Zaqatala rayonunda 2019-cu ilin yekunları həsr olunmuş yığıncaq keçirilib


2019-cu ildə Zaqatala rayonunda sənaye sahəsi üzrə məhsul buraxılışı əvvəlki illə müqayisədə 24,1 faiz artaraq 121 milyon 472 min manat təşkil edib. Rayonda istehsal olunan fındıq, tütün, qızılgül və digər kənd təsərrüfatı məhsullarının ixrac edilməsi nəticəsində ölkəyə 67,3 milyon ABŞ dolları və ya 114,5 milyon manat vəsait daxil olub. Bu, əvvəlki illə müqayisədə 26,8 faiz çoxdur. İxrac olunan məhsullardan daxil olan vəsaitin 87,9 faizi və ya 100,6 milyon manatı fındıq və fındıq məhsullarının satışının payına düşür.

Bu barədə fevralın 19-da Zaqatalada 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə məlumat verilib.

Tədbir iştirakçıları əvvəlcə rayonda istehsal edilən məhsulların sərgisi ilə tanış olublar.

Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin hesabat məruzəsində diqqətə çatdırılıb ki, 2019-cu ildə rayonda 351 milyon 312 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Ötən il əsas kapitala yönəldilən investisiyaların ümumi həcmi 25 milyon 575 min manat olub. Hesabat dövründə rayon iqtisadiyyatına 12 milyon 535 min manat həcmində özəl investisiya qoyulub. Bu müddət ərzində rayonda 998-i daimi olmaqla, 1622 yeni iş yeri açılıb.

Bildirilib ki, aqrar sektorda həyata keçirilən davamlı tədbirlər nəticəsində 2019-cu ildə Zaqatala rayonunda kənd təsərrüfatı məhsulları istehsalı əvvəlki illə müqayisədə 6 milyon 238 min manat və ya 4,9 faiz artaraq 133 milyon 989 min manat olub.

Hesabat ilində rayonun kənd təsərrüfatı üçün ənənəvi olan tütünçülük, baramaçılıq, fındıqçılıq və gülçülüyün inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib. Ötənilki mövsümdə zaqatalalı fermerlər 615,2 hektar sahədə tütün yetişdirib, 607 ton quru tütün istehsal ediblər. Yaş barama istehsalı əvvəlki illə müqayisədə 10,4 faiz artaraq 53 tona çatıb. Keçən il rayonun fındıq bağlarından 15 min 344 ton məhsul tədarük edilib. Hesabat ilində rayonda 676,4 hektar sahədə yeni fındıq bağları salınıb. Ümumiyyətlə, son 4 ildə rayonda fındıq bağlarının sahəsi iki dəfədən çox artırılaraq 20 min 181,4 hektara çatdırılıb.

Bildirilib ki, ötənilki mövsümdə rayonun fermerləri 10 min 990 hektar payızlıq taxıl sahəsindən 33 min 169 ton məhsul götürüblər. Çay plantasiyalarından 55,5 ton yaşıl çay yarpağı tədarük olunub. “AzRose” MMC-nin gül plantasiyalarından 280 ton 71 kiloqram qızılgül ləçəyi və 64 ton 800 kiloqram “Lavanda” gülü yığılıb. Tədarük olunan gül ləçəklərindən 71,5 kiloqram qızılgül və 1 ton 46 kiloqram “Lavanda” yağı istehsal olunub. Məhsulun bir hissəsi ABŞ, Bolqarıstan və Litvaya ixrac edilib. Bundan əlavə, müəssisədə istehsal olunan 1,5 ton gül suyu, 1 ton nanə suyu və 740 kiloqram qurudulmuş lavanda çiçəyi daxili tələbatın ödənilməsi məqsədilə qida və tibb sənayesi müəssisələri tərəfindən istehlak olunub.

Diqqətə çatdırılıb ki, 2019-cu ildə rayonda bütün maliyyə mənbələri hesabına 17,2 milyon manat həcmində tikinti-quruculuq və abadlıq işləri görülüb. Rayonun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına 37 kilometr uzunluğunda Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad, 42 kilometr uzunluğunda Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğanlı və 13,5 kilometr uzunluğunda Muxax-Zəyəm-Yuxari Çardaxlar-Qarqay avtomobil yollarının yenidən qurulması işləri başa çatdırılaraq istifadəyə verilib.

Hesabat ilində Zaqatala şəhərində çörək və qənnadı məhsulları istehsalı müəssisəsi, şəhərin şimal-qərb yaşayış massivində və Əliabad qəsəbəsində yem emalı, Aşağı Tala kəndində və Muxax bələdiyyəsi ərazisində ət kəsimi məntəqələri tikilib. “Aqrarco” MMC tərəfindən Aşağı Tala kəndi ərazisində yeni fındıq emalı zavodunun tikintisinə başlanılıb.

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə ötən il rayonun kəndlərində daha 13 ədəd subartezian quyusu qazılıb.

Müşavirədə, həmçinin 2019-cu ildə əhalinin elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil edilib.

Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev müşavirədə çıxış edərək, 2019-cu ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlar barədə danışıb, tövsiyələrini bildirib.

Hesabat ili ərzində səmərəli fəaliyyətinə görə bir qrup şəxs rayon icra hakimiyyətinin fəxri fərmanı ilə mükafatlandırılıb.

Müşavirənin sonunda Prezident İlham Əliyevin 2019-cu il 25 dekabr tarixli Sərəncamı ilə kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilən kümçü Mahmud Mahmudova orden təqdim olunub.



Ölkə Prezidentinin sərəncamı ilə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Mübariz Əhmədzadənin Zaqatalaya gəlişindən sonra, Zaqatala fotolarda gördüyünüz kimi, əsraəngiz gözəlliyi ilə, baxanı valeh edir. Bu da Zaqatala rayon İcra Hakimiyyətinin başcısı Mübariz Əhmədzadənin rayona və onun vətəndaşlarına göstərdiyi qayğının bir nəticəsidir. Rayon rəhbərliyinin, konkret olaraq isə Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirməsi isə Zaqatalada inkişaf tendensiyasını daha da dönməz xarakter almasına səbəb olub.

Ölkəmizin sosial-iqtisadi sverasında əldə olunan uğurlar Zaqatala rayonunda da özünü əks etdirmiş və müsbət tendensiyalara doğru addımlamışdır. Ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan Respublikamızın bütün regionlarında olduğu kimi, Zaqatala rayonuna da əhəmiyyətli pay düşmüşdür. Zaqatalalılar Mübariz Əhmədzadənin başçılığı altında dövlətin qayğılı münasibətini daha dərindən hiss edərək, ölkə prezidentinin apardığı uğurlu siyasəti dəstəkləyirlər. Zaqatala rayonunun sosial-iqtisadi inkişaf planının düzgün və səmərəli həyata keçirilməsinin nəticəsindir ki, rayonda böyük abadlıq-quruculuq işləri geniş fürsət almışdır.

Qeyd etməyimiz vacibdir ki, dövlətimizin rəhbərliyinin qayğılı münasibətini Zaqatala və zaqatalalılara yetirməsi ilə vəzifələndirilmiş rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin bu inkişafa böyük xidmət göstərmişdir. Rayonun tərəqqipərvər vətəndaşları bir mənalı olaraq bu fikirdədirlər ki, Mübariz Əhmədzadənin icra başçısı kimi fəaliyyəti bu rayona və rayon sakinləri üçün düşərli olmuşdur.

Ümumilikdə görülən bütün işlərin vaxtı-vaxtında həyata keçirilməsi prosesinə nəzarət etməklə vəzifələndirilmiş İcra başçısı Mübariz Əhmədzadə və onun rəhbərlik etdiyi aparat əhalinin elektrik enerjisi, qaz, su ilə təhcizatı məsələlərini diqqət mərkəzində saxlayırlar. Daimi iş yerlərinin açılması, Dövlət Proqramının əsas istiqamətlərindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığın inkişafına dəstək müstəvisində xeyli tədbirlər həyata keçirilmişdir. Şəhid ailələri, Qarabağ əlilləri rayon rəhbərliyinin qayğısı ilə əhatələnmişlər. Bizdə Millidestek.az olaraq Zaqatala rayon İH başcısı Mübariz Əhmədzadəyə gələcək işlərində eləçədə, rayoncün gördüyü yeni quruculuq-abadlıq işlərində, boyük müvəffəqiyyət arzulayıq.

Ona görə də, biz burdan üzümüzü tütüb bəzi saytlara və qəzetlərə deyirik ki, öz mənfəətiniz üçün yalan-böhtan məlumatları dərc etməyəsiniz. Necə ola bilər ki, Mübariz müəllimin üzünü və rayonda gördüyü işləri görmədən yalan və şantaj xarakterli yazılar dərc edəsiniz? Sayt və qəzet rəhbərləri bu cür hallar əsil jurnalistə yaraşan hərəkət deyil. Ona görə də yazı hazırlayarkən əvvəlcə işi araşdırın sonra olduğu kimi dərc edin.

29 Mart 2024 31 mart - Xalqımıza qarşı törədilmiş qanlı faciə - ŞƏRH EDİLDİ
29 Mart 2024 10 yaşımda çıxdığım Füzuliyə indi geri dönürəm - Leyli Şirinova
29 Mart 2024 Hər zaman doğma yurduma qayıtmağı səbirsizliklə gözləmişəm - Natiq Qasımov
29 Mart 2024 Azərbaycandan xarici ölkələrə nə qədər pul köçürülüb?
28 Mart 2024 “Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdıq” - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mart 2024 Qarabağı viran qoyan avantüristlər… - İrəvan
28 Mart 2024 Taksilərdə videokameralar quraşdırılacaq - Tarix
28 Mart 2024 AB Şurasının üzvləri Cənubi Qafqaza gəlir
28 Mart 2024 Fransızların terakt xofu 10 üzərindən 7 baldır
28 Mart 2024 Bu gün onların günüdür
28 Mart 2024 Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
28 Mart 2024 NATO-Ermənistan “nikah”ına hazırlıq gedir - RAKURS
28 Mart 2024 Xocalıya qayıdış bu tarixdə başlayacaq" - ŞƏRH EDİLDİ
28 Mart 2024 Ailə hüququ dedikdə nə başa düşülür? - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Muzdlu kölənin arzuları: Rasmussen yeni müharibə istəyir
28 Mart 2024 "Bu qidalar mənşəyi məlum olmayan xəstəliklərə gətirib çıxara bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Rusiyanın Baltikyanı ölkələrə hücum ehtimalı... - Putin
28 Mart 2024 Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!
28 Mart 2024 İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma
27 Mart 2024 Bayramdan sonra səmənini nə edək? - FİLOLOQ AYDINLIQ GƏTİRDİ
27 Mart 2024 Sülh sazişinin prinsipləri razılaşdırıldı - Paşinyan
27 Mart 2024 31 mart 1918-ci il soyqırımı gerçəkləri - MÜSAHİBƏ
27 Mart 2024 “Onların iş adamının bir dönərinə ehtiyacı yoxdur” - EKSPERT TƏNQİD ETDİ
27 Mart 2024 ABŞ Kremli son kozırdan məhrum edə bilər..?
27 Mart 2024 “Efiri bazar səviyyəsinə endirən telekanallar cəzalandırılmalıdır” - EKSPERT SƏRT DANIŞDI
26 Mart 2024 Hayların ABSURD TORPAQ İDDİALARI - TƏHLİL
26 Mart 2024 İrəvan öz yalanlarına aldanır
23 Mart 2024 Heç kim bunu bacarmayacaq - Putin
23 Mart 2024 Şərəfli ömürün daha bir baharı