Son xəbərlər

 

RÜŞVƏTXORLUĞA QARŞI KƏSKİN MÜBARİZƏ İSLAHATLARIN DAVAMI KİMİ

Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında müxtəlif sahələrdə islahatlar həyata keçirilir.

Bu islahatlar xalqın rifahının yaxşılaşdırılmasına, sosial dövlətin inkişaf etdirilməsinə və ölkəmizin inkişafına hesablanmışdır. İslahatlar yalnız sosial-iqtisadi sahələri əhatə etmir, eyni zamanda struktur dəyişikliklərini də qaçılmaz edir. Nəticə etibarı ilə Azərbaycan Respublikasının Prezident Administrasiyasında, Nazirlər Kabinetində çox ciddi islahatlar aparıldı və həmin islahatların məntiqi davamı olaraq Milli Məclisdə analoji islahatlara başlandı.

Cənab Prezident islahatlarla yanaşı korrupsiyaya və digər mənfi əməllərə qarşı qətiyyətli mübarizənin anonsunu verdi və ilkin olaraq bütün vəzifəli şəxslərin bu əməllərdən çəkinməsini tələb etdi. Belə deyə bilərik ki, ilk növbədə humanist qərar qəbul edildi və xoşagəlməz hallara birmənalı şəkildə son qoyulması tapşırıldı. Lakin bəzi məmurlar, xüsusilə yerli icra hakimiyyətinin başçıları bu tənqidlərdən nəticə çıxarmayaraq, rəhbərlik etdikləri rayonların paytaxtdan uzaq olduğunu düşünərək yerli əhalini incitməkdən çəkinmədilər.

Ölkə başçısı daim vurğulayır ki, dövlət qulluqçuları xalqın xidmətçiləri olmalıdırlar. Amma bəzi sabiq icra hakimiyyəti başçıları bu tövsiyədən nəticə çıxarmadılar və təbii ki, belə olan halda dövlət başçısı tərəfindən qətiyyətli mövqe nümayiş etdirildi. İlkin olaraq Ağstafa RİH-in və Yevlax RİH-in sabiq başçılarına qarşı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən çox uğurlu əməliyyatlar həyata  keçirildi və nəticədə onların rüşvət alması təkzibolunmaz sübutlarla təsdiqləndi və  barələrində əsaslı olaraq cinayət işi başlandı, məhkəmə tərəfindən həbs qəti-imkan tədbiri seçildi.

Növbəti analoji hallar Neftçala, Biləsuvar və son olaraq İmişli rayonlarında yaşandı. Bu üç rayonun başçıları tərəfindən onlara göstərilmiş etimaddan sui-istifadə edərək korrupsiya cinayətləri törədildiyi sübut olundu. Onların törətdikləri digər cinayətlərə baxanda, həvalə edilmiş vəzifəyə qarşı kobud münasibətləri aşkar görünür. Belə ki, hazırda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəcib təşəbbüsü ilə aztəminatlı ailələrə yardımlar ayrılıb və yerlərdə həmin yardımların ehtiyacı olan vətəndaşlarımıza çatdırılması həyata keçirilir.

Lakin yerlərdəki icra hakimiyyətlərində işləyən bəzi məmurların törətdikləri digər cinayətlər azmış kimi, əlavə olaraq göndərilən bu cür yardımlara da göz dikmələri həqiqətən çox utancverici haldır. Ölkə başçısının “Biz birlikdə güclüyük!” şüarına qoşularaq “gözəgörünməz düşmənə” – koronavirus təhlükəsinə qarşı səfərbər olduğumuz bir vaxtda təəssüf ki, acgöz məmurlar xalq-iqtidar birliyini pozmağa və yerlərdə narazılıqlar yaratmağa cəhd edirlər.

Sabiq yerli icra hakimiyyəti başçıları yalnız sosial müdafiəyə ehtiyacı olan şəxslərin əmək haqqı kartlarını mənimsəməklə kifayətlənməmiş, yerlərdə kiçik bir “rüşvət” şəbəkəsi quraraq, rayonda olan təhsil, səhiyyə və maliyyə sahələrinin hər birini korrupsiya bataqlığına çəkmiş və nəticədə cəzalanmışlar. Təbii ki, bu cəhdlər səmərəsizdir və heç bir nəticəsi olmayacaqdır.

Bu bir həqiqətdir ki, vəzifədə olan şəxs ona göstərilən etimaddan sui-istifadə etməz, əhalinin sosial rifahını yaxşılaşdırmağa hesablanmış, aztəminatlı təbəqə üçün ictimai iş yerlərinin yaradılması məqsədilə ayrılmış pula göz dikməz, pandemiya dövründəki bu çətin vəziyyətdə kasıb təbəqəyə çatacaq ərzağı öz qohumlarına göndərməz, habelə aztəminatlı ailələrin adına maddi yardımlar yazaraq onu özü mənimsəməz! Əlbəttə,  bu cür neqativ əməllər törədən vəzifəli şəxslər ölkəmizdə tez bir zamanda ifşa edilir və qanun qarşısında mühakimə olunur, ictimaiyyətə də ətraflı məlumat verilir.

Diqqətəlayiq haldır ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə hazırda həm institusional yolla, həm də inzibati yolla aparılır, bütün məsələlər ətraflı araşdırılır və sonda vahid qərar qəbul edilir. Onu da qeyd etmək istəyirəm ki, yerli icra hakimiyyətlərindəki bu sayaq neqativ tendensiyaların azalması çox xoşagələn haldır, yoxsa bəzi sabiq məmurlar özlərini yerlərdə böyük vəzifə sahibi sanaraq hətta vətəndaşlara məxsus olan torpaq sahələrini mənimsəməkdən belə çəkinmirdilər.

Bu cür özbaşınalıqlar əsaslı olaraq yerli əhalinin narazılığına səbəb olur, nəticədə vətəndaşlar yuxarı instansiyalara müraciət edirlər. Təbii ki, həmin müraciətlər diqqətlə araşdırılır və obyektiv qərarlar qəbul edilir.

Bu günlərdə Prezident Baş prokuroru videoformatda qəbul edərkən bildirdi ki, bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin.

Dövlətimizin  başçısının bu çıxışını əsas tutaraq, bütün vəzifəli şəxsləri cənab Prezidentin apardığı islahatlara dəstək verməyə, üzərlərinə qoyulmuş vəzifələri dərk etməyə, öz işlərində qanunu və qanunçuluğu əsas tutmağa, neqativ tendensiyalara imkan verməməyə, rüşvət və korrupsiyadan uzaq durmağa dəvət edirəm.

 

Adil ƏLİYEV,

Milli Məclis Sədrinin müavini

02 İyun 2020 Prezident İlham Əliyev uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyanı təsdiqləyib
02 İyun 2020 İlham Əliyev Sumqayıta altı milyon manat ayırdı — SƏRƏNCAM
01 İyun 2020 “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”
31 May 2020 Elcan Məmiyev: Nə qədər zirvədə olsa belə səmimi olmayan insanı şəxsiyyət hesab etmirəm!
30 May 2020 Məcburi köçkünlərin sosial problemlərinin həlli hər zaman dövlətimizin diqqət mərkəzindədir
29 May 2020 “TariximİZ-Şərqin günəşi” onlayn forumu keçirildi
28 May 2020 İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətindən danışdı
28 May 2020 İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışını etdi
28 May 2020 Prezident Cümhuriyyət abidəsini ziyarət etdi — FOTO
28 May 2020 Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür
25 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Pir Ömər Sultan ziyarətgahı ilə tanış olub — FOTO + YENİLƏNİB
25 May 2020 İlham Əliyev və Mehriban Əliyeva çoxmənzilli binalarda yaradılan şəraitlə tanış oldular — FOTO
25 May 2020 İlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri və xüsusi texnikalarla tanış oldular — FOTO
25 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda
24 May 2020 "Dəstək Olaq" İctimai Birliyi və Buta.ws saytı aztəminatlı ailələrə Ramazan sevinci yaşadıb - FOTOLAR
22 May 2020 İşdən çıxarılan Qarayevin qara günləri başlayır — Prezidentdən yeni XƏBƏRDARLIQ
21 May 2020 Əbülfəs Qarayev vəzifəsindən azad edildi
19 May 2020 İlham Əliyev: “Azərbaycan həmişə üzüağ, alnıaçıq olub” — MÜSAHİBƏ
19 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Bakıda DOST mərkəzinin açılışında — FOTO
16 May 2020 Prezident icra başçısını işdən çıxartdı
16 May 2020 5 icra başçısının 100 milyonlarla ölçülən varidatının necə satılacağı açıqlandı - GƏLİŞMƏ
15 May 2020 Ad gününü xəstələrin əhatəsində keçirən baş həkim: “Bir gündə 96 nəfəri karantindən evə buraxdıq”
13 May 2020 Prezident vətəndaşlara icra başçıları ilə bağlı müraciət etdi
13 May 2020 İlham Əliyev yeni təyin edilən icra başçısını videoformatda qəbul etdi — FOTO
13 May 2020 SON DƏQİQƏ!! Prezident Kəlbəcərə icra başçısı təyin etdi
13 May 2020 İcra başçısı evinin qarşısında post qurdurub – Fotolar
13 May 2020 Mədəniyyət Nazirliyi milyonları necə mənimsəyib? — ŞOK FAKTLAR
12 May 2020 Nazir müavini belə saxlanılıb - Video
12 May 2020 Prezident və birinci xanım tibbi maska fabrikinin açılışında
10 May 2020 Prezident İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin doğum günü münasibətilə ağac əkiblər — FOTO + VİDEO