Son xəbərlər

 

      
İnqilabçı, yoxsa filosof?

Əslində biri digəri ilə ziddiyyət təşkil edən bu iki obrazın vəhdəti, sən demə, dövlətinin müstəqilliyi, xalqının rifahı və ölkəsinin inkişafı naminə yaşanan bir ömürdə öz təzahürünü tapa bilərmiş... 

         “Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək kifayət deyil, biz həm də erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün fəaliyyətimizi daha da gücləndirməliyik və harınlamış bu etnosdan intiqamımızı almaq üçün Dövlətimizi daha da gücləndirməli, onunla bərabər olmalıyıq...”

         İnternet səhifələrində dərc olunmuş bu kimi fikirləri ifadə edən çıxışlarla rastlaşanda, mənə elə gəlir ki, onların müəllifini ayrıca qeyd etməyə çox zaman ehtiyac belə yoxdur. Vətən sevgisi, öz dövlətinə inam və etimad, düşmənə qarşı sonsuz nifrət... Duyursunuzmu bütün bu hisslər bircə cümlədən belə nə qədər böyük ehtirasla, enerji ilə püskürüb çıxır? Bəli, bu sözlərin müəllifi Ana Vətən Partiyasının sədri, Azərbaycan Milli Məclisinin deputatı, Tаriх еlmləri dоktоru, prоfеssоr Fəzail Ağamalıdır. Hələ ötən əsrin 60-cı illərində, Bаkı Dövlət Univеrsitеtinin tаriх fаkültəsində təhsil aldığı illərdə Аzаdlıq Hərəkаtına qоşulmuş Fəzail Ağamalı 1968-ci ildən «Аzərbаycаnın аzаdlığı və bütövlüyü uğrunda» gizli tələbə dərnəyinin fəаl iştirаkçılаrından biri оlmuşdur. O dövrlərdə dünyanın ən güclü kəşfiyyat və əks-kəşfiyyat idarələrindən biri, bəlkə də birincisi sayılan SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən nəzarətə götürülməsi belə, gənc Fəzaili öz əqidəsindən döndərə bilməmişdir.

        Milli-vətənpərvərlik ideyaları Fəzail müəllimi heç zaman tərk etməmişdir. Daha dəqiq desək Fəzail Ağamalı bu ideyaların sadəcə daşıyıcısı deyil, eyni zamanda onların çağdaş zamanın tələblərinə, dünyada cərəyan edən proseslərə daha obyektiv reaksiya verə biləcək substansiyalarının yaradıcılarından biri olmuşdur. Gənclik illərindən uğrunda mübarizə apardığı müstəqil Azərbaycan ideyası Fəzail Ağamalını ötən əsrin 80-ci illərindən başlanmış milli-azadlıq hərəkatının tam mərkəzinə çəkib gətirmişdir. Belə ki, 1988-ci ildə Хаnkəndində başlаyan еrməni sеperatizmi fоnunda Аzərbаycаnda ümummilli оyanışın ilk аnlаrından Fəzail müəllim хаlqımızın içərisində оlmuş, ümumхаlq mübаrizəsində dahа fəаl iştirаk еtmək üçün аiləsilə birlikdə Gəncədən Bаkıya köçmüşdür. 1988-ci ilin nоyabr-dеkаbr aylarında Аzаdlıq mеydanında davаm еdən fаsiləsiz mitinqlərdə аparıcı şəхslərdən biri kimi hərəkаtı idarə еtməyi qаrşısına məqsəd qоymuş,  nümаyiş kоmitəsinin yarаdılmаsında fəal iştirak etmiş və оnun rəhbərlərindən biri kimi fəaliyyət göstərmişdir. Həmçinin  Fəzail Ağamalı 1988-ci ilin оktyabrında Аzərbаycаnda ilk siyasi qurum оlаn və yarımlеqаl fəаliyyət göstərən “Vаrlıq” təşkilatının idarə heyətinin üzvü kimi Аzərbаycаnın dövlət müstəqilliyi uğrunda gedən mübаrizənin liderlərindən olmuşdur. 1989-cu ilin əvvəllərindən başlayaraq Azərbaycan Xalq Cəbhəsinin Proqram və Nizamnaməsinin yazılmasında ciddi rol oynamış, hal-hazırda yaşadığı, “Gənclik” metro stansiyasının yaxınlığında yerləşən mənzildə həmin sənədlərin hazırlanması prosesi xüsusi bir mərhələ olmuşdur.

        Lakin Fəzail Ağamalının mübarizəsinin yolu təkcə siyasi səhnələrdən deyil, eyni zamanda qanlı döyüş meydanlarından da keçmişdir.

        Epizod: 1990-cı ilin yanvar ayının 15-də, axşam saatlarında Hacıkənd ətrafına xeyli adam toplaşmışdı. Xankəndində dislokasiya olunan hərbi hissədən bir BMP və bir BTR Çaykəndə gəlmişdi. Buradan özləri ilə erməni bələdçi də götürüb Hacıkəndə doğru hərəkət edirdilər. Hacıkəndin yaxınlığında zirehli texnikanın qarşısı bizim könüllülər tərəfindən kəsilir. Həmin könüllülərin komandiri Bakıdan gəlmiş AXC funksioneri Fəzail Ağamalı idi. Şəxsən Fəzail müəllimin qurduğu tələ sayəsində həm BTR, həm də BMP hərbçilərin əllərindən alınır. Uğurlu əməliyyat nəticəsində 18 avtomat, 2 pulemyot, 1 snayper tüfəngi və çoxlu sayda sursat qənimət götürülür. Hər iki zirehli maşının əsgər və zabit heyəti əsir götürülərək, Xanların milis şöbəsinə təhvil verilir.

        Fəzail Ağamalının rəhbərlik etdiyi könüllülər dəstəsi Əli Nadirovla birlikdə Çaykənd əməliyyatında aktiv iştirak edir və erməni silahlılarının yerləşdiyi Mixaylovka, Azad və Kamo kəndləri düşməndən tamamilə təmizlənir. Əməliyyat nəticəsində 16 erməni yaraqlısı məhv edilir, bizim tərəfimizdən isə bir nəfər belə olsun itgi verilmir. Az sonra Qarabağda döyüşən yerli könüllü özünümüdafiə dəstələrinə hərbi texnikalar göndərilir. Bir məqamı da qeyd edək ki, o dövrdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri və sonralar Baş nazir olmuş Həsən Həsənov tərəfindən Fəzail Ağamalının fəaliyyəti yüksək qiymətləndirilmişdi...

        Lakin bütün bu mübarizəsinin, çəkdiyi əziyyət və məşəqqətlərin müqabilində Fəzail Ağamalı bir çox digər həmkarlarından fərqli olaraq, şəxsən özü üçün heç zaman nə bir vəzifə, nə bir yüksək dövlət postu tələbi irəli sürməmişdir. Əksinə, hər zaman yalnız xalqın və dövlətçiliyimizin maraqlarından çıxış edərək, Fəzail Ağamalı ən böhranlı məqamlarda doğru bildiyi amallar uğrunda hətta  məsləkdaşlarıyla konfliktə girməkdən belə çəkinməmişdir. Məhz elə bu zəmində də 1989-cu ilin əvvəllərindən başlаyarаq Аzərbаycаn Хаlq Cəbhəsinin yarаdılmаsı prоsеsinə qоşulan, оnun nizаmnamə və prоqrаmının hаzırlаnmаsında, təşkilаtın fоrmаlаşmаsında fəаl iştirаk еdən, АХC-nin 1989-cu ilin iyul аyında kеçirilmiş təsis kоnfrаnsında təşkilаtın Səbаil rаyоnu üzrə əlаqələndiricisi və Məclis üzvü seçilən Fəzail Ağamalı 1990-cı ilin qаnlı 20 Yanvаr hаdisələrindən sonra АХC rəhbərliyi ilə yarаnan ciddi fikir аyrılığına görə həmin təşkilаtdan istеfа vеrmiş və 1990-cı ilin iyulunda Azərbaycan milli-azadlıq hərəkatında fəal iştirak edən bir qrup həmfikirlərilə Ana Vətən Partiyasının təşəbbüs qrupunu yaradır, onun nizamnamə və proqramının hazırlanması prosesinə rəhbərlik edir. Ciddi hazırlıqdan sonra 24 noyabr 1990-cı ildə Ana Vətən Partiyasının təsis konfransında yekdilliklə partiyanın sədri seçilir.

Azad, Qüdrətli, Bütöv və Demokratik Azərbaycan amalı olan Fəzail Ağamalı milli müstəqillik və milli dövlətçiliyimiz uğrunda gedən ümumxalq mübarizəsinin önündə addımlayır, istiqlalımızda və milli dövlətçiliyimizdə müstəsna rol oynayan Ulu Öndərimiz Heydər Əliyev amilinə yüksək qiymət verərək, onun ideyalarına sonsuz sədaqət nümunəsi göstərir.

        Fəzail Ağamalı 1992-ci il martın 9-da Azərbaycan Demokratik Qüvvələr Birliyinin yığıncağında Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsi haqqında ilk rəsmi bəyanat vermiş, cəbhəçilər tərəfindən ciddi təhdid və təzyiqlərə məruz qoyulmasına rəğmən, 1993-cü ildə ölkəni fəlakətdən qurtarmaq üçün geniş vüsət alan Heydər Əliyev hərəkatında fəal iştirak etmişdir...

        Ümumiyyətlə Fəzail müəllim “mənəviyyat və əqidə, yaxud imtiyazlar və vəzifə” kimi seçim anlarında hər zaman birmənalı və alternativsiz qərar vermişdir. Təbii ki, mənəviyyat və əqidə. Elə 1994-cü ildə həmin vaxt Baş nazir postunu tutan Surət Hüseynovla aralarında yaranmış kəskin ziddiyyətə də Fəzail müəllimin ölkədə cərəyan edən hadisələrə prinsipial mövqelərdən yanaşması səbəb olmuşdu. Həmin ilin aprelində Fəzail Ağamalı Surət Hüseynovun dövlətçiliyimizə qarşı tutduğu antimilli xətti kəskin tənqid etdiyinə və onun istefa tələbini mətbuatda qabarıq şəkildə ifadə etdiyinə görə Baş nazirlə aralarında ciddi qarşıdurma yaranmış və həmin ilin avqustunda dövlətçiliyimiz naminə Ölkə Prezidenti, mərhum Heydər Əliyevə istefası ilə bağlı müraciət etmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri əvəzi vəzifəsindən istefa vermişdi. 

XXI əsrin başlanğıcı. Ulu Öndərimizin səhhətində yaranan problemlər bütün xalqımızı üzməkdədir. Saray məmurları və müxalifət içərisində hakimiyyəti ələ keçirməklə bağlı ən iyrənc layihələr üzərində iş gedir. Fəzail Ağamalı bir daha Heydər Əliyev irsinə və dövlətçiliyimizin gələcəyinə biganə qalmır, dövlətçiliyimizə yönələn xəyanətin üstünü mətbuatda açır və Ulu Öndərimizin yaratdığı və müstəqilliyimizin qarantı olan dövlətçiliyimizdə siyasi varisliyin əhəmiyyətini və bu baxımdan İlham Əliyevin alternativsizliyini təhlil yazılarında, çoxsaylı müsahibələrində önə çəkir və nəhayət 2003-cü ildə AVP-nin IV qurultayında prezident seçkilərində Cənab İlham Əliyevin namizədliyini rəsmi şəkildə irəli sürür.

        Fəzail Ağamalı Azərbaycanın qonşu dövlətlərlə dostluq münasibətlərinin qurulması istiqamətində də vaxtında kifayət qədər məhsuldar və səmərəli fəaliyyət göstərmişdir. Buna misal olaraq Fəzail müəllimin 2009-cu ildə qardaş Türkiyəyə səfərini göstərmək olar. O zaman Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi tam ciddiliyi ilə müzakirə olunmaqda idi. Bu barədə KİV-də yayılan ziddiyyətli xəbərlər Azərbaycan ictimaiyyətini kifayət qədər narahat edirdi.  Həmin ilin aprel ayında Fəzail Ağamalının təşəbbüsü ilə Milli Məclisdə təmsil olunan siyasi partiyalarla tərəfindən Türkiyənin Böyük Millət Məclisində təmsil olunan partiyalara – AKP, MHP və Cumhuriyyət Xaiq Partiyasının rəhbərliyinə Türkiyə-Azrbaycan münasibətləri, ortaq maraqlar və problemlər mövzusu ətrafında Bakıda bir toplantının keçirilməsi təklifi ilə müraciət edildi. Vəziyyətin ciddi olduğunu nəzərə alan Fəzail müəllim birbaşa həmin partiyalarla danışıqlar aparmaq və bu toplantının keçirilməsi zəruriliyini onların diqqətinə çatdırmaq məqsədilə Türkiyəyə yollandı. Mart ayının 31-dən aprelin 3-dək Ankarada oldu, görüşlər keçirdi. Bu görüşlər nəticəsində ümumi razılıq əldə olundu ki, Türkiyənin siyasi partiyaları  belə bir konfransın keçirilməsinə maraqlıdırlar. Səfərdən döndükdən sonra ölkə mətbuatına verdiyi müsahibələrin birində Fəzail müəllim Türkiyədə hakim partiya olan AKP-nin də bu məsələ ilə bağlı mövqeyinə dair  açıqlama vermişdi: “Həm Haluk İpək, həm də Mustafa Kabakçı səviyyəsində keçirdiyim görüşlərdə birmənalı olaraq sərhədlərin açılmasının qeyri-mümkünlüyü ortalığa gəldi. Yəni onlar tərəfindən söylənildi ki, Türkiyə iqtidarı heç bir halda sərhədlərin açılmasında maraqlı deyil. Azərbaycan torpaqları işğaldan azad edilmədən belə bir niyyətin həyata keçirilməsi qeyri-mümkündür. Onlar bildirdilər ki, AKP iqtidarı bu günə qədər sərhədlərin açılmaması ilə bağlı nümayiş etdirdiyi mövqeyi bundan sonra da sərgiləmək niyyətindədir. Eyni zamanda bildirdilər ki, bu, təkcə onların deyil, həm də AKP iqtidarının fikridir”. Beləliklə də bu səfər Azərbaycan ictimaiyyətində yaranmaqda olan narahatlığın və gərginliyin aradan qaldırılmasında mühüm rol oynamış oldu.

        Daha bir fakt. Gürcüstan Respublikasının eks-prezidenti Mixael Saakaşvilinin Azərbaycana səfərləri biri zamanı Milli Məclisdə etdiyi çıxışla bağlı yaşanmış vəziyyət də xeyli maraq doğurur. Məsələ bundadır ki, M.Saakaşvilinin bir tərəfdən həmin vaxt malik olduğu çılğın-vətənpərvər imici, digər tərəfdən isə dost-qonşu ölkəni təmsil etməsi onun çıxışını həm parlamentdə, həm də cəmiyyətdə tənqidi-obyektiv təhlil etmək imkanlarını məhdudlaşdırırdı. Halbuki, bu çıxış əslində Azərbaycanın digər qonşu ölkə olan Rusiya ilə münasibətlərinin gərginləşdirilməsinə hesablanmışdı. Məhz belə bir məqamda yenə də Fəzail Ağamalı təşəbbüsü öz əlinə alaraq M.Saakaşvilinin çıxışının avantürist və təxribat xarakterli olduğunu bəyan etməkdən çəkinmədi. Bu bəyanat isə öz növbəsində həm Azərbaycanda, həm də Rusiyada daha obyektiv ictimai fikrin formalaşmasına, ölkələrimiz arasında münasibətlərin gərginləşməsinə zəmin yarada biləcək amillərin aradan qalxmasına səbəb oldu...               

        Bu gün artıq Azərbaycan suveren bir dövlətdir. Azərbaycan xalqı müstəqillik uğrunda apardığı mübarizəsini minlərlə şəhidlərimizin qanı bahasına da olsa, zəfərlə başa vurdu. O keşməkeşli günlərdən artıq bir qərinəyə yaxın zaman keçmiş və həmin dövrdə cərəyan edən hadisələri yalnız kitablardan öyrənən nəsillər də dünyaya gəlmişdir. Lakin Azərbaycan xalqının mübarizəsi bu gün də davam edir. İlk növbədə bu mübarizə əlbəttə ki, işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda aparılır və yenə də bu mübarizənin ön sıralarında xalqın ən ləyaqətli övladları ilə bir cərgədə biz Fəzail Ağamalını görürük. Aydındır ki, bugünkü mübarizə üsulları ötən əsrin 90-cı illərində olduğundan xeyli fərqlənir. Bu gün düşmənə qalib gəlmək üçün əzm, iradə və güclə yanaşı ağıl, savad və bilik də tələb olunur. Məhz elə bu məqamda da tarixçi-alim Fəzail müəllim mübariz-inqilabçı Fəzail Ağamalını əvəz edir. Dünyaya açıq gözlə baxmaq, gedən prosesləri düzgün təhlil edərək ən doğru nəticələri çıxarmaq və ən əsası da gəldiyi nəticələri hamının başa düşə biləcəyi sadə formada xalqa çatdırmaq bacarığı Fəzail müəllimin illər boyunca özündə formalaşdırdığı ən dəyərli keyfiyyətlərindəndir.

        “Azərbaycan irəliyə doğru inkişaf etdikcə, onun beynəlxalq nüfuzu artıqca, bizi istəməyən qüvvələr ölkəmizə qarşı qərəzli şər-böhtan kampaniyasını genişləndirirlər. Bu bir həqiqətdir ki, Azərbaycandan kənarda və ölkəmizdəki anti-milli qüvvələr daxil olmaqla anti-Azərbaycan koalisiyası mövcuddur. Bu anti-Azərbaycan koalisiyasının içərisində erməni diasporu, erməni lobbisi xüsusi fəallıq göstərir. Kampaniyanı təşkil edənlərin içərəsində müxtəlif millətlərin nümayəndələri var, onlar siyasətçilər, məmurlar, ictimai xadimlər, QHT-lər, mətbuat nümayəndələridir. Bunlar Azərbaycana qarşı anti-Azərbaycan koalisiyası çərçivəsində fəaliyyətlərini davam etdirilər...” Hələ bir neçə il bundan öncə ölkə mətbuatına verdiyi müsahibələrin birində Fəzail müəllimin söylədiyi bu fikirlər bu gün də öz aktuallığını saxlamaqla, xalqı, milləti birliyə, ayıq-sayıq olmağa, düşmən felinə uymamağa çağırır.

        Eyni zamanda da Fəzail Ağamalı bu gün ölkə daxilində gedən prosesləri diqqətlə izləyən, cərəyan edən hadisələri obyektiv qiymətləndirməyi bacaran və bu proseslərə tamamilə müstəqil şəkildə münasibət bildirməyə üstünlük verən bir siyasətçidir. Xalqımız üçün, ölkəmiz və dövlətimiz üçün xeyirli olacaq bütün yenilikləri birmənalı olaraq dəstəkləyən Fəzail Ağamalı özünün siyasi təhlillərini də hər zaman məntiq və dəlilli əsaslandırma üzərində aparır. Təxminən iki il bundan öncə, o zaman dövlət başçımızın yeni həyata keçirməyə başladığı növbəti islahatlara münasibət bildirərkən Fəzail müəllim bir peşəkar siyasətçiyə xas olan uzaqgörənliklə söyləmişdi ki, bu islahatlar davamlı olacaq və getdikcə daha da dərinləşəcək: “Cəmiyyət inkişaf etdikcə, onun çağırışlarına uyğun olaraq islahatlar da təbii ki, aparılmalıdır. Bu baxımdan islahatlar davamlı olacaq və Azərbaycanın güclənməsinə, əhalinin həyat səviyyəsinin yüksəlməsinə və ölkəmizin beynəlxalq nüfuzunun artmasına müsbət təsir göstərəcək...” Bu gün isə ölkə Prezidentinin həyata keçirdiyi taleyüklü islahatların əhəmiyyətinin vaxtilə Fəzail müəllim tərəfindən necə yüksək dəqiqliklə qiymətləndirildiyinin artıq biz hamımız şahidiyik. Məhz elə bu uzaqgörənlik, dövlətin idarə olunmasında yaranan yeni, proqressiv tendensiyaları hələ erkən stadiyalarda duymaq və düzgün qiymətləndirə bilmək bacarığı Fəzail Ağamalının siyasi fəaliyyətinin effektivliyini artıran əsas amillər kimi çıxış edir. Bu fəaliyyətin birmənalı olaraq xalqın və dövlətimizin maraqlarının təmin olunmasına yönəldiyini isə Fəzail müəllimin istər Milli Məclisdə irəli sürdüyü bütün təklif və əlavələrində, istər kütləvi informasiya vasitələrində izlədiyimiz bütün çıxışlarında, istərsə də daima yanlarında olduğu seçicilərinin problem və qayğılarının həlli məqsədilə atdığı addımlarda aşkar görə bilirik.                                                                                                                         Şükür Həsənov                                                                                                           Gununxeberi.az

06 Aprel 2020 Baş həkim: “Lerikdə koronavirusa yoluxan yoxdur”
06 Aprel 2020 İlham Əliyev və Mehriban Əliyeva tibbi maska istehsalı müəssisəsinin açılışında — YENİLƏNİB
06 Aprel 2020 Deputat: “Xoş gələcəyimiz üçün bir olub, qaydalara riayət edib koronavirusa qalib gələk”
05 Aprel 2020 Azərbaycan insanına koronavirus bəlası yetişməzdən xeyli qabaq Azərbaycan ekologiyasına korrupsiya virusu gəlmişdir
05 Aprel 2020 ATU-nun İnsan Anatomiyası və Tibbi Terminalogiya kafedrasında online dərslər keçirilir.
04 Aprel 2020 Problemin həlli dövlətin yeganə mənbəyi olan xalqın öz Liderinin ətrafında sıx birləşməsindədir
03 Aprel 2020 İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış oldu — FOTO
03 Aprel 2020 İlham Əliyevdən mühüm SƏRƏNCAM
02 Aprel 2020 Fəzail Ağamalı: Şəhidlərimizə Rəhmət Diləyirəm,Ruhları Şad Olsun!- Amin
02 Aprel 2020 İlham Əliyevdən Aprel döyüşləri ilə bağlı paylaşım — FOTO
01 Aprel 2020 ADAU online tədrisə başlayan ilk təhsil müəssisəsi oldu
01 Aprel 2020 “Mən sizə bir ana kimi müraciət edirəm” - Mehriban Əliyeva
31 Mart 2020 Prezident: "Kimsə hansısa tanışlara, qohumlara, vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır"
31 Mart 2020 Pandemiya ilə mübarizədə görülən işlərin ictimailəşdirilməsi reklam deyil, Ümumxalq çağırışı kimi qiymətləndirilir-Rəhman Cəbiyev
31 Mart 2020 Lerikli sahibkardan örnək addım - Rayonda karantində olanlar üçün inək kəsdi
30 Mart 2020 Salyan rayonunda koronavirusla bağlı maarifləndirmə işləri gücləndirilib!!!
27 Mart 2020 "200 məhbusun ailələrinə qovuşması Cənab Prezidentimizin vətəndaşlarına verdiyi dəyərin sübutudur"-Deputat
25 Mart 2020 Baş həkim Lerikdə koronavirusla bağlı son durumdan DANIŞDI
25 Mart 2020 "Relax"ın sahibindən nümunəvi addım..
25 Mart 2020 Deputat "Relax"-ın rəhbərliyinə və həkimlərə təşəkkür etdi - FOTOLAR
25 Mart 2020 Almaniyanın Köln Universitetinin professoru: Azərbaycan koronavirusa qarşı mübarizədə bir çox ölkələrə örnəkdir
25 Mart 2020 Sumqayıt Dövlət Universiteti Prezidentin çağırışına qoşuldu
25 Mart 2020 Salyan rayon İcra Hakimiyyətinin işçiləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə qoşuldular
24 Mart 2020 Salyan rayon İcra Hakimiyyətində koronavirus (COVİD-19) pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı qərargahın növbəti iclası keçirilmişdir
24 Mart 2020 Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Salyan rayonu ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir
21 Mart 2020 2 azyaşlı Xocalı soyqırım qurbanları Novruz bayramında ziyarət olundu
20 Mart 2020 Virusla mübarizədə uğurlu Azərbaycan formulu: Dövlət-xalq həmrəyliyi - TƏHLİL
20 Mart 2020 Cənab prezidentimiz İlham Əliyev Novruz bayramı münasibətilə xalqımı təbrik etdi!!!
20 Mart 2020 Həmid Həsənov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə inamını artırır!
18 Mart 2020 İlham Əliyev dəmir yolunun açılışında — YENİLƏNİB + FOTO