Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədovanın, rayonun Görədil kəndində sakinlərlə səyyar qəbul-görüşü keçirildi.

Keçirilən görüşdə icra başçısı ilə birlikdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri də iştirak edirdilər. Keçirilən görüş zamanı xanım İcra başçısı görülən işlərdən, yeniliklərdən, sakinləri maraqlandıran bir çox məsələlərdən danışdı və hər kəsi də səmimi dinlədi. O, onu da qeyd etdi ki, “Bu gün rayonun digər kənd və qəsəbələri kimi, Görədil kəndinə məxsus problemlər də tərəfimizdən diqqətdə saxlanılır və həlli istiqamətində müəyyən addımlar atılır. Düzdür, bu kəndə məxsus müəyyən problemlərinin olması haqda lazımi məlumatlarımız var. Ona görə də, hər an sizin problemlərinizi diqqətdə saxlayırıq və həlli istiqamətində lazımi addımlarımızı da atırıq”.

Abşeron RİH-i başçısının Görədil sakinləri ilə görüşü keçirildi


İşgüzar şəraitdə keçirilən görüş zamanı kənd sakinləri elektrik enerjisi, su və mavi qaz təminatı sahəsində heç bir problemin olmadığını bildirsələr də, kəndarası yollarda müəyyən problemlərin olduğunu, sakinlər arasında bəzi şəxslərin işsiz olduqlarını bildirdilər. Onu da qeyd edək ki, İcra başçısı sakinlərə məxsus problemləri dinlədikdən sonra, onların həlli istiqamətində aidiyyatı üzrə lazımi tapşırığını verdi. Bəzi problemlər isə, yerindəcə həllini tapdı. Belə bir səbəblər üzündən də, Görədil kənd sakinləri rayon rəhbərliyinin fəaliyyətindən razılıq edib, İradə xanım Gülməmmədovaya öz təşəkkürlərini bildirirlər. Bu da onu söyləməyə əsas verir ki, xanım İcra başçısı ölkə rəhbəri cənab İlham Əliyevin vermiş olduğu tövsiyyə və tapşırıqları əsas tutub, daim sakinlərin yanında olur, onların dərd və problemlərini dinləyib, həlli istiqamətində lazımi tapşırıqlarını da verir.

Abşeron RİH-i başçısının Görədil sakinləri ilə görüşü keçirildi


Əlavə olaraq onu da qeyd edək ki, xanım İcra başçısı Abşeronun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi görüşlər keçirir ki, bu da artıq ənənə şəkilini alıb. Keçirilən görüşlərdə İradə xanım Gülməmmədovanın şəxsən özü yerlərdə ortaya çıxan problemləri öyrənir və həlli istiqamətində lazımi addımlarını atır. Məsələn, Görədil kəndində keçirilən görüş zamanı icra başçısı onu da vurğuladı ki, “Siz sakinlərin fasiləsiz təbii qazla, elektrik enerjisi və su ilə təmin olunmağınız həyata keçirilsə də, digər işlərin həlli istiqamətində də davamlı addımlar atılmaqdadır”. İcra başçısının iştirakı ilə keçirilən səyyar qəbul-görüşüdə Abşeron RİH başçısının Görədil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Hümbətov, Görədil bələdiyyəsinin sədri İlqar Məmmədov hesabat xarakterli çıxış etdilər və gördükləri iş, həyata keçirilən abadlıq-quruculuq tədbirləri və qarşıda duran vəzifələr barəsində məlumat verdilər. Görüşün sonunda kənd sakinləri də çıxış edərək İcra başçısının kənd və qəsəbələrdə keçirdiyi səyyar görüşlərin çox böyük əhəmiyyət daşıdığını, həmçinin sakinlər tərəfindən irəli sürülən müəyyən təkliflərin, əksər problemlərin həll olunmasına kömək olunduğunu da bildirdilər.
28 Mart 2024 “Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdıq” - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mart 2024 Qarabağı viran qoyan avantüristlər… - İrəvan
28 Mart 2024 Taksilərdə videokameralar quraşdırılacaq - Tarix
28 Mart 2024 AB Şurasının üzvləri Cənubi Qafqaza gəlir
28 Mart 2024 Fransızların terakt xofu 10 üzərindən 7 baldır
28 Mart 2024 Bu gün onların günüdür
28 Mart 2024 Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
28 Mart 2024 NATO-Ermənistan “nikah”ına hazırlıq gedir - RAKURS
28 Mart 2024 Xocalıya qayıdış bu tarixdə başlayacaq" - ŞƏRH EDİLDİ
28 Mart 2024 Ailə hüququ dedikdə nə başa düşülür? - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Muzdlu kölənin arzuları: Rasmussen yeni müharibə istəyir
28 Mart 2024 "Bu qidalar mənşəyi məlum olmayan xəstəliklərə gətirib çıxara bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Rusiyanın Baltikyanı ölkələrə hücum ehtimalı... - Putin
28 Mart 2024 Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!
28 Mart 2024 İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma
27 Mart 2024 Bayramdan sonra səmənini nə edək? - FİLOLOQ AYDINLIQ GƏTİRDİ
27 Mart 2024 Sülh sazişinin prinsipləri razılaşdırıldı - Paşinyan
27 Mart 2024 31 mart 1918-ci il soyqırımı gerçəkləri - MÜSAHİBƏ
27 Mart 2024 “Onların iş adamının bir dönərinə ehtiyacı yoxdur” - EKSPERT TƏNQİD ETDİ
27 Mart 2024 ABŞ Kremli son kozırdan məhrum edə bilər..?
27 Mart 2024 “Efiri bazar səviyyəsinə endirən telekanallar cəzalandırılmalıdır” - EKSPERT SƏRT DANIŞDI
26 Mart 2024 Hayların ABSURD TORPAQ İDDİALARI - TƏHLİL
26 Mart 2024 İrəvan öz yalanlarına aldanır
23 Mart 2024 Heç kim bunu bacarmayacaq - Putin
23 Mart 2024 Şərəfli ömürün daha bir baharı
22 Mart 2024 İtaliya portalı Novruz adət-ənənələrindən yazıb
22 Mart 2024 "Qərb dairələrinin əsl məqsədi..." - MÜNASİBƏT BİLDİRİLDİ
22 Mart 2024 Düşmən dəyirmanına su tökən XƏYANƏTKAR – TƏHLİL
22 Mart 2024 Kamaləddin Qafarov: “Novruz bayramı Xankəndiyə də gəldi”