Son xəbərlər

 

             
Son zamanlar bütün yer kürəsini təşviş içərisində saxlayan, insanların həyatını sözün həqiqi

mənasında alt-üst edən, Koronavirus – COVİD -19  virusu ölkəmizdə də öz təsirini göstərməkdədir.Hal-hazırda uşaqdan-böyüyə dərk etmək , düşünmək qabiliyyətində olan hər bir kəs bu bəladan  qurtulmaq üçün çalışır, həmrəylik nümayiş etdirir, əlindən gələnləri əsirgəmir . İndi birlik, həmrəylik vaxtıdır. Fədakar, dar gündə birlik nümayiş etdirməyi bacaran xalqımız, qeyrətli vətən övladlarımız,  hər kəs bacardığı qədər yararlı olmağa çalışır. Xaricdə yaşayanlarımız vətənə qayıda bilməyən soydaşlarımız üçün evlərini açır , kimi maddi , kimi mənəvi dəstəyini nümayiş etdirməklə bu dar gündən üzüağ çıxmaq üçün bir vətəndaş, bir ləyaqətli insan kimi bacardığını edir.

Nahaq yerə deyil ki , ölkə rəhbəri cənab İlham Əliyev pandemiya ilə mübarizə aparmaq üçün yaradılan fonda 1 manat bağışlayan vətəndaşa da öz təşəkkürünü bildirərək onun insanlıq mövqeyini alqışladı.

   Haqqında danışmaq istədiyim şəxs , çox  hörmətli millət vəkili İqbal Məmmədov da bu çətin , ağır günlərdə hər zaman xalqın , seçicilərinin yanındadır . Onlara hər daim olduğu kimi  böyük maddi və mənəvi  dəstəyini göstərməkdədir. Xatırlatmaq yerinə düşərdi ki, pandemiyanın ilk günlərindən İqbal müəllim seçildiyi ərazidən sosial təminatı zəif olan insanlara dayaq - dəstək olmuş və hal- hazırda da davam etdirməkdədir. Hətta o zaman Lerik rayonunda  yerləşən  turizm obyektlərini də karantində olan insanların xidmətinə vermişdir. Bu dəyərli insanın bu alicənab hərəkəti o vaxt da bəzilərinin ox olub gözlərinə batmış , İqbal müəllim haqqında yalan- yalnış , iftiralarla dolu yazılar  bəzi saytlarda yer almışdır.
  Son günlər İqbal müəllim haqqında növbəti qara piyarın  başlandığının şahidi olmaqdayıq. 
  Bəzi saytlarda  , o cümlədən Reaksiya TV-də   İqbal Məmmədov haqqında növbəti iftiralar , şər- böhtanlar , qarayaxmalar yer almaqdadır.  Bütün bunlar yenə də qərəzçilikdən  , məkrə hesablanan çirkin məqsədlərdən xəbər verir.  Şər-böhtan, qarayaxmalarla bu  layiqli addıma kölgə salmağa çalışanlar şərəf və ləyaqətdən nəsibini almayanlardır , desək heç də yanılmarıq. Halbuki yazmağa , işıqlandırmağa o qədər gözəl işlər , hadisələr var ki ... Bu el ağsaqqalının , millət vəkilinin alicənablığı , səxavəti , xeyirxahlığı , insanlığı , ləyaqəti ... Dövlətimizə , xalqımıza , vətəndaşlarımıza xidməti saysız - hesabsız yazıların , verlişlərin mövzusu ola bilər. 
Nə yazıq ki , bədxahlığa  köklənmişlərin gözləri hər zaman bağlıdır. Yaxşıları , yaxşılıqları görmək onlarlıq deyil .Sonda onlara demək istərdim ki , insanın ləyaqəti , vicdanı və şərəfi onun kökündən, əslindən , nəslindən gəlir . Quyuya su tökməklə olmur. 
   Müşfiq Kişiyev.

19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 İsrail-İran savaşı, yoxsa… - RAKURS
16 Aprel 2024 “Azərbaycana heç vaxt belə paşinyanlar lazım olmayıb” - DEPUTAT TƏNQİD ETDİ
16 Aprel 2024 “Vətəndaşları bu eybəcər plana alət edə bilməyəcəklər” - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 Müharibələr meydanına çevrilən dünyanın TƏHLÜKƏSİZLİK ADASI – TƏHLİL
16 Aprel 2024 "Qərb Tekstil" 1 milyon dollara özəlləşdirildi
16 Aprel 2024 İran bütün Yaxın Şərqi təhdid edir - Netanyahu
15 Aprel 2024 “Təəssüf ki, Ermənistan belə güc mərkəzlərinin əlində vasitəyə çevrilib” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
15 Aprel 2024 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
15 Aprel 2024 Dollar dünyada yenidən güclənir: avro ucuzlaşdı
15 Aprel 2024 Hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir
14 Aprel 2024 Papa İsrail və İrana çağırış etdi
14 Aprel 2024 Millət vəkili Məşhur Məmmədov: “Zərifə Əliyevanın bioqrafiyası hər bir xanıma örnəkdir“
14 Aprel 2024 İranın İsrailə hücumunun gerçəkləri: plan nə idi? – 8 maddə
14 Aprel 2024 Kamaləddin Qafarov: “Zərifə xanım Əliyevanın həyatı gözəl bir örnəkdir”