Son zamanlar dünyanın mübarizə apardığı qlobal Pandemiya, bütün dünya dövlətlərini bu virusa qarşı birgə mübarizəyə səfərbər edib.

Ölkəmizdə də aparılan bu mübarizənin əsasında, bu Pandemiyaya qarşı mübarizədə xalqı səfərbər etmək durur.  Azərbaycan hökumətinin gördüyü  qabaqlayıcı tədbirlər sırasında “Evdə qal, Sağlamlığını qoru” prinsipi də əslində, bu Pandemiya infeksiyasına yoluxma hallarının qarşısını almağa yönəlib. Bununla yanaşı ölkə Prezidentinin yaratdığı və daha sonra təşəbbüs göstərdiyi Koronavirusa qarşı mübarizə Fonduna dəstək kompaniyası, bu günün mühüm olan və Pandemiya ilə mübarizənin effektiv möhkəmləndirilməsi istiqamətində yürütdüyü ən doğru mübarizə siyasətidir.  Ölkə prezidentinin örnək olan bu təşəbbüsünə, sahibkarların, dövlət xadimlərinin, vəzifəli şəxslərin, deputatların və sadə Azərbaycan vətəndaşlarının, hətta bəzi KİV-in qoşularaq həmin Fonda ianə şəklində dəstək vermələri, Pandemiya infeksiyasına qarşı birgə mübarizə metodundan başqa, Azərbaycan xalqının birliyini nümayiş etdirən bir amildir. Sirr deyil ki, artıq Türkiyə dövləti də Azərbaycan Prezidentinin bu nümunəvi təşəbbüsünü örnək olaraq öz ölkəsində tətbiq etməyə başladı. Əmin olun ki, Azərbaycan Prezidentinin və bu təşəbbüsə qoşulan Azərbaycan sahibkarlarının, deputatlarının, ümumilikdə Azərbaycan vətəndaşlarının “BİRLİK” simvolu olan bu aksiyanı bütün dünya dövlətləri bir örnək olaraq tətbiq edəcəklər. Belə bir ağır vəziyyətdən yalnız Ümumxalq birliyi sayəsində qurtulmaq mümkündür.

Ona görə də Pandemiya ilə mübarizəyə qoşulan istənilən azərbaycanlının imkanı daxilində təşəbbüs göstərdiyi nümunəvi addımlar reklam kimi deyil, Pandemiya ilə mübarizəyə Ümumxalq çağırışı kimi qiymətləndirilməlidir.

Təəssüflər olsun ki, ölkə Prezidentinin təşəbbüsü ilə başlanan bu Ümumxalq aksiyasına bəzi saytlar kölgə salmağa cəhd göstərməkdə davam edirlər.

Bu gün diqqətimi çəkən aztoday.az saytında sahibkarın öz təşəbbüsü ilə karantin üçün ayrılmış, Lerikdə yerləşən “Relax” AİM-də ölkə xaricindən gətirilən soydaşılarımızın yerləşdirilməsi və onlara xüsusi qayğı göstərilməsi, deputat İqbal Məmmədovun həmin İstirahət Mərkəzində karantinə alınmış şəxsləri xüsusi diqqətində saxlaması ilə bağlı kütləvi informasiya vasitələrində mütəmadi dərc olunan məlumatları, reklam kimi xarakterizə edib ictimaiyyət arasında çaşqınlıq yaratmaq kimi bir yazı oldu. Doğrusu həmin yazını oxuyarkən təəccübləndim ona görə ki, həmin saytın yazarı, artıq keçmişdə qalmış, məqsədyönlü şəxslərin təxribatı ilə ictimailəşdirilmiş və araşdırılmadan ölkə mediasında tirajlanan “Relax” hadisəsini yenidən ictimailəşdirməyə çalışır. Hal bu ki, həmin hadisə ilə bağlı kifayət qədər istintaq orqanında araşdırma aparılmış və sonunda məhkəmənin müvafiq qərarı ilə həbs olunan şəxslər azadlığa buraxılıb.

Eyni zamanda Növbədənkənar Parlament seçkilərində də Yeni Azərbaycan Partiyası İqbal Məmmədovun namizədliyini Lerik rayonundan vahid namizəd olaraq irəli sürdü. Sonunda ölkənin Konstitusiya Məhkəməsinin müvafiq rəyi ilə seçkilərin nəticəsi tanınaraq təsdiq edildi.  Kimlərinsə qəbul edib-etməməsindən asılı olmayaraq, Konstitusiya Məhkəməsinin rəyi və ya qərarı müzakirə olunmaz qüvvəyə malik olmaqla Azərbaqycan Respublikasının bütün ərazilərində məcburi qüvvəyə malikdir. Bu o deməkdir ki, heç bir kəs, kimliyindən asılı olmayaraq bu məsələni müzakirə predmetinə çevirə bilməz. Çünki bu müzakirə predmeti cinayət məsuliyyəti yaradır.

Saytın şərh etdiyi bu əsassız arqumentlərin üzərində çox dayanmaq istəmirəm.

Dünyanı ağuşuna alan Pandemiya infeksiyası ilə mübarizə apardığımız bir zamanda, hər bir media –mətbuat nümayəndəsinin əsas vəzifəsi, Azərbaycan ictimaiyyətini bu sahədə marifləndirmək, birliyimizin təməli olan nümunəvi dəstək kompaniyasına qoşulan və bu istiqamətdə imkanlarını səfərbər edib xalqın sağlamlığının mühafizəsinə yönələn addımlar atan iş adamlarının, deputatların, dövlət xadimlərinin və digər katiqoriyadan olan fiziki və hüquqi şəxslərin gördüyü işlərin ictimailəşdirilməsi, Pandemiyaya qarşı mübarizəyə Ümumxalq çağırışı kimi qiymətləndirilməlidir.  Bu çağırış əslində Azərbaycan xalqının “BİRLİK” simvoludur.

Bu Ümümxalq birliyinə kölgə salmaq istəyənlər, yaxşı olardı ki, səhvlərini anlayıb, özləri də bu aksiyaya qoşularaq, ölkə Prezidentinin nümunəvi təşəbbüsünə dəstək verib, deputat İqbal Məmmədov və  “Relax”ın sahibi olan sahibkar Çingiz Məmmədov kimi digər insanların, ölkənin üzləşdiyi qlobal Pandemiya ilə mübarizədə nümayiş etdirdikləri dəstək xarakterli çağırış tipli bu Ümumxalq bnirliyini, bir Azərbaycanlı olaraq olduğu kimi, təhrif vermədən, ictimaiyyətin mariflənməsi üçün ictimailəşdirsinlər.

Çünki üzləşdiyimiz vəziyyət bizdən bu prinsipi tələb edir. Əks təqdirdə həqətə uyğun olmayan belə xoşagəlməz halların davam etməsi, ölkədə aparılan Pandemiya infeksiyasına qarşı Ümumxalq mübarizəsinə kölgə salmağa xidmət etməkdən başqa bir şey olmayacaq.

Sonda  ictimaiyyəti, Ümumxalq birliyimizə kölgə salan məlumatlara əhəmiyyət verməməyə, ölkə Prezidentinin təşəbbüsü ilə Pandemiya ilə mübarizəyə dəstək verən deputat və iş adamlarımıza, o cümlədən hər bir azərbaycanlıya birlikdə dəstək verməyə çağırıram. Gəlin bu birliyimizi qoruyaq, qlobal Pandemiyaya birlikdə qalib gələk.

Həmkar media nümayəndələrinə sözüm budur ki, gəlin ölkənin bu çətin günündə mənfi rəy formalaşdıran hərəkətlərdən əl çəkib, Azərbaycanımıza xidmət edək !!!

Çünki “BİZ BİRLİKDƏ GÜCLÜYÜK” !

Rəhman Cəbiyev / Xüsusilə UTVİNFO üçün

28 Mart 2024 “Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdıq” - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mart 2024 Qarabağı viran qoyan avantüristlər… - İrəvan
28 Mart 2024 Taksilərdə videokameralar quraşdırılacaq - Tarix
28 Mart 2024 AB Şurasının üzvləri Cənubi Qafqaza gəlir
28 Mart 2024 Fransızların terakt xofu 10 üzərindən 7 baldır
28 Mart 2024 Bu gün onların günüdür
28 Mart 2024 Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
28 Mart 2024 NATO-Ermənistan “nikah”ına hazırlıq gedir - RAKURS
28 Mart 2024 Xocalıya qayıdış bu tarixdə başlayacaq" - ŞƏRH EDİLDİ
28 Mart 2024 Ailə hüququ dedikdə nə başa düşülür? - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Muzdlu kölənin arzuları: Rasmussen yeni müharibə istəyir
28 Mart 2024 "Bu qidalar mənşəyi məlum olmayan xəstəliklərə gətirib çıxara bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Rusiyanın Baltikyanı ölkələrə hücum ehtimalı... - Putin
28 Mart 2024 Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!
28 Mart 2024 İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma
27 Mart 2024 Bayramdan sonra səmənini nə edək? - FİLOLOQ AYDINLIQ GƏTİRDİ
27 Mart 2024 Sülh sazişinin prinsipləri razılaşdırıldı - Paşinyan
27 Mart 2024 31 mart 1918-ci il soyqırımı gerçəkləri - MÜSAHİBƏ
27 Mart 2024 “Onların iş adamının bir dönərinə ehtiyacı yoxdur” - EKSPERT TƏNQİD ETDİ
27 Mart 2024 ABŞ Kremli son kozırdan məhrum edə bilər..?
27 Mart 2024 “Efiri bazar səviyyəsinə endirən telekanallar cəzalandırılmalıdır” - EKSPERT SƏRT DANIŞDI
26 Mart 2024 Hayların ABSURD TORPAQ İDDİALARI - TƏHLİL
26 Mart 2024 İrəvan öz yalanlarına aldanır
23 Mart 2024 Heç kim bunu bacarmayacaq - Putin
23 Mart 2024 Şərəfli ömürün daha bir baharı
22 Mart 2024 İtaliya portalı Novruz adət-ənənələrindən yazıb
22 Mart 2024 "Qərb dairələrinin əsl məqsədi..." - MÜNASİBƏT BİLDİRİLDİ
22 Mart 2024 Düşmən dəyirmanına su tökən XƏYANƏTKAR – TƏHLİL
22 Mart 2024 Kamaləddin Qafarov: “Novruz bayramı Xankəndiyə də gəldi”