Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm! Xahiş edirəm, bunu mütləq zərurət və vəzifəniz kimi qəbul edin - Növbəti 20 gün ərzində hamı evdə qalmalıdır. Ailələrinizlə birlikdə. Xahiş edirəm, vacib zərurət olmadan evlərinizi tərk etməyin!

“Qafqazinfo” xəbər verir ki, bu fikirlər Azərbaycanın birinci-vitse-prezidenti Mehriban Əliyevanın xalqa müraciətində yer alıb.

O qeyd edib ki, bu günlərdə karantin rejiminə riayət edə bilməyən vətəndaşlar var

 

"Minlərlə soydaşımız iş başındadır və əllərindən gələni edirlər ki, vətəndaşlarımızın əksəriyyəti özlərini qoruya bilsin, evdə qalsın və karantin rejiminə əməl etsin. Bu gün koronavirus epidemiyası ilə mübarizədə ön cəbhədə olanlara ən gözəl minnətdarlıq – özünütəcrid rejiminə riayət etməkdir. Biz bu qaydalara nə qədər ciddi və səmərəli riayət etsək, epidemiya ilə mübarizə aparan qardaş və bacılarımız adi həyat tərzinə və öz ailələrinin yanına bir o qədər tez qayıda bilər.

Gündəlik həyat tərzindən imtina edib evdən çölə çıxmamağın, doğma və yaxınlarınla görüşməməyin, bəzən övladlarını və nəvələrini qucaqlamaq imkanından məhrum olmağın necə çətin olduğunu anlayıram. Amma əgər biz məsuliyyətli vətəndaşlarıqsa, əgər həqiqətən valideynlərimizi seviriksə (mən isə buna əminəm!), əgər biz doğrudan da övladlarımızın və nəvələrimizin qədrini biliriksə, biz bunu onlar üçün! - etməyə borcluyuq, məhz borcluyuq! Özümüz üçün! Vətənimiz naminə!

Artıq bir neçə ölkənin faciəli təcrübəsi bəşəriyyətə koronavirus pandemiyası zamanı sağ qalmağın əsas prinsipini necə formalaşdırmaq lazım olduğunu göstərdi. Bu prinsip dramatik dərəcədə sadə və birmənalıdır: ya xalq karantin rejiminin qayda və göstərişlərinə hökmən əməl edir və birlikdə sağ qalır, ya da tövsiyələrə məhəl qoymur və çoxsaylı insan tələfatına səbəb olur. Düşünün, cəmi bir insanın laqeydliyi onlarla günahsız insanın ölümünə gətirib çıxara bilər". 

28 Mart 2024 “Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdıq” - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mart 2024 Qarabağı viran qoyan avantüristlər… - İrəvan
28 Mart 2024 Taksilərdə videokameralar quraşdırılacaq - Tarix
28 Mart 2024 AB Şurasının üzvləri Cənubi Qafqaza gəlir
28 Mart 2024 Fransızların terakt xofu 10 üzərindən 7 baldır
28 Mart 2024 Bu gün onların günüdür
28 Mart 2024 Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
28 Mart 2024 NATO-Ermənistan “nikah”ına hazırlıq gedir - RAKURS
28 Mart 2024 Xocalıya qayıdış bu tarixdə başlayacaq" - ŞƏRH EDİLDİ
28 Mart 2024 Ailə hüququ dedikdə nə başa düşülür? - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Muzdlu kölənin arzuları: Rasmussen yeni müharibə istəyir
28 Mart 2024 "Bu qidalar mənşəyi məlum olmayan xəstəliklərə gətirib çıxara bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Rusiyanın Baltikyanı ölkələrə hücum ehtimalı... - Putin
28 Mart 2024 Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!
28 Mart 2024 İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma
27 Mart 2024 Bayramdan sonra səmənini nə edək? - FİLOLOQ AYDINLIQ GƏTİRDİ
27 Mart 2024 Sülh sazişinin prinsipləri razılaşdırıldı - Paşinyan
27 Mart 2024 31 mart 1918-ci il soyqırımı gerçəkləri - MÜSAHİBƏ
27 Mart 2024 “Onların iş adamının bir dönərinə ehtiyacı yoxdur” - EKSPERT TƏNQİD ETDİ
27 Mart 2024 ABŞ Kremli son kozırdan məhrum edə bilər..?
27 Mart 2024 “Efiri bazar səviyyəsinə endirən telekanallar cəzalandırılmalıdır” - EKSPERT SƏRT DANIŞDI
26 Mart 2024 Hayların ABSURD TORPAQ İDDİALARI - TƏHLİL
26 Mart 2024 İrəvan öz yalanlarına aldanır
23 Mart 2024 Heç kim bunu bacarmayacaq - Putin
23 Mart 2024 Şərəfli ömürün daha bir baharı
22 Mart 2024 İtaliya portalı Novruz adət-ənənələrindən yazıb
22 Mart 2024 "Qərb dairələrinin əsl məqsədi..." - MÜNASİBƏT BİLDİRİLDİ
22 Mart 2024 Düşmən dəyirmanına su tökən XƏYANƏTKAR – TƏHLİL
22 Mart 2024 Kamaləddin Qafarov: “Novruz bayramı Xankəndiyə də gəldi”