Son xəbərlər

 

Gəncə şəhərində ağacəkmə aksiyası keçirilib



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın görkəmli mütəfəkkir, şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində Gəncə şəhərində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Heydər Əliyev park-kompleksinin ərazisində və Nizami Gəncəvinin məqbərəsi ətrafında 10 mindən artıq eldar şamı və dekorativ ağaclar əkilib

Bəli, Gəncə şəhəri Nizami rayonu təbiət baxımından ən mühim rayonlardan hesab edilir. Buda səbəbsiz deyil ki, Ulu Öndər Heydər Əliyev rayon haqqında hər zaman yüksək fikirlər səsləndirib.

Son günlər Gəncə şəhəri Nizami rayonunda alqışa layiq işlərin görülməsi bir növ rayon sakinlərinin böyük sevincinə səbəb oldu. Bunlardan əlavə ölkə başçısının rayona olan diqqət və qağısı görülən işlərin bariz nümünəsidir. Etiraf edək ki, Gəncə şəhəri Nizami rayonu cənnətməkana çevrilməklə digər rayon sakinlərini buradakı tərəqqiyə dövlət başçısı tərəfindən verilən yüksək qiymətdən məmnundur.

Bəli, bu gündə Gəncə şəhəri Nizami rayonunda görülən işlər yüksək qiymətləndirilir. Əlbətdə ki, buda Gəncə şəhəri Nizami rayonunun icra başçısı Nizami Hacıyevin tələbkarlığından irəli gəlir. Təəsüflər olsun ki, bəzi quvvələr rayonda ən yüksək səviyyədə göyülən işlərə kölgə salmaq üçün müəyyən metotdlardan istifadə etməyə çalışırlar. Lakin unutmaq lazım deyil ki, rayona el ağsaqqalı təyin olunan Nizami müəllim bütün maneələri dəf edərək rayonun daha da abadlaşması üçün əlindən gələni əsirgəmədi.


Nizami Hacıyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Nizami Hacıyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Gəncə şəhəri Nizami rayonunun icra başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Bizdə hörmətli Nizami Hacıyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


*******************

Tofiq Mehdiyev: Ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin ideyaları daim qəlblərdə yaşayır
Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin yeni başçısı Nizami Hacıyev - Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.Ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin ideyaları daim qəlblərdə yaşayır. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin xatirəsi əbədiləşdirilməsin, adına möhtəşəm abidə ucaldılmasın. Müstəqil Azərbaycanın qurucusu və banisi, dövlətçiliyimizin qarantı olmuş ulu öndər ölkəmiz və xalqımız üçün etdikləri əsrlər keçsə də tarixi dəyərini itirməyəcəkdir.
Heydər Əliyev XX əsr Azərbaycan tarixində təkcə milli müstəqillik ideyasının gerçəkləşdirmiş lider kimi yox, həm də yaratdığı dövlətin möhkəmliyini, dayanıqlığını təmin edən, müdrik rəhbər kimi xalqın qəlbində yaşayır. Heydər Əliyev qarşıya qoyduğu ali məqsədlərə nail olmaq üçün ilk öncə ən böyük dəstəyi xalqdan almışdır.
Qırx ilə yaxın müddətdə özünü təcrübəli dövlət xadimi və rəhbər kimi təsdiqləməsi, insanların inam və etimadını qazanması həm də qeyri-adi bir liderlik keyfiyyətləri ilə ölçülür. Tarixdən yaxşı məlumdur ki, belə liderlik keyfiyyətlərinə malik şəxsiyyətlər insanları öz ideya və baxışları ətrafında toplamaq, onların iradələrinə, qərarlarına pozitiv təsir göstərmək imkanında olurlar, məhz bu xüsusiyyətləri sayəsində idarəçilikdə böyük uğurlara imza atmış olurlar.
Dünyanın məşhur ictimai-siyasi xadimlərinin, dövlət adamlarının Heydər Əliyev haqqında söylədikləri fikirlər xalqımızın bu dahi oğlunun şəxsiyyətinə və çoxşaxəli dövlətçilik fəaliyyətinə verilən yüksək qiymətin, göstərilən ehtiram və heyranlığın ifadəsidir. ABŞ-ın keçmiş prezidenti Corc Buş "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur" demişdir. Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer "Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər". Ulu öndərimizin parlaq, təkrarsız şəxsiyyətinin ucalığını səciyyələndirən bu sözlərdən hər bir azərbaycanlı haqlı olaraq hədsiz qürur və fəxarət hissi duyur.

Xalqın böyük sevgisi, tələb və təkidi 1993-cü ildə Heydər Əliyevi yenidən hakimiyyətə gətirdi. Bu, böyük qayıdış idi. Bu, xalqın xilaskarına qovuşması idi! Bu, quruculuq və dövlətçilik rəmzinə çevrilən real və əfsanəvi liderin "Müstəqilliyimiz dönməzdir, qətidir, əbədidir" fıkrinin təsdiqi idi!
Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda dövlət quruculuğu, ictimai-siyasi sabitlik təmin edildi, iqtisadi inkişaf, beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində davamlı proses başlandı, ölkədə bütün sahələr üzrə köklü islahatlar aparıldı.
Fəxrlə deyə bilərik ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi strategiya bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz son illər iqtisadi, siyasi, beynəlxalq əməkdaşlıq və digər sahələrdə inkişaf və tərəqqi yoluna qədəm qoymuşdur.

2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

Məhz həmin gündən dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür.

Allah rəhmət eləsin!
24 Aprel 2024 Bölgələrdə 70 qəpikdən satılan xiyar paytaxt bazarlarında nə vaxt ucuzlaşacaq? VİDEO
24 Aprel 2024 "Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
24 Aprel 2024 Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti
24 Aprel 2024 Ləqəblərin mənası, əhəmiyyəti, mahiyyəti və yaranma ehtiyacı nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
24 Aprel 2024 Zelenski ABŞ ssenarisi üzrə oynayan artistdir! - Pxenyan
23 Aprel 2024 Onlara bu şansı verməyəcəyik! - Prezident
23 Aprel 2024 “Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür“ - ŞƏRH EDİLDİ
21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 İsrail-İran savaşı, yoxsa… - RAKURS
16 Aprel 2024 “Azərbaycana heç vaxt belə paşinyanlar lazım olmayıb” - DEPUTAT TƏNQİD ETDİ
16 Aprel 2024 “Vətəndaşları bu eybəcər plana alət edə bilməyəcəklər” - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 Müharibələr meydanına çevrilən dünyanın TƏHLÜKƏSİZLİK ADASI – TƏHLİL
16 Aprel 2024 "Qərb Tekstil" 1 milyon dollara özəlləşdirildi
16 Aprel 2024 İran bütün Yaxın Şərqi təhdid edir - Netanyahu