Bu ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd,

Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Salyanın Qaraçala kəndində seçicilərlə görüşüb.

Gununxeberi..az xəbər verir ki, görüşdə çıxış edən F.Ağamalı deyib ki, əvvəlki illərdə daim seçicilərin problemləri ilə maraqlanıb: "Həmişə seçicilərlə birlikdə olmuşam, onları narahat edən məsələlərin həllinə çalışmışam. Milli Məclisdəki çıxışlarımı izləyənlər bunu bilirlər. Bu, mənim işimdir. Mən Azərbaycanı müstəqil görmək üçün çalışmışam, fəaliyyət göstərmişəm. Bu, mənim taleyim idi. Xalqın yolunda mübarizə aparmaq şərəfdir. Yaxınlarım məni bu yoldan döndərməyə çalışsalar da, nail ola bilmədilər. Bu yollardan keçərək müstəqil olduq. Mən tək deyildim, minlərlə azərbaycanlı bu yolda idi. Azərbaycan üçün çalışanların önündə gedəni ümummilli lider Heydər Əliyev olub. Heydər Əliyevin tapşırığı ilə Əbülfəz Elçibəyin üzərindən ağır ittiham götürüldü. Heydər Əliyev istiqlalçı idi, onun səpdiyi toxumlar sonradan bəhrəsini verdi. 1990-cı illərin əvvəllərində də Azərbaycanı Heydər Əliyev xilas etdi".

F.Ağamalının sözlərinə görə, gənclər bilməlidir ki, indiki inkişafın təməlini Heydər Əliyev qoyub: "Hazırda həmin siyasi kursu Prezident İlham Əliyev davam etdirir. Azərbaycan qüdrətli dövlətdir, heç bir ölkədən asılı deyil. Gücümüz ondadır ki, xalq dövlətin, Prezidentin yanındadır. Kimlər üçünsə Milli Məclis prestijdir, ütülü köynək geyinib qalstuk taxıb özünü göstərmək yeridir. Amma mənim üçün belə deyil. Deputat olmaq, xalqın problemləri ilə maraqlanmaq mənim üçün şərəfdir. Bəziləri düşünürlər, vədlər verməklə seçicini aldatmağa çalışırlar, iddia edirlər ki, problemləri həll edəcəklər. Bu, düzgün deyil, məsələləri dövlət həll edir. Deputat isə bu problemləri hökumətə çatdırandır. Deputat vətənpərvər olmalıdır, beynəlxalq təşkilatlarda ölkəni layiqincə təmsil etməlidir, ölkə həqiqətlərini çatdırmalıdır. Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır, bu, bizim gücümüzü göstərir. Biz dövlətimizlə fəxr etməliyik. Hər zaman çətinliklər olub, dövlət birdən-birə qurulmayıb. Azərbaycan, artıq inkişaf etmiş dövlətdir, zamanla bütün problemlər həll ediləcək".

F.Ağamalı növbəti dəfə deputat seçiləcəyi təqdirdə sosial problemləri qaldıracağına söz verib: "Uşaq pulunun verilməsinin vacib olduğunu düşünürəm. Ölkədə 18 yaşına çatana qədər hər kəsə 180-190 manat aylıq müavinət verilməlidir. Məşğulluq məsələləri də xüsusi diqqətdə saxlanılmalıdır. Bu problemləri, sizi narahat edən məsələləri daim qaldıracağıma söz verirəm. Bu dövləti inkişaf etdirmək hər birimizin borcudur. Hamınızı seçkilərdə iştirak etməyə çağırıram".

Rayon ziyalıları F.Ağamalının fəaliyyətini yüksək qiymətləndiriblər.

Deputatlığa namizəd seçicilərin problemlərini bir daha dinləyib, həlli üçün müvafiq dövlət qurumlarına müraciət edəcəyini qeyd edib.

Seçicilər çıxışlarında F.Ağamalını dəstəklədiklərini, fevralın 9-da ona səs verəcəklərini ifadə ediblər.

28 Mart 2024 “Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdıq” - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mart 2024 Qarabağı viran qoyan avantüristlər… - İrəvan
28 Mart 2024 Taksilərdə videokameralar quraşdırılacaq - Tarix
28 Mart 2024 AB Şurasının üzvləri Cənubi Qafqaza gəlir
28 Mart 2024 Fransızların terakt xofu 10 üzərindən 7 baldır
28 Mart 2024 Bu gün onların günüdür
28 Mart 2024 Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
28 Mart 2024 NATO-Ermənistan “nikah”ına hazırlıq gedir - RAKURS
28 Mart 2024 Xocalıya qayıdış bu tarixdə başlayacaq" - ŞƏRH EDİLDİ
28 Mart 2024 Ailə hüququ dedikdə nə başa düşülür? - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Muzdlu kölənin arzuları: Rasmussen yeni müharibə istəyir
28 Mart 2024 "Bu qidalar mənşəyi məlum olmayan xəstəliklərə gətirib çıxara bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Rusiyanın Baltikyanı ölkələrə hücum ehtimalı... - Putin
28 Mart 2024 Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!
28 Mart 2024 İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma
27 Mart 2024 Bayramdan sonra səmənini nə edək? - FİLOLOQ AYDINLIQ GƏTİRDİ
27 Mart 2024 Sülh sazişinin prinsipləri razılaşdırıldı - Paşinyan
27 Mart 2024 31 mart 1918-ci il soyqırımı gerçəkləri - MÜSAHİBƏ
27 Mart 2024 “Onların iş adamının bir dönərinə ehtiyacı yoxdur” - EKSPERT TƏNQİD ETDİ
27 Mart 2024 ABŞ Kremli son kozırdan məhrum edə bilər..?
27 Mart 2024 “Efiri bazar səviyyəsinə endirən telekanallar cəzalandırılmalıdır” - EKSPERT SƏRT DANIŞDI
26 Mart 2024 Hayların ABSURD TORPAQ İDDİALARI - TƏHLİL
26 Mart 2024 İrəvan öz yalanlarına aldanır
23 Mart 2024 Heç kim bunu bacarmayacaq - Putin
23 Mart 2024 Şərəfli ömürün daha bir baharı
22 Mart 2024 İtaliya portalı Novruz adət-ənənələrindən yazıb
22 Mart 2024 "Qərb dairələrinin əsl məqsədi..." - MÜNASİBƏT BİLDİRİLDİ
22 Mart 2024 Düşmən dəyirmanına su tökən XƏYANƏTKAR – TƏHLİL
22 Mart 2024 Kamaləddin Qafarov: “Novruz bayramı Xankəndiyə də gəldi”