Düzünü deyim, hər zaman müsahiblərimiz maraqlı, söhbətcil, polemikaya meyilli olmur. Amma bu dəfəki həmsöhbətim o qədər məlumatlı, söhbətcil idi ki, dinləməyi daha münasib bildim. Qaydasız döyüş üzrə Avropa Çempionatının gümüş mükafatçısı Azad Məmmədovla tanışlığımızın, söhbətimizin Xocalı soyqırımı ərəfəsində baş tutması tam bir təsadüfdür. Yəqin ad-soyadı bir coxlarınıza tanış gəldi. Tanış gəlməyənlərə tanıdaq:

Mən döyüşçüyəm, mən Azadam!

Azad Məmmədov 1974-cü ildə Şəki rayonunun Qoxmuq kəndində, müəllim ailəsində anadan olub. Elmə, təhsilə həvəsi onu orta məktəbi əla qiymətlərlə bitirməsinə, 1991-ci ildə isə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər Fakültəsinə gətirib cıxarır. Həmin vaxt zaman nehrə kimi çalxanırdı. Necə deyərlər, "çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur” zamanıydı. Vətəni sevənlərin, yurduna sahib çıxanların, silaha sarılıb, döyüşə atılanların dövrü idi. Bax, elə bu ərəfədə tələbə Azad vətənin taleyinə biganə qala bilmir, təhsilini yarımçıq qoyaraq, könüllü Qarabağa yola düşür. Azad bunu etməyə də bilərdi.Yararlanardı tələbələrə verilən möhlət hüququndan! Amma qeyrəti seyriçi olmağa imkan vermədi. Uşaqlıqdan idmanla məşğul olan, fiziki cəhətdən möhkəmliyi ilə fərqlənən Azad 1992-93-cü illərdə Ağdərə, Qubadlı və digər Vətən torpaqları uğrunda gedən döyüşlərdə iştirak edir, kəşfiyyatçı olur. Hazırda Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olan Nəcməddin Sadıqovun o vaxt komandanlığı altında döyüşür. Azad o illəri ömrünün ən mənalı illəri sayır. Çünki müsahibim vətənpərvər ailədə böyüyüb, yaxşı tərbiyə alıb. Ona Vətəni doğma anası kimi çox sevməyi öyrədiblər. Azadı güllələrin havada uçuşduğu Qarabağa aparan da məhz Ana Vətənə bəslədiyi sonsuz sevgidir. Hazırda müharibə veteranıdı.


 

"Sibirskiy djiqit”, "Cəngavər qılıncı”, "Samuray qılıncı”, "Vəhşi” qənimi...

Atəşkəsdən sonra Bakıda və Rusiyanın bir sıra şəhərlərində sambo və cüdo ilə məşğul olan Azad bir müddət sonra "Ponkration” (qaydasız döyüş) üzrə turnirlərə qatılmağa başlayır. Qarabağ həsrətini illərlə ürəyində gəzdirən və iştirak etdiyi hər bir yarışı Qarabağ uğrunda döyüş kimi qəbul edən vətən övladı qısa müddətdə mətbuat tərəfindən "Sibirskiy djiqit” ləqəbi qazanır. 1999-cu ildə Rusiyada keçirilmiş qaydasız döyüş üzrə Avropa çempionatının gümüş medalını qazandıqdan sonra ilk azərbaycanlı olaraq 2001-ci ildə ağır çəkili idmançıların qaydasız döyüş yarışlarında Rusiya çempionuluğuna yüksəlir. İdman karyerasında 46 görüşə adını qələbə ilə yazan bu həmyerlimiz həmçinin Yaponiyada "Samuray qılıncı”na və Rusiyada "Cəngavər qılıncı”na layiq görülür. 2002-ci ildə Fransada keçirilən qaydasız döyüşlərdə seçilir. "Bu adam bir adamın 15 ilə edə bimədiyini bir saata etmişdir” – Bu sözləri onun haqqında mərhum prezidentimiz Heydər Əliyev 2002-ci ildə əlini Azad Məmmədovun çiyninə qoyaraq demişdi. BDU-nin Beynəlxalq Münasibətlər fakültəsinin həm bakalavr, həm də magistr təhsilini alan Azad Məmmədov qaydasız döyüş üzrə Avropa çempionatının gümüş mükafatçısıdır. Sambo üzrə Beynəlxalq dərəcəli idman ustasıdır. O, Avstriya, Yuqoslaviya, Fransa, Braziliya, Yunanıstan ölkələrində qaydasız döyüş üzrə ən güclü rəqiblərə qalib gələrək Azərbaycan bayrağını yüksəkliklərə qaldırıb. Lakin o, özünü heç zaman döyüşçü kimi saymayıb. "Nə qədər ki, vətənimin bir hissəsi erməni işğalçılarının əlindədir, nə qədər ki, qız gəlinlərimiz əsirlikdədir, mən özümü nəinki döyüşçü, heç vətəndaş hesab etmirəm”, -deyib həmişə.


 

Ermənilərə iki qat "nakaut” a yaşadan

Azadın ən maraqlı döyüşü 2003-cü ilin fevralın 26-da, Moskvada baş tutub. "Xocalı soyqırımı” günündə həmyerlimizin rəqibi erməni atleti Sergey Qravesyan olub. Döyüşdən qabaq erməni lobbisi Azərbaycan diasporunun nümayəndələrinə təklif edib ki, uduzan tərəf öz ölkəsinin bayrağını təslim etsin. Əlbəttə, ermənilərin loğvalanmasına haqq qazandırmaq olardı. Çünki, Qravesyan həm boyda, həm də çəkidə Azaddan xeyli üstün idi. Həm də erməni döyüşçülərinin içində "Vəhşi” ləqəbli ilə tanınırdı. Ancaq onu bilmirdilər ki, Qarabağ müharibəsinin iştirakçısı olan, odun alovun içindən keçmiş Azada intiqam almaq üçün necə gözəl şans vermişdilər. Döyüş başlayandan 2-3 dəqiqə sonra Azad rəqibinin qolunu sındıraraq onu yerə çırpır. 

 

Erməni ilə döyüşdəki qələbəyə görə bütün uğurlarını qurban verməyə hazır olan cəngavər döyüşcümüz imic yarışında qalib gəlir və düşmənin bayrağını ayaqları altında salaraq, sanki bununla Xocalının qisasını alır. Düşmənə bundan böyük zərbə ola bilməzdi. Sonra ermənilər nə qədər dil tökürsə də, Azad bayrağı geri vermir. Erməni tərəf ona 120 min dollar və bir maşın təklif edərək, bayrağın geri qaytarılmasını istəsələr də, igid döyüşçümüz buna heç cür razı olmur və ola da bilməzdi. Sonda erməni bayrağını BDU-nun yataqxanasında məskunlaşan Xocalı köçkünlərinin ayaqları altına atır. Çünki Azad əsl türk cəngavəri, türk oğludur. Azad Rusiyanın Perm şəhərində keçirilən MDB dövlətlərinin ponkration üzrə beynəlxlq turnirinin də qalibi olur, turnirdəki pul mükafatından 20 min rublu Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayır.


 

İgidin başı qalda gərək...

Azad sonrakı illərdə Azərbaycana qayıdır, burda idmançı gənclər yetişdirməyə başlayır. Şəkidə "İmran Paşa” idman mərkəzi də açır. Azad Azad... Hər şey yaxşı gedir, Azadın uğurları, şöhrəti, ətrafdakı insanları cəlb edən şəxsi keyfiyyətləri onu hər zaman zirvələrdə saxlayır… Azad Məmmədov ölkəmizin tərəqqisi üçün çalışa, cəmiyyətə sonsuz fayda verə bilərdi. Amma bu dəfə tale onun üzünə gülmədi. O, 2009–cu ildə üzərinə atılan böhtanlar səbəbilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Azad pis insanların şər-böhtanının qurbanı oldu. Azadın soyuq məhbəsə düşməsinə bais olan insanların çoxu indi öz əməlindən peşmandır. 2019-cu ilin dekabrında 10 illik məhbəs həyatı yaşayan A.Məmmədov azadlığa buraxıldı. O, əvvəlcə Fəxri xiyabana gedərək, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, daha sonra Şəhidlər Xiyabanına baş çəkdi, torpaq uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının məzarını yad elədi. Vətənpərvərliyi və idmanı təbliğ etmək məqsədilə 31 dekabrda Bakıdan Şəkiyə piyada yürüşə çıxdı. Yanvarın 4-də yürüşü sonlandırıb Şəkiyə çatdı. El-obası, camaatı, əzizləri, övladları yenə də onu bir igid, bir cəngavər döyüşcü kimi qəbul etdi, bağrına basdı. (Yeri gəlmişkən, Azad Məmmədov həm də gözəl ailə başçısıdır. 3 övlad atasıdır).

-Mən bir idman döyüşçüsü kimi yox, Azərbaycan xalqının əsgəri kimi öyünmək arzusundayam. Uduzan əsgər kimi yox, qalib əsgər kimi olmaq istəyirəm və çox istərdim ki, Xankəndinə bayraq sancam. Bu mənim ən böyük arzumdur-deyir Qəhrəmanımız. Azadlığın mübarək, Azad!

Əntiqə Rəşid

28 Mart 2024 “Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdıq” - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mart 2024 Qarabağı viran qoyan avantüristlər… - İrəvan
28 Mart 2024 Taksilərdə videokameralar quraşdırılacaq - Tarix
28 Mart 2024 AB Şurasının üzvləri Cənubi Qafqaza gəlir
28 Mart 2024 Fransızların terakt xofu 10 üzərindən 7 baldır
28 Mart 2024 Bu gün onların günüdür
28 Mart 2024 Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
28 Mart 2024 NATO-Ermənistan “nikah”ına hazırlıq gedir - RAKURS
28 Mart 2024 Xocalıya qayıdış bu tarixdə başlayacaq" - ŞƏRH EDİLDİ
28 Mart 2024 Ailə hüququ dedikdə nə başa düşülür? - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Muzdlu kölənin arzuları: Rasmussen yeni müharibə istəyir
28 Mart 2024 "Bu qidalar mənşəyi məlum olmayan xəstəliklərə gətirib çıxara bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Rusiyanın Baltikyanı ölkələrə hücum ehtimalı... - Putin
28 Mart 2024 Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!
28 Mart 2024 İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma
27 Mart 2024 Bayramdan sonra səmənini nə edək? - FİLOLOQ AYDINLIQ GƏTİRDİ
27 Mart 2024 Sülh sazişinin prinsipləri razılaşdırıldı - Paşinyan
27 Mart 2024 31 mart 1918-ci il soyqırımı gerçəkləri - MÜSAHİBƏ
27 Mart 2024 “Onların iş adamının bir dönərinə ehtiyacı yoxdur” - EKSPERT TƏNQİD ETDİ
27 Mart 2024 ABŞ Kremli son kozırdan məhrum edə bilər..?
27 Mart 2024 “Efiri bazar səviyyəsinə endirən telekanallar cəzalandırılmalıdır” - EKSPERT SƏRT DANIŞDI
26 Mart 2024 Hayların ABSURD TORPAQ İDDİALARI - TƏHLİL
26 Mart 2024 İrəvan öz yalanlarına aldanır
23 Mart 2024 Heç kim bunu bacarmayacaq - Putin
23 Mart 2024 Şərəfli ömürün daha bir baharı
22 Mart 2024 İtaliya portalı Novruz adət-ənənələrindən yazıb
22 Mart 2024 "Qərb dairələrinin əsl məqsədi..." - MÜNASİBƏT BİLDİRİLDİ
22 Mart 2024 Düşmən dəyirmanına su tökən XƏYANƏTKAR – TƏHLİL
22 Mart 2024 Kamaləddin Qafarov: “Novruz bayramı Xankəndiyə də gəldi”