Son xəbərlər

 


“Bu gün qlobal bəlaya çevrilən koronavirus pandemiyasından qorunma]ın ən yaxşı yolu  və müalicəsi özünütəcriddir. Yəni, insan özünü, ətrafını, yaxınlarını, əzizlərini bu bəladan qorumaq üçün mütləq digərləri ilə sıx təmaslardan maksimum dərəcədə qorumalı və bununla bağlı hökumət tərəfindən tətbiq edilən qaydalara ciddi əməl etməlidir”.

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili İqbal Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanda koronavirus pandemiyasına qarşı effektiv mübarizəni təşkil etmək, eyni zamanda hər bir vətəndaşın bu infeksiyaya yoluxmaması üçün onların təhlükəsizliyinin, sağlamlığının ən yüksək səviyyədə təmin edilməsi istiqamətində ciddi tədbirlər planı hazırlayaraq həyata keçirməkdədir:

“Ölkə başçısı tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir ki, pandemiya Azərbaycanda geniş vüsət almasın və bunun qarşısı qısa zamanda alınsın. Bu məqsədlə ölkə başçısının tapşırığı ilə ölkəyə koronavirus infeksiyasını müəyyən edən test laboratoriyaları alınaraq gətirilib. Məhz bu laborator testlər vasitəsi ilə bu gün daha çox insanı yoxlamaq mümkün olub. Bundan əlavə olaraq xaricdən gələn vətəndaşlarımızın karantində saxlamaq üçün yetərincə xəstəxanalar ayrılıb. Ancaq onu da qeyd etmək yerinə düşər ki, bu işdə ölkə başçısının təşəbbüsünə yerli sahibkarlar və insanlarımız da yaxından dəstək verməkdədir. Bir sıra iş adamları öz turizm obyektlərini xaricdən gələn soydaşlarımızın karantin rejimində saxlanması üçün təqdim edib və vətəndaşlarımız həmin turizm obyektlərinin otellərində yerləşdirilib. Yəni, bu işdə Azərbaycan cəmiyyəti koronavirus pandemiyasına qarşı eyni nöqtəyə vurur. Hamı ölkə başçısının ətrafında sıx bilərşib”.

Millət vəkili qeyd edib ki, Azərbaycanda koronavirus pandemiyasna qarşı tədbirlər planı hazırlansa da, bu virusun yayılmasının qarşısnı almaq hələ də mümkün deyil:

“Bunun isə bir sıra obyektiv və subyektiv səsəbələri var. İlkin mərhələdə koronavirusa yoluxanlar ancaq xaricdən gələn vətəndaşlarımızda aşkar edildi. Sonra isə daxildə də bu yayılma halları qeydə alınmağa başladı. Obyektiv səbəb,  epidemiyanın hava, su vasitəsi ilə keçməsidirsə, digər əsas səbəbi insanların bir-biri ilə təması ilə yoluxmasıdır. Çünki bu infeksiyaya yoluxma zamanı inkubasiya dövrü 14 gündən 28 günədək davam edir. Bu zaman infeksiyaya yoluxan insan COVİD-19 daşıyıcısı olaraq bilmədən digər insanlarla təmasda olur. Bax, bunu nəzərə alaraq ölkə rəhbərliyi Azərbaycanda karantin rejimi tətbiq edərək insanları #evdəqal sosial və özünütəcrid mexanizmini tətbiq etdi. Yəni, belə bir bəla ilə təkcə inzibati metodlarla mübarizə aparmaq yetərli deyil.

Bu işdə vətəndaşlar da  aktiv olmalı və özlərinin vətəndaş məsuliyyətini dərk edərək qaydalara riayət etməlidir. Ancaq bəzi insanlarımız bu qaydalara riayət etmədi və nəticədə virus yayıldı. Ölkə başçısının dediyi kimi virusun yayılmasında səbəbkarlarından biri də məhz insanların məsuliyyətsiz davranışı oldu. Odur ki, hər birimiz Operativ Qərargahın tətbiq etdiyi təlimatlara və qaydalara ciddi riayət edəriksə, bəladan daha tez və az itki ilə çıxmış olarıq. Bir daha təkrar edirəm ki, ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə bütün zəruri addımlar atılır. Ancaq vətəndaşlar da özlərində məsuliyyət hiss edib, qaydalara riayət edib, özlərini bu çətin günlərdə cəmiyyətdən təcrid etməyi bacarmalıdır. Bunu təkcə insan öz sağlamlığı üçün yox, övladının, ən yaxın əzizinin, valideyninin, yaxınlarının  sağlamlığı üçün etməlidir. Bu virusdan qorunmanın hələlik başqa yolu yoxdur. Çünki COVİD-19-un hələlik müalicə metodu tapılmayıb. Ona görə də insanlar deyilən qaydalara ciddi əməl etməlidirlər”.

Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti və Birini vitse-prezident tərəfindən  ölkəmizdə koronavirusa qarşı həyata keçirilən mübarizə metodu dünyanın digər ölkələri, xüsusən də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təqdir olunur: “Hətta Azərbaycan təcrübəsi bir sıra digər ölkələrdə tətbiq olunmaqdadır”.

Deputatın sözlərinə görə, görülən tədbirlər nəticəsində koronavirus pandemiyası nəzarətdə saxlamaq mümkündür.

“Yaxın qonşularımıza və dünyanın ən inkişaf etmiş ölkələrinə nəzər salsaq görərik ki, vəziyyət həmin ölkələrdən qat-qat yaxşıdır. Dünyanın  istər iqtisadi, istərsə də tibbi cəhətdən ən inkişaf etmiş ölkələri belə bu virusa qarşı mübarizədə ən aciz durma düşüblər. Heç nə edə bilmirlər. Həmin ölkələrdə gündə yüzlərlə insan koronavirus pandemiyasından dünyasını dəyişir. Bu gün MDB məkanında ən acınacaqlı durum Ermənistandadır. Bu ölkədə koronavirusa yoluxanların sayı 770-ə, ölənlərin sayı isə 7 nəfərə çatıb. Ölkədə fövqəladə vəziyyət elna olunsa da, koronavirus epidemiyasına qarşı effektiv mübarizə apara bilmir. Ermənistan rəhbərliyi vətəndaşının təhlükəsizliyini və sağlamlığını müdafiə edə bilmir.  Onun taleyinə laqeyd yanaşır. Bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparıb,  hər bir dünya insanının təhlükəsizliyini, sağlamlığını qorumaq istiqamətində səylərini birləşdirsə də, Ermənistan yenə də öz ampulasına uyğun hərəkət etməkdədir. Belə bir məqamda da Ermənistan təxribatçı və işğalçı siyasətini davam etdirməkdədir. Martın 31-də separatçı Dağlıq Qarabağda keçirilən “seçkilər” bunun bariz göstəricisidir. Bu bir daha göstərir ki, işğalçılıq siyasəti Ermənistan rəhbərliyi üçün vətəndaşının sağlamlığından daha üstündür.

Ermənistanda fərqli olaraq Azərbaycan dünyanın koronavirus pandemiyası ilə bağlı çağrışına adekvat reaksiya verərək, pandemiyaya qarşı mübarizədə öz töhfəsini verməkdədir. Azərbaycan rəhbərliyi təkcə ölkədə deyil, eyni zamanda qlobal miqyasda koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparmaq üçün əlindən gələni etməkdədir. Bu məqsədlə ilk olaraq ÜST-ə 5 milyon dollar həcmində yardım edib. Azərbaycan praktikası dünyada tətbiq olunmaqdadır. Hər bir vətəndaşının təhlükəsizliyinin, sağlamlığının müdafiəsi üçün bütün zəruri addımları atır”.

Deputat son olaraq qeyd edib ki, gəlin bu bəlaya qarşı vətəndaş məsuliyyətimizi dərk etməklə hamımız deyilən qaydalara riayət edib, eyni nöqtəyə vurmaqla qısa zamanda koronavirus pandemiyasından birlikdə xilas olaq:

“Onun üçün də #evdəqal prinsiplərinə, qayda və təlimatlarına ciddi əməl edib, psixoloji ruh yüksəkliyini qoruyaraq özümüzü, yaxınlarımızı, övladlarımızı, valideynlərimiz, əzizlərimizi bu bəladan xilas etməliyik. Xoş gələcəyimiz təmin etmək üçün Operativ Qərargahın qəbul etdiyi qaydalara riayət edək. Bu işdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva  cəmiyyətə nümunədir və biz də onlardan nümunə götürüb, vətəndaş olaraq üzərimizə düşən məsuliyyəti ölkə rəhbərliyi kimi layiqincə yerniə yetirək”.

Mürtəza

24 Aprel 2024 HEYDƏR ƏLİYEV - Əbədi müstəqilliyə imza atan Dahi Şəxsiyyət TƏHLİL
24 Aprel 2024 “Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır” - ŞƏRH EDİLDİ
24 Aprel 2024 Bölgələrdə 70 qəpikdən satılan xiyar paytaxt bazarlarında nə vaxt ucuzlaşacaq? VİDEO
24 Aprel 2024 "Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
24 Aprel 2024 Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti
24 Aprel 2024 Ləqəblərin mənası, əhəmiyyəti, mahiyyəti və yaranma ehtiyacı nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
24 Aprel 2024 Zelenski ABŞ ssenarisi üzrə oynayan artistdir! - Pxenyan
23 Aprel 2024 Onlara bu şansı verməyəcəyik! - Prezident
23 Aprel 2024 “Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür“ - ŞƏRH EDİLDİ
21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 İsrail-İran savaşı, yoxsa… - RAKURS
16 Aprel 2024 “Azərbaycana heç vaxt belə paşinyanlar lazım olmayıb” - DEPUTAT TƏNQİD ETDİ
16 Aprel 2024 “Vətəndaşları bu eybəcər plana alət edə bilməyəcəklər” - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 Müharibələr meydanına çevrilən dünyanın TƏHLÜKƏSİZLİK ADASI – TƏHLİL