Son xəbərlər

 

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ET AXİ) daha 2 xəstə ölüb.

İnstitutdan APA-nın sorğusuna verilən cavaba görə, 1959-cü il təvəllüdlü şəxs xəstəxanaya yanvarın 31-də saat 11.25-də ağır vəziyyətdə ağciyərlərin interstisial pnevmoniyası, tənəffüs çatışmazlığı (II-III dərəcə), şəkərli diabet (II tip), diabetik nefropatiya diaqnozu ilə daxil olub və I Pulmonologiya şöbəsinə yerləşdirilib.

Pulmonoloq va endokrinoloqun nəzarəti ilə intensiv müalicə tədbirlərinə baxmayaraq, xəstənin vəziyyəti fevralın 9-da kəskin pisləşdiyindən dərhal I Reanimasiya şöbəsinə köçürülüb. Müvafiq reanimasion tədbirlər aparılıb. Lakin xəstədə əsas xəstəliyin ağırlaşması kimi kəskin ağciyər-ürək çatışmazlığı inkişaf edib və onda fevralın 10-da saat 04.20-də bioloji ölüm baş verib.

Məlumata əsasən, xəstəyə ET ACXİ-yə daxil olmazdan əvvəl yanvarın 9-da Tusi Klinikasında pnevmoniya diaqnozu qoyulub və stasionar müalicə tövsiyə edilib. O, yanvarın 17-nə kimi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının pulmonoloji şöbəsinda pnevmoniya, dəqiqləşdirilməmiş ağciyərlərin xroniki obstruktiv xəstəliyi (ACXOX), şəkərli diabet, 20-25 yanvar tarixlərində EGE Hospitalına ambulator müraciət edərək pnevmoniya, şəkərli diabet diaqnozları ilə hospitalizasiya edilib.

1944-cü il təvəllüdlü digər xəstə İnstituta fevralın 5-də saat 02.15-də ağır vəziyyətdə sol tərəfli piopnevmotoraks, sepsiki vəziyyət, xroniki böyrək çatışmazlığı (II mərhələ) diaqnozu ilə daxil olub və döş qəfəsi cərrahiyyəsi şöbəsinə yerləşdirilib.

Xəstə yanvarın 23-28-i tarixlərində Qax Rayon Mərkəzi Xəstəxanasında soltərəfli pnevmoplevrit, xroniki böyrək çatışmazlığı diaqnozu ilə stasionar müalicə alıb. Vəziyyəti pisləşdiyinə görə, ET ACXI-yə göndərilib. Halı kəskin pisləşdiyindən aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, xəstədə fevralın 9-da saat 08.50-da bioloji ölüm qeydə alınıb. Ölümün səbəbi ağciyər arteriyasının kəskin tromboemboliyası, sol tərəfli piopnevmotoraks (empiema), mədə-bağırsaq qanaxması, xroniki böyrək çatışmazlığıdır.

Qeyd edək ki, son 4 ayda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 11 nəfər ölüb.

27 Mart 2020 "200 məhbusun ailələrinə qovuşması Cənab Prezidentimizin vətəndaşlarına verdiyi dəyərin sübutudur"-Deputat
25 Mart 2020 Baş həkim Lerikdə koronavirusla bağlı son durumdan DANIŞDI
25 Mart 2020 "Relax"ın sahibindən nümunəvi addım..
25 Mart 2020 Deputat "Relax"-ın rəhbərliyinə və həkimlərə təşəkkür etdi - FOTOLAR
25 Mart 2020 Almaniyanın Köln Universitetinin professoru: Azərbaycan koronavirusa qarşı mübarizədə bir çox ölkələrə örnəkdir
25 Mart 2020 Sumqayıt Dövlət Universiteti Prezidentin çağırışına qoşuldu
25 Mart 2020 Salyan rayon İcra Hakimiyyətinin işçiləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə qoşuldular
24 Mart 2020 Salyan rayon İcra Hakimiyyətində koronavirus (COVİD-19) pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı qərargahın növbəti iclası keçirilmişdir
24 Mart 2020 Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Salyan rayonu ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir
21 Mart 2020 2 azyaşlı Xocalı soyqırım qurbanları Novruz bayramında ziyarət olundu
20 Mart 2020 Virusla mübarizədə uğurlu Azərbaycan formulu: Dövlət-xalq həmrəyliyi - TƏHLİL
20 Mart 2020 Cənab prezidentimiz İlham Əliyev Novruz bayramı münasibətilə xalqımı təbrik etdi!!!
20 Mart 2020 Həmid Həsənov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə inamını artırır!
18 Mart 2020 İlham Əliyev dəmir yolunun açılışında — YENİLƏNİB + FOTO
18 Mart 2020 Körpələr Eldar Yunusovun daima diqqət mərkəzindədir!!!
18 Mart 2020 FƏZAİL AĞAMALI – SİYASİ PORTRETİN CİZGİLƏRİ
17 Mart 2020 SDU-nun rektoru Novruz bayramı münasibətilə kollektivi pul mükafatı ilə sevindirdi
16 Mart 2020 Rafael Mehrəliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır
15 Mart 2020 Аstara əmin əllərdədir!!!
11 Mart 2020 Təbrik edirik , Aqiyə xanım !!!
10 Mart 2020 İlham Əliyevdən ciddi xəbərdarlıq
10 Mart 2020 Bu gün möhtərəm, cənab president İlham Əliyevin iştirakı ilə yeni seçilən Millli Məclisin ilk toplantısı keçirildi.
10 Mart 2020 Beyləqan Suvarma Sistemləri idarəsində şok faktlar - PREZİDENTƏ MÜRACİƏT
10 Mart 2020 Yeni parlamentdə kimlərin yeri bilinəcək..?-Yenilənib
10 Mart 2020 Sevindik Hətəmov: Prezidentin tapşırıq və tövsiyələri dönmədən həyata keçirilir, abadlıq-quruculuq işlərinin miqyası daha da genişlənir
08 Mart 2020 “BUTA” aztəminatlı ailələrin xanımlarına 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbiki
06 Mart 2020 Dəyərli Azərbaycan xanımı!!!
06 Mart 2020 Hövsan qəsəbəsi son illərdə daha da böyüməsi, sosial-iqtisadi uğurları ilə diqqət çəkir
06 Mart 2020 Həmişə zirvələrdə, Azərbaycan Ağsaqqalı!!!
04 Mart 2020 İlham Əliyev Qazaxda yol açılışında — FOTO