Son xəbərlər

 


Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev cənablarına

Beyləqan sakini tərəfindən müraciyyət





Möhtərəm cənab Prezident!

Bu gün bizim Beyləqan rayonunda Suvarma Sistemləri idarəsinin və xüsusilə də idarənin rəisi Azim Kərimovun yarıtmaz fəaliyyəti nəticəsində bu sahədə çox bərbad bir durum yaşanmaqdadır.

İlk növbədə onu qeyd edək ki, hazırda Beyləqan Suvarma Sistemləri idarəsində real işçilərdən daha çox “ölü canlar”ın üstünlük təşkil etməsi bu qurumun fəaliyyətini iflic vəziyyətinə gətirib. Məsələn, Kamil Salehli adlı bir şəxs, həmçinin Azim Kərimovun sürücüsü Sabir Babyev və onun həyat yoldaşı da idarənin “ölü canlar” siyahısındadırlar. Onların heç biri işə gəlmirlər.Sadəcə olaraq onların adlarına maaş yazılır və bu vəsaitləri də şöbə müdiri kartdan çıxarır. Oxşar vəziyyəti mühasibat və digər şöbələrdə də müşahidə etmək olar. Amma ən pis vəziyyət tikinti şöbəsindədir. Burada 35-40 nəfərin adı maaş cədvəlinə yazılsa da, reallıqda şöbənin işini 3-4 işçi görür. Təbii ki, belə işçi qüvvəsilə kanalları təmizləmək olmaz. Ümumilikdə idarədə sənədlərə görə 100-dən artıq işçinin olduğu göstərilsə də, əslində real olaraq işə hər gün 15-20 nəfər gəlir.Bu səbəbdən də hal-hazırda dövlət vəsaiti hesabına aparılan kanal tikintisi işlərinə kənardan günəmuzd 20 manat ödəniş müqabilində işçi qüvvəsi cəlb edilir. Halbuki, az sayda olsalar da, idarənin real işçiləri həmin işi daha ucuz qiymətə icra edə biləcəklərini bildirirlər. Aydın görünür ki, Azim Kərimov burada şəxsi maraqlarından çıxış edərək dövlət pullarının mənimsənilməsinə yol açıb. Ümumiyyətlə, idarənin maaş cədvəli yoxlanılarsa, məlum olar ki, burada ölü canlara yazılan əmək haqqları, real işçilərə yazılandan daha çoxdur. Bundan başqa isə idarənin baş mühasibi Fədait Rüstəmov hər iki aydan birinin sonunda “ölü canlar”a 60-100 manat civarında mükafat yazır ki, bu pullar da onunla rəis arasında bölüşdürülür. Adlarına ən çox qeyri-qanuni kart açılan isə rayonumuzun 3№-li Sovxoz, Xələcvə Kəbirli kədlərinin sakinləridir.

Dövlətin nəğd pul vəsaitlərindən başqa Beyləqan Suvarma Sistemləri idarəsində texnika üçün ayrılan yanacaq, sürtgü materialları və ehtiyat hissələri də Fədait Rüstəmov tərəfindən “silinir”. Təqdim etdiyimiz fotolardan da görünür ki, idarənin həyətində olan yanacaq çəni təyinatı üzrə istifadəyə tam yarasızdır. Ayrılan benzin və salyarka isə idarənin yaxınlığında yerləşən “qırmızı zapravka”da satılır. İdarənin balansında olan traktorlar, maşınlar və digər texnikanı isə, rəis Azim Kərimov ayrı-ayrı şəxslərə icarəyə verib. Təbii ki, burdan əldən edilən pullar da rəisin cibinə gedir.

Artıq vəziyyət elə bir böhranlı həddə çatıb ki, kənd təsərrüfatı ilə məşğul olan sakinlər öz etirazlarını bildirmək üçün dəstə halında Beyləqana gələrək, idarənin binası önündə izdiham yaratmalı olurlar. O cümlədən martın 5-də, saat 17:00 radələrində 50 dən artıq insan Şərq qəsəbəsindən(4 №-li Sovxoz) gələrək, orada yaşanan qanunsuzluqlara etirazlarını bildirmək məqsədilə idarənin qarşısında toplanmışdılar. Ən böyük suvarılan torpaq əraziləri olan bu qəsəbədə isə həqiqətən də misli görünməmiş özbaşınalıqlar yer alıb. Belə ki, Beyləqan Suvarma Sistemləri idarəsinin Şərq qəsəbəsindəki nümayəndəsi (cuvar) olan Elbrus adlı şəxs həmin bu torpaq sahələrini sözün əsil mənasında susuz qoyub. İdarənin balansında olan traktoru Elbrusun oğlu özünün şəxsi texnukası imiş kimi istismar edir. Həmin traktorla müxtəlif sifarişlər əsasında işləyib pul qazanır, amma suvarma kanallarının təmizlənməsilə məşğul olmur. Hətta sakinlər ona pul da təklif edirlər. Amma kənar işlərdə qazanc daha çox olduğundan Elbrusun oğlu kanallarla məşğul olmur. Ən pisi də budur ki, rəis Azim Kərimov öz işçisi olan Elbrusa nə söz deyə bilmir, nə də ona qarşı hansısa bir tədbir görə bilmir. Çünki bu idarədə hər kəs bir-birini “ölü canlar” və seyflərdə saxlanılan kartlar məsələsilə şantaj edə bilir. Deyilənə görə, Elbrus da kanal təmizləmək xüsusunda Azim Kərimova belə bir ismarıc ünvanlayıb ki, göndər, kimin kartı çoxdur, o da gəlib kanalları təmizləsin.

Azim Kərimovun belə söz keçirə bilmədiyi “işçilər”indən biri də idarənin keçmiş rəisi Ələmşah müəllimin oğludur. Bu şəxs hazırda Bakıda yaşasa da və artıq neçə müddətdir rayona gəlməsə də, cibində Beyləqan Suvarma Sistemləri idarəsinin maaş kartını gəzdirir. Məsələ bundadır ki, Azim Kərimovu vaxtında məhz elə Ələmşah müəllim işə götürüb və onu özünə müavin edib. Artıq təqaüdə çıxanda isə Ələmşah müəllim Azimlə razılığa gələrək onu öz yerinə rəis təyin etdirə bilib. Həmin razılığa görə də A.Kərimov Ələmşah müəllimin oğlunu özünə müavin götürməli idi. Lakin Azim Kərimov bunu etmədi. Bunun əvəzində də o, Ələmşah müəllimi qəzəbləndirməmək üçün onun oğlunu “ölü can” qismində işə götürməli oldu.

Möhtərəm cənab Prezident!

Beyləqan Suvarma Sistemləri idarəsində baş verən bütün bu və digər qanun pozuntuları barədə dəfələrlə yuxarı instansiyalara müraciətlər etsək də indiyədək heç bir tədbir görülməyib. Bilmək olmur, içki düşgünü olan Azim Kərimovu qoruyan gizli əl, himayə edən qüvvə kimə aiddir ki, hətta Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri belə ona qarşı heç bir tədbir görə bilmir.

Belə məlum olur ki, biz beyləqanlıların suvarma suyu ilə bağlı bu problemimiz də yalnız Sizin müdaxiləniz hesabına öz həllini tapa bilər.

Bütün ümidimiz yalnız Sizədir, cənab Prezident!


Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki, şikayətçi indiki məqamda adının açıqlanmasını istəmədi. Lazım gəldikdə isə əlaqədar orqanlara öz adını açıqlaya bilər.


aia.az







06 Aprel 2020 Baş həkim: “Lerikdə koronavirusa yoluxan yoxdur”
06 Aprel 2020 İlham Əliyev və Mehriban Əliyeva tibbi maska istehsalı müəssisəsinin açılışında — YENİLƏNİB
06 Aprel 2020 Deputat: “Xoş gələcəyimiz üçün bir olub, qaydalara riayət edib koronavirusa qalib gələk”
05 Aprel 2020 Azərbaycan insanına koronavirus bəlası yetişməzdən xeyli qabaq Azərbaycan ekologiyasına korrupsiya virusu gəlmişdir
05 Aprel 2020 ATU-nun İnsan Anatomiyası və Tibbi Terminalogiya kafedrasında online dərslər keçirilir.
04 Aprel 2020 Problemin həlli dövlətin yeganə mənbəyi olan xalqın öz Liderinin ətrafında sıx birləşməsindədir
03 Aprel 2020 İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış oldu — FOTO
03 Aprel 2020 İlham Əliyevdən mühüm SƏRƏNCAM
02 Aprel 2020 Fəzail Ağamalı: Şəhidlərimizə Rəhmət Diləyirəm,Ruhları Şad Olsun!- Amin
02 Aprel 2020 İlham Əliyevdən Aprel döyüşləri ilə bağlı paylaşım — FOTO
01 Aprel 2020 ADAU online tədrisə başlayan ilk təhsil müəssisəsi oldu
01 Aprel 2020 “Mən sizə bir ana kimi müraciət edirəm” - Mehriban Əliyeva
31 Mart 2020 Prezident: "Kimsə hansısa tanışlara, qohumlara, vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır"
31 Mart 2020 Pandemiya ilə mübarizədə görülən işlərin ictimailəşdirilməsi reklam deyil, Ümumxalq çağırışı kimi qiymətləndirilir-Rəhman Cəbiyev
31 Mart 2020 Lerikli sahibkardan örnək addım - Rayonda karantində olanlar üçün inək kəsdi
30 Mart 2020 Salyan rayonunda koronavirusla bağlı maarifləndirmə işləri gücləndirilib!!!
27 Mart 2020 "200 məhbusun ailələrinə qovuşması Cənab Prezidentimizin vətəndaşlarına verdiyi dəyərin sübutudur"-Deputat
25 Mart 2020 Baş həkim Lerikdə koronavirusla bağlı son durumdan DANIŞDI
25 Mart 2020 "Relax"ın sahibindən nümunəvi addım..
25 Mart 2020 Deputat "Relax"-ın rəhbərliyinə və həkimlərə təşəkkür etdi - FOTOLAR
25 Mart 2020 Almaniyanın Köln Universitetinin professoru: Azərbaycan koronavirusa qarşı mübarizədə bir çox ölkələrə örnəkdir
25 Mart 2020 Sumqayıt Dövlət Universiteti Prezidentin çağırışına qoşuldu
25 Mart 2020 Salyan rayon İcra Hakimiyyətinin işçiləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə qoşuldular
24 Mart 2020 Salyan rayon İcra Hakimiyyətində koronavirus (COVİD-19) pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı qərargahın növbəti iclası keçirilmişdir
24 Mart 2020 Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Salyan rayonu ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir
21 Mart 2020 2 azyaşlı Xocalı soyqırım qurbanları Novruz bayramında ziyarət olundu
20 Mart 2020 Virusla mübarizədə uğurlu Azərbaycan formulu: Dövlət-xalq həmrəyliyi - TƏHLİL
20 Mart 2020 Cənab prezidentimiz İlham Əliyev Novruz bayramı münasibətilə xalqımı təbrik etdi!!!
20 Mart 2020 Həmid Həsənov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə inamını artırır!
18 Mart 2020 İlham Əliyev dəmir yolunun açılışında — YENİLƏNİB + FOTO