Son xəbərlər

 


Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov- Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətin koronavirus pandemiyasına qarşı apardığı mübarizə ölkə üzrə infeksiyanın yayılma coğrafiyasını məhdudlaşdırıb.
Yoluxma halları ilə bağlı son günlərin statistikası ümidvericidir – artıq sağalanların sayı üstünlük təşkil edir.

Bununla belə, dövlət yenə də tədbirlər görməkdədir, bu məqsədlə xüsusi karantin rejiminin müddəti mayın 4-nə qədər uzadılıb.

Azərbaycan xalqı xüsusi karantin rejimi dövründə həmrəylik nümayiş etdirir.

Əhali, eyni zamanda, Prezidentin ideyaları və siyasətinin arxasında sıx birləşdiyini bəyan edir.

Dövlət başçısına ünvanlanan çoxsaylı minnətdarlıq məktubları da bunu sübut edir.

Salyan rayon İcra Hakimiyyətinin başçısı inzibati ərazi dairə nümayəndələri ilə növbəti video-konfrans keçirmişdir

Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov  inzibati ərazi dairə nümayəndələri ilə növbəti video-konfrans keçirmişdir.   Konfransda dünyada sürətlə yayılan koronavirus (COVİD-19) pandemiyasından əhalinin qorunması üçün atılan addımlar müzakirə olunmuş, rayonun yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər diqqətə çatdırılmışdır. Rayon rəhbəri hazırda ölkədə müşahidə olunan həssas dövrdə möhtərəm Prezident cənab İlham Əliyevin “daim vətəndaşın yanında olun”, “biz birlikdə güclüyük” çağırışlarına uyğun olaraq videokonfrans vasitəsilə hər kəsi məsuliyyətli olmaqla  tələb olunan karantin rejiminin qaydalarına  əməl etməsi ilə bağlı ciddi göstərişlər vermişdir.




Salyan rayonunda Heydər Əliyev Fondu “Biz birlikdə güclüyük” aksiyası zamanı mindən çox aztəminatlı ailələlərə sovqat paylamışdır



Heydər Əliyev Fondu “Biz birlikdə güclüyük” aksiyası çərçivəsində Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylamışdır.
Qeyd edək ki, aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı ailələrə sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir. 




Salyan rayonunda qayğıya ehitaycı olan aztəminatlı ailələrə yardım paylanılıb



 Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə respublikamızın hər yerində olduğu kimi, Salyan rayonunda da birmənalı şəkildə əməl olunur, rayon ərazisində profilaktik tədbirlərin həyata keçirilməsi ilə yanaşı aztəminatlı ailələrə köməklik göstərilməsi ilə bağlı sosial aksiyalar həyata keçirilir. Belə ki, rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə rayonda yaşayan ahıl, tənha şəxslərə və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət yardımlar paylanılmış, eyni zamanda onlarla maarifləndirici söhəbtlər aparılmış və xüsusi karantin rejimində müəyyən olunmuş qayda və tövsiyələrə riayət olunmasının vacibliyi barədə ətraflı məlumat verilmişdir.

28 May 2020 Prezident Cümhuriyyət abidəsini ziyarət etdi — FOTO
28 May 2020 Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür
25 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Pir Ömər Sultan ziyarətgahı ilə tanış olub — FOTO + YENİLƏNİB
25 May 2020 İlham Əliyev və Mehriban Əliyeva çoxmənzilli binalarda yaradılan şəraitlə tanış oldular — FOTO
25 May 2020 İlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri və xüsusi texnikalarla tanış oldular — FOTO
25 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda
24 May 2020 "Dəstək Olaq" İctimai Birliyi və Buta.ws saytı aztəminatlı ailələrə Ramazan sevinci yaşadıb - FOTOLAR
22 May 2020 İşdən çıxarılan Qarayevin qara günləri başlayır — Prezidentdən yeni XƏBƏRDARLIQ
21 May 2020 Əbülfəs Qarayev vəzifəsindən azad edildi
19 May 2020 İlham Əliyev: “Azərbaycan həmişə üzüağ, alnıaçıq olub” — MÜSAHİBƏ
19 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Bakıda DOST mərkəzinin açılışında — FOTO
16 May 2020 Prezident icra başçısını işdən çıxartdı
16 May 2020 5 icra başçısının 100 milyonlarla ölçülən varidatının necə satılacağı açıqlandı - GƏLİŞMƏ
15 May 2020 Ad gününü xəstələrin əhatəsində keçirən baş həkim: “Bir gündə 96 nəfəri karantindən evə buraxdıq”
13 May 2020 Prezident vətəndaşlara icra başçıları ilə bağlı müraciət etdi
13 May 2020 İlham Əliyev yeni təyin edilən icra başçısını videoformatda qəbul etdi — FOTO
13 May 2020 SON DƏQİQƏ!! Prezident Kəlbəcərə icra başçısı təyin etdi
13 May 2020 İcra başçısı evinin qarşısında post qurdurub – Fotolar
13 May 2020 Mədəniyyət Nazirliyi milyonları necə mənimsəyib? — ŞOK FAKTLAR
12 May 2020 Nazir müavini belə saxlanılıb - Video
12 May 2020 Prezident və birinci xanım tibbi maska fabrikinin açılışında
10 May 2020 Prezident İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin doğum günü münasibətilə ağac əkiblər — FOTO + VİDEO
10 May 2020 Prezidentlə xanımı Suraxanıda ağac əkdi
10 May 2020 Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 97 il ötür
08 May 2020 Kərim Tahirov: 10 may Ümummilli lider Heydər Əliyevin doğum günüdür
08 May 2020 Əsassız iddia TƏKZİB OLUNDU
08 May 2020 Ona etibar edilən bütün işlərdə Böyükağa İslamov özünü doğruldub
07 May 2020 “Acgöz məmurlar yerlərdə narazılıqlar yaratmağa cəhd edirlər” – Vitse-spiker Adil Əliyev
07 May 2020 Vilyam Hacıyev belə saxlanıldı – Əməliyyat görüntüləri – VİDEO
07 May 2020 Səxavət Məmmədov: Təcrübəli dövlət xadimi olan Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək Böyük Xilaskar rolunu oynamış, bizim üçün bugünkü Müstəqil Azərbaycanımızı yaratmışdır