Kürdəmirin Köhünlü kəndində səyyar qəbul keçirilib



Dekabrın 26-da Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Köhünlü kənd inzibati ərazi dairəsinin Şüşün, Köhünlü, Sovla, Qaramahmudlu və Söyüdlər kəndlərinin sakinləri ilə səyyar qəbul görüşü keçirilib. Köhünlü kənd tam orta məktəbində keçirilən görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Kənd sakinləri ilə görüşü giriş nitqi ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov belə görüşlərin ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini, vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqların daim diqqət mərkəzində saxlanıldığını bildirdi. Son illər respublikamızda və rayonumuzda görülmüş işlər barədə geniş məlumat verən Ceyhun Cəfərov rayon ərazisində həyata keçirilən layihələrdən danışdı. Vurğuladı ki, ölkə Prezidentinin Sərəncam və tapşırıqlarına əsasən Kürdəmir rayonunda Asan Xidmət Mərkəzinin, 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksinin, “Azərxalça” ASC-nin Kürdəmir rayon filialı üçün bina və digər sosial obyektlər tikilir. Rayon rəhbəri qeyd etdi ki, bu layihələrin icrası nəticəsində yeni iş yerləri açılır, bu da rayon sakinlərinin məşğulluğunun artırılmasına xidmət edir. Ceyhun Cəfərov bildirdi ki, Cənab Prezidentin kənd yollarının yenidən qurulması ilə əlaqədar qarşıya qoyduğu vəzifələr Kürdəmir rayonunda da uğurla icra olunur. Belə ki, Kürdəmir rayonunda Karrar–Bağman–Böyük Kəngərli avtomobil yolunun tikintisi ilə yanaşı, Pirili-Muradxan-Sor-Sor, Şilyan-Qarasu və Dəyirmanlı-Yenikənd kəndlərinin avtomobil yolları yenidən qurulur. Ceyhun Cəfərov söylədi ki, Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2019-cu il tarixli Sərəncamına əsasən Ağsu-Kürdəmir-Bəhrəmtəpə (53 km)-Zərdab avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Bununla da Köhünlü kəndi ilə yanaşı rayonumuzun daha altı kəndinin yolu yenidən qurulur. Kənd sakinləri kəndarası yolların təmiri, sosial müdafiə, təhsil, elektrik enerjisi, məşğulluq məsələləri ilə bağlı rəy və təkliflərini veriblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verdi. Kənd sakinləri öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, eləcə də Respublikamızda diqqəti cəlb edən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını dərin razılıq hissi ilə bildirmiş, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi xüsusi diqqət və qayğını yüksək qiymətləndiriblər.
Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.




Bizim ona vəfa borcumuz var- borclu qalmaq yaxşı hal deyil…

Yüksək əxlaq qazanılmır, İlahidən gəlir- Tanrı ondan bunu əsirgəməyib…

Təvazökardır- insan ruhunda olan rənglərin ən gözəli onda da var...

İnsanpərvərdir- yaratdıqlarına Yaradana görə ehtiram göstərməyi bacarır…

Diqqətlidir- uşaqdan böyüyə çox adama bundan pay düşüb…

İşgüzardır- əməlləri ilə Kürdəmirdə tarix yazır…

Adətən, məmurlar qəbuluna gələn vətəndaşların qarşısında ayağa qalxmağı özünə sığışdırmırlar. O isə yanına gələn hər bir insana xüsusi diqqət göstərir, səbrlə dinləyir, nəvazişlə yola salırdı...

Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonda keçirdiyi bütün tədbirlərində onun sayğı və diqqətini hiss etdim…

Bu gün Kürdəmirdə elə bir adam tapa bilməzsiz ki, bu kişidən narazı qalsın…

Xalqla rəhbərin birliyindən çox deyilib, çox yazılıb, hələ bundan sonra da davam edəcək. Nə yaxşı ki, aramızda belə gözəl, belə istiqanlı rəhbərlər var. O, bu birliyin bariz nümunəsidir...

Kürdəmirə rəhbərlik etmiş insanların arasında yeganə icra başçısı idi ki, heçnədən asılı olmayaraq hər bir kəndin yas məclislərində iştirak etməyi özünə borc bildi, itkilərə görə baş sağlığı verdi. Kimliyindən asılı olmayaraq hər bir vətəndaşın kədərinə şərik oldu. Bunu ancaq yüksək əxlaqa malik olan insan edə bilərdi…

Bu insanın dövlətə, dövlətçiliyə, xalqa bağlı olduğu barədə, işgüzrlığı haqqında çox nümunələr sadalaya bilərdim, amma ALLAH şahiddirsə yetər…

Bu gün ölkəmizin hər yerində geniş abadlıq-quruculuq işləri gedir. Bunun da nəticəsində respublikamızın bütün regionları gündən-günə öz simasını dəyişərək abad və gözəl şəhərə çevrilirlər. Bu müstəvidə Kürdəmir rayonunda da gedən abadlıq-quruculuq işlərinin geniş vüsət alması və bu çərçivədə şəhərimizin ən gözəl məkanlardan birinə çevrilməsi hamımızda qürur hissi doğurur.. Belə ki, şəhərin giriş hissəsindən başlayaraq çıxışına qədər hər yerdə geniş abadlıq-qüruculuq işləri aparılır. Kürdəmirin Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsində Kürdəmir Rayon İcra başçısı Ceyhun Cəfərovun əməyi böyükdür. Ceyhun müəllim rayonda aparılan abadlıq-quruculuq işlərini özünün xüsusi diqqət mərkəzində saxlayır.

Təkcə rayonda səhiyyənin dünəni, bu günü və sabahı haqqında deyil, həm də, bütövlükdə, Kürdəmirdə son aylar həyata keçirilən işlər danılmazdır. Hiss olunur ki, bütün varlığı ilə doğma torpağına bağlı olan bir adamdır. Rayon rəhbərliyinin təşəbbüskarlığı, fəallığı və təşkilatçılığı sayəsində Kürdəmirin xəritəsinə, az qala, hər ay yeni bir obyektin adı düşür. Heydər Əliyev parkının yenidən qurulması, Gənclər sarayının inşası, neçə-neçə yeni müəssisənin açılışı, digər sosial yönümlü obyektlərin istifadəyə verilməsi onu göstərir ki, Kürdəmir tezliklə Azərbaycanın ən abad, gözəl rayonlarından birinə çevriləcəkdir.


Əzizimiz Ceyhun müəllim, biz sizi çox sevirik, xidmətlərinizi yada salır, varlığınızdan qürur hissi keçiririk. Qarşıdan gələn yeni iliniz mübarək!

Müşfiq Kişiyev

28 Mart 2024 “Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdıq” - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mart 2024 Qarabağı viran qoyan avantüristlər… - İrəvan
28 Mart 2024 Taksilərdə videokameralar quraşdırılacaq - Tarix
28 Mart 2024 AB Şurasının üzvləri Cənubi Qafqaza gəlir
28 Mart 2024 Fransızların terakt xofu 10 üzərindən 7 baldır
28 Mart 2024 Bu gün onların günüdür
28 Mart 2024 Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
28 Mart 2024 NATO-Ermənistan “nikah”ına hazırlıq gedir - RAKURS
28 Mart 2024 Xocalıya qayıdış bu tarixdə başlayacaq" - ŞƏRH EDİLDİ
28 Mart 2024 Ailə hüququ dedikdə nə başa düşülür? - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Muzdlu kölənin arzuları: Rasmussen yeni müharibə istəyir
28 Mart 2024 "Bu qidalar mənşəyi məlum olmayan xəstəliklərə gətirib çıxara bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Rusiyanın Baltikyanı ölkələrə hücum ehtimalı... - Putin
28 Mart 2024 Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!
28 Mart 2024 İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma
27 Mart 2024 Bayramdan sonra səmənini nə edək? - FİLOLOQ AYDINLIQ GƏTİRDİ
27 Mart 2024 Sülh sazişinin prinsipləri razılaşdırıldı - Paşinyan
27 Mart 2024 31 mart 1918-ci il soyqırımı gerçəkləri - MÜSAHİBƏ
27 Mart 2024 “Onların iş adamının bir dönərinə ehtiyacı yoxdur” - EKSPERT TƏNQİD ETDİ
27 Mart 2024 ABŞ Kremli son kozırdan məhrum edə bilər..?
27 Mart 2024 “Efiri bazar səviyyəsinə endirən telekanallar cəzalandırılmalıdır” - EKSPERT SƏRT DANIŞDI
26 Mart 2024 Hayların ABSURD TORPAQ İDDİALARI - TƏHLİL
26 Mart 2024 İrəvan öz yalanlarına aldanır
23 Mart 2024 Heç kim bunu bacarmayacaq - Putin
23 Mart 2024 Şərəfli ömürün daha bir baharı
22 Mart 2024 İtaliya portalı Novruz adət-ənənələrindən yazıb
22 Mart 2024 "Qərb dairələrinin əsl məqsədi..." - MÜNASİBƏT BİLDİRİLDİ
22 Mart 2024 Düşmən dəyirmanına su tökən XƏYANƏTKAR – TƏHLİL
22 Mart 2024 Kamaləddin Qafarov: “Novruz bayramı Xankəndiyə də gəldi”