuliyyətsiz davranmağımızın ac nəticə isə göz qabağındadır”- deputat qeyd edib. 

Deputat əlavə edib ki, isti hava şəraitində insanların koronavirus epidemiyasına yoluxması daha ciddi fəsadlar, çətinliklər yaradır: “İsti havalar həm virusa yoluxanların xəstəliyi ağır keçirməsinə, onların rahat nəfəs almasına, həm də digər xəstəlikləri olan insanlar üçün, xüsusən də ağ ciyər xəstəlikləri, xroniki bronxit, ürək, qan-damar, böyrək, şəkərli diabet xəstələri üçün daha ciddi problemlər yaradacaq. Digər problem isə xəstəxanalarda yer məsələsidir.  Vəziyyət elə həddə çata bilər ki,  klinikalarda yerlər çatmaya bilər, reanimasiya vasitələri, xüsusən süni tənəffüs aparatları çatmaya bilər və ola bilsin ki, bəzi xəstələrin müalicəsi xəstəxanada deyil, evdə aparılsın və tibb personaların çox ağır yük altında işləməsi müəyyən dövrdən sonra onların da həm sağlamlığına mənfi təsir göstərə bilər, həm də əmək qabiliyyətini aşağı sala bilər. Bu da öz növbəsində epidemiyaya yoluxma sayının daha da artmasına gətirib çıxara bilər. Ona görə də bunların hamısını nəzərə alaraq karantin rejiminin gücləndirilməsi doğru addımdır. Karantin rejiminin gücləndirilməsi və sərtləşdiirlməsini digər bir səbəbi də  həftə sonu insanlar sərbəst olduğundan daha çox lazım olmayan hallarda müəyyən alış-veriş mərkəzlərində, mağazalarda, restoran və kafelərdə toplaşırlar ki, bu da koronavirusun yayılmasına münbit şərait yaradır. Dövlət görəndə ki, insanlar öz sağlamlığına belə laqeyd yanaşır və onun cəmiyyət üçün yaradacağı təhlükənin səviyyəsini dəyərləndirə bilmir, o zaman məcburi qaydada  inzibati yolla bunun qarşısını almaq yolunu seçmək zorunda qalır. Odur ki, gəlin özümüzün, övladlarımızın, yaxınlaırmızın  sağlam gələcəyi və təhlükəsizliyi naminə qaydalara ciddi riayət edək. Ölkə başçısı və  Birinci vtse-prezidentin səsinə səs verib,  birlikdə güc olub, dünyanı  cənginə alan pandemiyadan qalib çıxaq.Əgər ölkədə normal həyatın bərpa olunmasını istəyiriksə, o zaman qaydalara və tövsiyyələrə ciddi əməl etməliyik”.

28 Mart 2024 "Bu qidalar mənşəyi məlum olmayan xəstəliklərə gətirib çıxara bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Rusiyanın Baltikyanı ölkələrə hücum ehtimalı... - Putin
28 Mart 2024 Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!
28 Mart 2024 İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma
27 Mart 2024 Bayramdan sonra səmənini nə edək? - FİLOLOQ AYDINLIQ GƏTİRDİ
27 Mart 2024 Sülh sazişinin prinsipləri razılaşdırıldı - Paşinyan
27 Mart 2024 31 mart 1918-ci il soyqırımı gerçəkləri - MÜSAHİBƏ
27 Mart 2024 “Onların iş adamının bir dönərinə ehtiyacı yoxdur” - EKSPERT TƏNQİD ETDİ
27 Mart 2024 ABŞ Kremli son kozırdan məhrum edə bilər..?
27 Mart 2024 “Efiri bazar səviyyəsinə endirən telekanallar cəzalandırılmalıdır” - EKSPERT SƏRT DANIŞDI
26 Mart 2024 Hayların ABSURD TORPAQ İDDİALARI - TƏHLİL
26 Mart 2024 İrəvan öz yalanlarına aldanır
23 Mart 2024 Heç kim bunu bacarmayacaq - Putin
23 Mart 2024 Şərəfli ömürün daha bir baharı
22 Mart 2024 İtaliya portalı Novruz adət-ənənələrindən yazıb
22 Mart 2024 "Qərb dairələrinin əsl məqsədi..." - MÜNASİBƏT BİLDİRİLDİ
22 Mart 2024 Düşmən dəyirmanına su tökən XƏYANƏTKAR – TƏHLİL
22 Mart 2024 Kamaləddin Qafarov: “Novruz bayramı Xankəndiyə də gəldi”
21 Mart 2024 Kamaləddin Qafarov: “NATO Azərbaycanın sülh təşəbbüslərini dəstəkləyir”
21 Mart 2024 Uşaqlar üçün qida məhsullarına dair - Yeni tələb
21 Mart 2024 Dövlətçilik sisteminə milli dəyərlər kontekstindən strateji baxış -Professor Şəmsəddin Hacıyev yazır
20 Mart 2024 Kamaləddin Qafarov: “Bu il Xankəndinin, Xocalının Novruz nisgilinə son qoyuldu”
20 Mart 2024 Problemlərin həllinə yanaşmaları yeniləmək lazımdır - Putin
19 Mart 2024 "Bu sağlam cəmiyyət üçün xarakterik deyil” - MÜNASİBƏT BİLDİRİLDİ
19 Mart 2024 Azərbaycanda kərə yağı istehsalı idxalı 42% üstələyib
18 Mart 2024 211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
18 Mart 2024 Navalnını Putin öldürtdürüb? – Trampın cavabı
18 Mart 2024 Qloballaşan dünyada yeni tələblər
18 Mart 2024 Qəbələ Rayon Polis Şöbəsinin rəisi Fəxrəddin Abbasov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!
18 Mart 2024 Putin qələbə çıxışı etdi