Bu gün rayonumuzun ən ucqar dağ kəndi olan Hamoşam kəndində seçicilərimlə görüşdüm.
Seçicilərimin mütəşəkkilliyi və səmimiliyi görüşümüzü daha da maraqlı etdi. Son illər bu ərazidə görülmüş möhtəşəm işlərə, xüsusən, çəkilən asfalt yollar və tikilən müasir məktəb binalarına görə cənab Prezidentə dualar edən sakinlərdən müsbət enerji aldım. Turizm potensialı yüksək olan bu dağ kəndlərində bu sektorun inkişaf etdirilməsi yolları barəsində fikir mübadiləsi apardıq. Seçicilər 9 fevralda bütün bu inkişafın qarantı olan YAP sədri cənab İlham Əliyevin siyasətini dəstəkləyərək iqtidar partiyasının namizədinə səs verəcəklərini bildirdilər.
Təşəkkürlər, HAMOŞAM!!!