Son xəbərlər

 
Prezident İlham Əliyev Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə altı milyon manat ayrılıb.

Sərəncam Sumqayıt şəhərində ən müasir və qabaqcıl texnologiyaların imkanlarından istifadə etməklə enerjiyə qənaətə imkan verən və enerji səmərəliliyini artıran, fasiləsiz işıqlandırmanı təmin edən müasir işıqlandırma sistemlərinin quraşdırılması məqsədilə imzalanıb. 

Qeyd edək ki, Azərbaycan Respublikasında regionların davamlı inkişafı ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Son illərdə uğurla həyata keçirilən dövlət proqramlarının icrası nəticəsində paytaxtda və regionlarda, eləcə də Sumqayıt şəhərində mühüm infrastruktur layihələri həyata keçirilmiş, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşmış, abadlıq işləri geniş vüsət alıb. 

Bu tədbirlərin davamı olaraq, növbəti dövrlərdə də əhalinin elektrik enerjisi ilə təminatında, habelə küçə və prospektlərin işıqlandırılmasında idarəetmə, nəzarət, ölçmə və hesabatlılıq, habelə enerji sərfiyyatına və xidmət xərclərinə qənaət kimi üstünlükləri olan, işıqlandırma səviyyəsini proqramlaşdırmağa imkan verən və intellektual idarəetməyə əsaslanan işıqlandırma sistemlərinin quraşdırılması diqqət mərkəzində saxlanılacaq aktual məsələlərdəndir. Yeni və müasir işıqlandırma sistemləri funksionallığı ilə yanaşı, şəhərin estetik görünüşünü də dəyişərək onun simasını müasir çalarlarla daha da zənginləşdirir.

13 İyul 2020 Daha bir həkimin həyatı təhlükədə!
13 İyul 2020 İlham Əliyev Təhlükəsizlik Şurasını TOPLADI — YENİLƏNİB - VİDEO
12 İyul 2020 Sabirabada Şafiq Heydərov etimadı daim doğruldub ..
10 İyul 2020 Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı...
09 İyul 2020 Prezident İlham Əliyev açılışda – FOTO
07 İyul 2020 AKADEMİK MİR CƏLAL PAŞAYEVİN İZİ İLƏ...
07 İyul 2020 Sevindik Hətəmov: Salyanda koronavirusa qarşı dezinfeksiyaedici tədbirlər davam etdirilir
06 İyul 2020 "Azərbaycan polisi düz edib müdaxilə edib" — Prezident “Fairmont”dakı hadisədən danışdı
03 İyul 2020 Nizami rayonunda koronavirusa qarşı tədbirlər davam etdirilir - Foto
02 İyul 2020 Prezidentdən Azərbaycan Polis Günü ilə bağlı paylaşım — FOTO
02 İyul 2020 Mehriban Əliyevadan təbrik
02 İyul 2020 Bu gün fədakar insanların günüdür.
01 İyul 2020 DİN-in əməkdaşları təltif edildi - Siyahı
30 İyun 2020 İlham Əliyev Mətbuat Günü ilə bağlı sərəncam verdi
29 İyun 2020 Astaranın başçısını camaat maraqlandırmır - "Bizə bir şey olsa orada kimlərin günahkar olduğunu qeyd etmişəm..."
29 İyun 2020 ADAU-MÜASİR AQRAR TƏHSİLİN FLAQMANI!
29 İyun 2020 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərin bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar
28 İyun 2020 Vasif Qafarov: sənədlər biznesi, yaxud tarixçi mövqeyi
27 İyun 2020 Sevinc Tofiqqızı Mehriban Əliyevaya təşəkkür etdi
27 İyun 2020 Taleh Qaraşov növbəti onlayn müşavirə keçirdi - FOTO
25 İyun 2020 “Azərbaycan” İES istifadəyə verildi — YENİLƏNİB + FOTO
24 İyun 2020 Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak edib YENİLƏNİB VİDEO
24 İyun 2020 “Əgər belə davam edərsə, deyəcəyəm ki, cərimələrin həcmini artırsınlar” - Prezident
24 İyun 2020 Dırnağarası media Lerikliləri məkrli siyasətinə alət etmək istəyir – DİQQƏTLƏ OXUYUN
24 İyun 2020 İlham Əliyev və Mehriban Əliyeva Gəncədə inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış oldular
24 İyun 2020 Prezidentlə xanımı Gəncədədir
23 İyun 2020 Leyla Əliyevanın dəstəyi ilə rəssam tələbə əlil arabasından qurtuldu
23 İyun 2020 Həqiqətin bir üzü var!
22 İyun 2020 Deputatın problemləri dilə gətirməsi tənqid deyil, müdafiə olunmalıdır
22 İyun 2020 Qənirə Paşayeva: “Paşinyan növbəti dəfə rəzil vəziyyətə düşdü"