Son xəbərlər

 

                           
 Yaradılmışların ən alisi insan övladıdır.

Ulu Tanrı bizə o qədər imkanlar bəxş etmiş ki. Yetər ki bunları dəyərləndirək , qiymətləndirək . Çoxumuz potensialımızı dəyərləndirib ondan istifadə etməyi bacarmadığımız halda,çox az insan var ki, tanrının bəxş etdiyi idrak və istedaddan yetərincə bəhrələnib xarüqələr yaradır.

 Bir ömür boyu müqəddəs prinsiplərlə yaşayır,işləyir,xeyirxahlığa,alicənablığa,kamilliyə köklənərək dünyamızı daha da gözəlləşdirməyə çalışırlar.Belə fenomen insanlar bir ömürdə mümkünsüzü mümkünə çevirirlər.Təbii ki , əməlləri , sənətləri və şəxsiyətləri ilə.

   Bütün sənətlər və peşələr gərəklidir , lazımlıdır.  Lakin bir sənət var ki , daha müqəddəs , daha dəyərlidir.İnsanların  sağlamlığı keşiyində duran , tanrının əmanət verdiyi  ömrə ömür qatan həkimlik sənəti! Bir insanı xilas etmək bəşəriyyəti xilas etməksə yüzlərlə , minlərlə insanı xilas etməyin dəyəri , mükafatı və savabı nə ilə ölçülə bilər?!

  Yazımın qəhrəmanı    ictimayyətimizə çox yaxşı tanış olan yüzlərin , minlərin sevimlisi  ,  şəxsiyyəti , elmi , zəkası və peşəkarlığı  ilə  yüksək nüfuza  və  hörmətə malik  Millət vəkili , ürək-damar cərrahı,   tibb üzrə elmlər doktoru, Mərkəzi Gömrük Hospitalının baş həkimi-Rəşad Mahmudovdur.

 Rəşad həkim artıq bir məktəb yaradıb. Ürək əməliyyatları sahəsində yeni bir dövr açıb , səhiyyəmizdə inqilabi dəyşiklik edib . Otuz bir yaşında ilk açıq ürək əmliyyatı keçirərək insanların ümid yeri olub.           Bilirik ki ,  dünyada ürək – damar xəstəlikləri ön sırada gedən və ən çox ölümə səbəb olan xəstəlikdir.  Lakin bizim ölkəmizdə artıq bu sahədə təhlükə yoxdur. Ürək –damar xəstəlikləri üzrə böyük mütəxxəssis , yüzlərlə , minlərlə insana ikinci həyat bəxş edən Rəşad həkim günümüzün reallığında əsl qəhrəmandır. Onun həyata keçirdiyi  yüzlərlə əməliyyat insanları yenidən həyata qaytarıb. Onlarla , yüzlərlə insana təmmənnasız yardım edərək  şəfa  verib , həyatlarına davam etməyə vəsilə olub. O , ümidsiz insanların ümidi , gözü yaşlı ailələrin güvənc yeridir. Artıq insanarımız əməliyyat və müalicə üçün uzaq və yaxın xaricə üz tumurlar . Çünki ürəklərini etibar edəcəkləri Rəşad həkim var !

    Ailədən , əsil – nəcabətdən gələn nəciblik ,  tərbiyə , yüksək mənəviyyat , zəka və prinspiallıq birləşdikdə həm əsl şəxsiyyət , həm də əsl peşəkar formalaşır.Rəşad həkim bu gün gənclərə , gənc nəslə gözəl bir örnək   nümunəsidir. İstər şəxsiyyəti , istərsə də sənəti , peşəkarlığı ilə .

  Rəşad həkimin  fəaliyəti  təkcə həkimliklə yekunlaşmır. O , Astara rayonundan   beşinci çağırış millət vəkili  kimi seçicilərinin hüquqlarını ən ali qanunverici orqanımızda ləyaqətlə təmsil edib. Hal- hazırda respublikamızda növbədənkənar seçkilərə hazırlıq gedir. 9 fevral tarixində keçiriləcək seçkilərdə Rəşad həkim də iştirak edəcək . Astaralılar onu yekdilliklə   dəstəkləyir. Dəyərli eloğullarını yenə də ən ali kürsüdə görmək istəyirlər. Çünki o zamanında  göstərilən etimadı doğruldub, insanların umid yeri olub və hal – hazırda da belədir. Odur ki , bu kürsüyə ən layiqli namizəd yalnız və yalnız  Rəşad  həkimi görürlər.Onlar yaxşı bilirlər ki ,   xalqımızın sağlamlığı keşiyində ləyaqətlə duran Rəşad həkimə dövlətimizin , dövlətçiliyimizin keşiyində də əzm və qətiyyətlə durmağı , seçicilərinin hüquqlarını yetərincə müdafiə etməyi gözəl bacarır. 

  Nə deyək , uğurlar olsun !

Tanrı Sizi qorusun , Rəşad həkim  ! Qorusun ki , siz də bizim ürəyimizi və hüquqlarımızı qoruyasınız!

Müşfiq Kişiyev

19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 İsrail-İran savaşı, yoxsa… - RAKURS
16 Aprel 2024 “Azərbaycana heç vaxt belə paşinyanlar lazım olmayıb” - DEPUTAT TƏNQİD ETDİ
16 Aprel 2024 “Vətəndaşları bu eybəcər plana alət edə bilməyəcəklər” - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 Müharibələr meydanına çevrilən dünyanın TƏHLÜKƏSİZLİK ADASI – TƏHLİL
16 Aprel 2024 "Qərb Tekstil" 1 milyon dollara özəlləşdirildi
16 Aprel 2024 İran bütün Yaxın Şərqi təhdid edir - Netanyahu
15 Aprel 2024 “Təəssüf ki, Ermənistan belə güc mərkəzlərinin əlində vasitəyə çevrilib” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
15 Aprel 2024 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
15 Aprel 2024 Dollar dünyada yenidən güclənir: avro ucuzlaşdı
15 Aprel 2024 Hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir
14 Aprel 2024 Papa İsrail və İrana çağırış etdi
14 Aprel 2024 Millət vəkili Məşhur Məmmədov: “Zərifə Əliyevanın bioqrafiyası hər bir xanıma örnəkdir“
14 Aprel 2024 İranın İsrailə hücumunun gerçəkləri: plan nə idi? – 8 maddə
14 Aprel 2024 Kamaləddin Qafarov: “Zərifə xanım Əliyevanın həyatı gözəl bir örnəkdir”