Yanvarın 17-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən 9 fevral 2020-ci il tarixdə ölkəmizdə keçiriləcək.
VI çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyasına start verildi. Kampaniya çərçivəsində partiyanın millət vəkilliyinə namizədləri - 8 saylı Binəqədi birinci Seçki Dairəsi üzrə Kübra Əliyarlı, 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə Kamaləddin Qafarov, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə Anar Əliyevin üzərində Yeni Azərbaycan Partiyasının “Daha güclü Azərbaycan naminə” şüarı yazılan təbliğat plakatları müvafiq məntəqə seçki komissiyalarının təbliğat lövhələrinə yerləşdirildi.

Həmin gün YAP Binəqədi rayon təşkilatı tərəfindən partiyanın millət vəkilliyinə irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə ilk görüşü keçirildi. Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, hər 3 dairə seçki komissiyası üzrə seçicilər, partiyanın fəalları iştirak edirdilər

Görüşü giriş sözü ilə açan Ramiz Göyüşov ölkəmizdə ən məsuliyyətli və ən əlamətdar günlər yaşanıldığını vurğuladı. Bildirdi ki, müstəqil bir ölkə kimi Azərbaycan özünün dinamik inkişafının növbəti mərhələsinə yeniləşən cəmiyyət, qüdrətli iqtisadiyyat və davamlı islahatlarla zəngin yeni mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən səmərəli daxili və xarici siyasət, iqtisadi, siyasi, sosial və hüquqi islahatların şaxələndirilməsi nəticəsində Azərbaycan nəinki regionun, bütövlükdə dünyanın ən stabil inkişaf tempinə malik dövlətləri sırasında yer almaqdadır. Daha sonra o, seçkilərin ölkə tarixindəki mühüm rolunu vurğulayaraq, hər bir namizədə bu məsuliyyətli yolda müvəffəqiyyətlər arzuladı. Hər bir namizəd haqqında məlumat verərək tədbir iştirakçılarını parlament seçkilərində fəal iştirak etməyə, ölkənin əlamətdar tarixində pay sahibi olmağa çağırdı.

Daha sonra 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə namizəd Kamaləddin Qafarov çıxış edərək bildirdi ki, rayonumuzda mövcud olan çətinlik və problemlərin aradan qaldırılması hər birimizdən məsuliyyət, sosial təəssübkeşlik, gələcək ümumi yüksəliş və rifah üçün milli canıyananlıq tələb edir. Rayonumuzda öz həllini gözləyən məsələlər müvafiq dövlət qurumlarının, icra strukturlarının, idarə, müəssisə və təşkilatların, dövlət nümayəndələri ilə bərabər, həm də hər bir Binəqədi sakininin qayğı və probleminə çevrilməlidir. Bu da mənim ən böyük amalımdır. Onun sözlərinə görə, neçə illərdir Binəqədi rayonunda aparılan genişmiqyaslı tikinti-abadlıq işləri, park və xiyabanların salınması, yolların çəkilməsi, müxtəlif infrastrukturların yaradılması, sosial proqramların reallaşdırılması göz önündə baş vermişdir. Bundan sonra bu abadlıq və Binəqədi camaatının rifah halında yaşamasında pay sahibi olacağına görə qürur hissi duyğunu və ona Yeni Azərbaycan Partiyası tərəfindən göstərilən böyük qayğı və yüksək etimadı doğruldacağına söz verdi.

Görüşdə çıxış edən 8 saylı Binəqədi birinci Seçki Dairəsi üzrə namizəd Kubra Əliyarlı bildirdi ki, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün ölkəmizdə çoxsaylı iqtisadi, sosial, siyasi islahatlar həyata keçirilir, yeni infrastruktur layihələri icra olunur, əhalinin rifahının daha da yüksək səviyyədə təmin edilməsi, ictimai-siyasi sabitliyin davamlı və daha da möhkəm olması istiqamətində mühüm işlər görülür. Seçkilərə YAP deputatlarının hamısı görüləcək işləri nəzərdə tutan geniş platforma ilə gedir. Dövlətə, xalqa xidmət etməyi özünə şərəf bildiyini və bu yolda seçicilərələrə fəxarətlə xidmətin ən müqəddəs missiyası olacağını vurğulayan gənc namizəd seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdı.

Daha sonra çıxış edən 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə namizəd Anar Əliyev göstərdi ki, ona göstərilən bu etimad onu daha məsuliyyətli olmağa sövq edir. Bu məsuliyyətli və çətin yolda ona göstərilən etimadı doğrultmaq üçün daha səylə çalışacağını bildirdi.

Görüşün sonunda seçicilər onları maraqlandıran sualları namizədlərə ünvanladılar. Sonda xatirə şəkli çəkildi

aia.az




29 Mart 2024 31 mart - Xalqımıza qarşı törədilmiş qanlı faciə - ŞƏRH EDİLDİ
29 Mart 2024 10 yaşımda çıxdığım Füzuliyə indi geri dönürəm - Leyli Şirinova
29 Mart 2024 Hər zaman doğma yurduma qayıtmağı səbirsizliklə gözləmişəm - Natiq Qasımov
29 Mart 2024 Azərbaycandan xarici ölkələrə nə qədər pul köçürülüb?
28 Mart 2024 “Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdıq” - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mart 2024 Qarabağı viran qoyan avantüristlər… - İrəvan
28 Mart 2024 Taksilərdə videokameralar quraşdırılacaq - Tarix
28 Mart 2024 AB Şurasının üzvləri Cənubi Qafqaza gəlir
28 Mart 2024 Fransızların terakt xofu 10 üzərindən 7 baldır
28 Mart 2024 Bu gün onların günüdür
28 Mart 2024 Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
28 Mart 2024 NATO-Ermənistan “nikah”ına hazırlıq gedir - RAKURS
28 Mart 2024 Xocalıya qayıdış bu tarixdə başlayacaq" - ŞƏRH EDİLDİ
28 Mart 2024 Ailə hüququ dedikdə nə başa düşülür? - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Muzdlu kölənin arzuları: Rasmussen yeni müharibə istəyir
28 Mart 2024 "Bu qidalar mənşəyi məlum olmayan xəstəliklərə gətirib çıxara bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Rusiyanın Baltikyanı ölkələrə hücum ehtimalı... - Putin
28 Mart 2024 Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!
28 Mart 2024 İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma
27 Mart 2024 Bayramdan sonra səmənini nə edək? - FİLOLOQ AYDINLIQ GƏTİRDİ
27 Mart 2024 Sülh sazişinin prinsipləri razılaşdırıldı - Paşinyan
27 Mart 2024 31 mart 1918-ci il soyqırımı gerçəkləri - MÜSAHİBƏ
27 Mart 2024 “Onların iş adamının bir dönərinə ehtiyacı yoxdur” - EKSPERT TƏNQİD ETDİ
27 Mart 2024 ABŞ Kremli son kozırdan məhrum edə bilər..?
27 Mart 2024 “Efiri bazar səviyyəsinə endirən telekanallar cəzalandırılmalıdır” - EKSPERT SƏRT DANIŞDI
26 Mart 2024 Hayların ABSURD TORPAQ İDDİALARI - TƏHLİL
26 Mart 2024 İrəvan öz yalanlarına aldanır
23 Mart 2024 Heç kim bunu bacarmayacaq - Putin
23 Mart 2024 Şərəfli ömürün daha bir baharı