Son xəbərlər

 

            

   Dünyanı ağuşuna alan koronavirus , COVİD – 19 bəlası bizim ölkəmizdən də yan keçməyib.

Çox şükürlər dövlətimiz tərəfindən  vaxtında həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində bir sıra dövlətlərdə baş verən ağır faciələr yaşamadıq. Çünki bir olduq, birlik olduq. Doğrudur , hələ təhlükə tam keçməyib. Lakin hər şey nəzarət altındadır. Təkcə paytaxtımızda deyil , ayrı- ayrı bölgələrdə , rayonlarda da verilən qərarlar , tapşırıqlar yüksək səviyyədə icra olunub və olunmaqdadır. Belə rayonlardan biri də Hacıqabul rayonudur. Belə ki , ölkəmizdə yaşanan mövcud vəziyyətin ilk günlərindən Hacıqabul Rayon İcra Hakimiyyəti rayonda vəziyyəti tam nəzarətdə saxlayır.

Hər şeyin fövqündə insanların sağlamlığdır ki , bu da İcra hakimiyyəti tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Rayon mərkəzidə  , ayrı – ayrı kənd və qəsəbələrdə  dəfələrlə  yüksək səviyyədə  dezinfeksiya , işləri aparılıb və bu proses hal – hazırda da davam etdirilməkdədir.  Ölkə ərazisində karantin rejiminin tətbiq edilməsindən sonra Hacıqabulda da  bir qayda olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələri həyata keçirilməyə başlandı.İcra  başçısı Rüstəm Xəlilov xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunması , sakinlər arasında fərdi qaydada maarifləndirmə işlərinin aprılması haqqında mütəmadi olaraq göstərişlər verir və bu sahədə görülən işlərə tam nəzarət edir. Xüsusi ayrılmış mobil qruplar tərəfindən şəhər, qəsəbə və kəndlərdə əhali arasında insanların evdən kənara çıxmamaları, xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün maarifləndirmə işləri ciddi qaydada aparılır. Karantin rejiminin tələblərinə riayət edilməsi üçün rayon ərazisində fəaliyyətinə icazə verilməyən ticarət, ictimai iaşə obyektləri və mövcud olan istirahət parklarına giriş tam məhdudlaşdırılmışdır.

  
   “ Evdə qal “ kompaniyasına qoşulan əhalinin həssas qrupuna, yaşı 65 dən yuxarı olanlara , aztəminatlı ailələrə ,karantin rejiminə görə işləməyən ,  ehtiyacı olan insanlara həm maddi ,sosial- tibbi , mənəvi dəstək rayonda yüksək səviyyədə həyata keçirilir. Ümumilikdə , karantin dövrü başlayandan bu günə kimi 2000- dən çox aztəminatlı ailəyə yardım edilmiş və hal–hazırda da bu aksiya davam etdirilməkdədir.  Rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov         mütəmadi olaraq  inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri ilə  video-konfrans keçirir.  

Rayon ərazisində də aparılan dezinfeksiya işləri, xüsusi karantin rejiminə vətəndaşlar tərəfindən riayət olunması, kənd təsərrüfatı işlərinin gedişi və kəndlərdə yaşayan ahıl şəxslərin hərəkət məhdudiyyətlərinin təmin edilməsi vəziyyəti ilə maraqlanır , müvafiq tapşırıq və tövsiyələrini verir.

Bir sözlə   , Hacıqabul rayonu bu çətin və məşəqqətli    günləri geridə qoymaq , normal həyata qayıtmaq üçün bütün qüvvəsini səfərbər edir ,  ölkə rəhbərinə dayaq və dəstək olduğunu bir daha nümayiş etdirir.

Müşfiq Kişiyev
23 Aprel 2024 Onlara bu şansı verməyəcəyik! - Prezident
23 Aprel 2024 “Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür“ - ŞƏRH EDİLDİ
21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 İsrail-İran savaşı, yoxsa… - RAKURS
16 Aprel 2024 “Azərbaycana heç vaxt belə paşinyanlar lazım olmayıb” - DEPUTAT TƏNQİD ETDİ
16 Aprel 2024 “Vətəndaşları bu eybəcər plana alət edə bilməyəcəklər” - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 Müharibələr meydanına çevrilən dünyanın TƏHLÜKƏSİZLİK ADASI – TƏHLİL
16 Aprel 2024 "Qərb Tekstil" 1 milyon dollara özəlləşdirildi
16 Aprel 2024 İran bütün Yaxın Şərqi təhdid edir - Netanyahu
15 Aprel 2024 “Təəssüf ki, Ermənistan belə güc mərkəzlərinin əlində vasitəyə çevrilib” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
15 Aprel 2024 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
15 Aprel 2024 Dollar dünyada yenidən güclənir: avro ucuzlaşdı
15 Aprel 2024 Hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir
14 Aprel 2024 Papa İsrail və İrana çağırış etdi