Son xəbərlər

 

"Mən bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir və siz öz işinizlə bu etimadı doğrultmalısınız".

Bu sözləri Prezident İlham Əliyev Kəlbəcərin yeni icra başçısı Azər Qocayevi vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı icra başçıları ilə bağlı vətəndaşlara da müraciət edib:

"Mən göstəriş vermişəm ki, bütün icra hakimiyyəti başçılarının və mərkəzi icra orqanlarının rəhbərlərinin fəaliyyəti ilə əlaqədar müntəzəm olaraq təhlillər aparılsın, onların əldə etdikləri nəticələr təhlil edilsin. Çünki hər bir rayonun inkişafı böyük dərəcədə rayona rəhbərlik edən şəxsdən asılıdır. Mən demişəm ki, bizim bütün rayonlarımız artıq dotasiya sistemindən çıxmalıdır. Bu istiqamətdə böyük işlər görülüb. Əvvəllər bütün rayonlarımız dotasiya ilə dolanırdı, dotasiyasız öz tələbatını ödəyə bilmirdi. İndi bir çox rayonlar artıq özləri-özlərini təmin edirlər, bu proses davam etdirilməlidir. Yerli vergilərin yığılması ilə əlaqədar şəffaflıq olmalıdır, dövlət vəsaitinin xərclənməsində tam şəffaflıq olmalıdır və rayonların sosial-iqtisadi inkişafı təmin edilməlidir. Onsuz da regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında, - indi dördüncü proqram icra edilir, - bütün bu məsələlər təsdiq edilib, bütün infrastruktur layihələri, bütün əsas tikintilər, bütün sosial infrastruktur layihələri dövlət tərəfindən həyata keçirilir. Ona görə yerli icra orqanları bu istiqamətdə öz səylərini göstərməlidirlər. Bir daha demək istəyirəm, artıq tapşırıq verilib ki, vəzifəli şəxslərin fəaliyyətinin səmərəliliyi və buraxılan nöqsanlar ilə bağlı təhlillər aparılacaq və məlumat nəzarətdə olacaq. Eyni zamanda, ictimai nəzarət olmalıdır. Mən vətəndaşlara üz tutub deyirəm, ictimai nəzarət olmayan yerdə adətən pozuntular da olur. Ona görə siz də ictimaiyyəti bu işlərə cəlb edin, xalqla bir yerdə olun, xalqın problemləri ilə yaşayın və elə işləyin ki, vətəndaşlar da sizdən razı olsunlar, hakimiyyət də. Əgər vətəndaşlar sizin fəaliyyətinizdən razı olsalar, mən də razı olacağam. Sizə uğurlar arzulayıram, əminəm ki, öz işinizlə bu etimadı doğruldacaqsınız".

28 May 2020 Prezident Cümhuriyyət abidəsini ziyarət etdi — FOTO
28 May 2020 Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür
25 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Pir Ömər Sultan ziyarətgahı ilə tanış olub — FOTO + YENİLƏNİB
25 May 2020 İlham Əliyev və Mehriban Əliyeva çoxmənzilli binalarda yaradılan şəraitlə tanış oldular — FOTO
25 May 2020 İlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri və xüsusi texnikalarla tanış oldular — FOTO
25 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda
24 May 2020 "Dəstək Olaq" İctimai Birliyi və Buta.ws saytı aztəminatlı ailələrə Ramazan sevinci yaşadıb - FOTOLAR
22 May 2020 İşdən çıxarılan Qarayevin qara günləri başlayır — Prezidentdən yeni XƏBƏRDARLIQ
21 May 2020 Əbülfəs Qarayev vəzifəsindən azad edildi
19 May 2020 İlham Əliyev: “Azərbaycan həmişə üzüağ, alnıaçıq olub” — MÜSAHİBƏ
19 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Bakıda DOST mərkəzinin açılışında — FOTO
16 May 2020 Prezident icra başçısını işdən çıxartdı
16 May 2020 5 icra başçısının 100 milyonlarla ölçülən varidatının necə satılacağı açıqlandı - GƏLİŞMƏ
15 May 2020 Ad gününü xəstələrin əhatəsində keçirən baş həkim: “Bir gündə 96 nəfəri karantindən evə buraxdıq”
13 May 2020 İlham Əliyev yeni təyin edilən icra başçısını videoformatda qəbul etdi — FOTO
13 May 2020 SON DƏQİQƏ!! Prezident Kəlbəcərə icra başçısı təyin etdi
13 May 2020 İcra başçısı evinin qarşısında post qurdurub – Fotolar
13 May 2020 Mədəniyyət Nazirliyi milyonları necə mənimsəyib? — ŞOK FAKTLAR
12 May 2020 Nazir müavini belə saxlanılıb - Video
12 May 2020 Prezident və birinci xanım tibbi maska fabrikinin açılışında
10 May 2020 Prezident İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin doğum günü münasibətilə ağac əkiblər — FOTO + VİDEO
10 May 2020 Prezidentlə xanımı Suraxanıda ağac əkdi
10 May 2020 Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 97 il ötür
08 May 2020 Kərim Tahirov: 10 may Ümummilli lider Heydər Əliyevin doğum günüdür
08 May 2020 Əsassız iddia TƏKZİB OLUNDU
08 May 2020 Ona etibar edilən bütün işlərdə Böyükağa İslamov özünü doğruldub
07 May 2020 “Acgöz məmurlar yerlərdə narazılıqlar yaratmağa cəhd edirlər” – Vitse-spiker Adil Əliyev
07 May 2020 Vilyam Hacıyev belə saxlanıldı – Əməliyyat görüntüləri – VİDEO
07 May 2020 Səxavət Məmmədov: Təcrübəli dövlət xadimi olan Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək Böyük Xilaskar rolunu oynamış, bizim üçün bugünkü Müstəqil Azərbaycanımızı yaratmışdır
07 May 2020 İlham Əliyev “Mir” Dövlətlərarası Teleradio şirkətinə müsahibə verib — VİDEO