Son xəbərlər

 

 

   
SDU-nun rəsmi internet portalında əvvəlcədən yerləşdirilmiş elana uyğun olaraq,

“Açıq qapı günü”ndə universitetin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, təhsil alan tələbələrin valideynləri və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak etdilər.

Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov qonaqlarla görüşdü. Qeyd etdi ki, SDU-da ənənəvi olaraq “Açıq qapı günləri” təşkil edilir. Valideynlər övladlarının həm dərs, həm də imtahan prosesinin müşahidə etməsi üçün hər cür şərait yaradılıb. Bu datələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivliyin təmin olunmasından xəbər verir. Ölkənin savadlı kadr potensialı məhz müasir təhsil və keyfiyyətli tədrislə yaradılır. Sumqayıt Dövlət Universiteti də bu istiqamətdə mühüm addımlar ataraq uğurlar əldə edir. Son illər Sumqayıt Dövlət Universitetində kadr potensialı öz yetirmələri ilə yenilənir. Məzunlarımız laborant, mütəxəssis, müəllim kimi fəaliyyətə başlayır. Bu da Prezident cənab İlham Əliyevin həyata keçirdiyi Gənclər siyasətinin bariz nəticəsidir.b_500_300_16777215_00_images_xeber_sekilleri_11_dekabr_2019_ECN_3882.JPG

Prorektor Ramiz Hüseynov qonaqlara universitetin fəaliyyətindən, beynəlxalq əlaqələrindən, bu istiqamətdə görülən işlərdən bəhs etdi. Bildirdi ki, universitetimiz Avropa təhsil məkanına inteqrasiya istiqamətində mütəmadi olaraq dünyanın reytinq cədvəlində xüsusi mövqeyi olan Şərq, Avropa və Slavyan ölkələrinin nüfuzlu universitetləri ilə əlaqələrini genişləndirir, qabaqcıl texnologiyalar, idarəetmə üsulları, innovasiyalarla bağlı elmi–pedaqoji mübadilələr həyata keçirir. Prorektor struktur və tədris proqramları, o cümlədən TVİNNİNQ layihəsi çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, universitetimizin Avropa İttifaqı tərəfindən maliyələşən proqramlarda iştirak etməsi artıq bir ənənənyə çevrilmişdir. Əsas hədəfimiz təhsilin keyfiyyətinin yüksəldilməsidir.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Fransa, Litva, Latviyadan olan müvafiq təhsil qurumlarının və Azərbaycanın Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı TVİNNİNQ layihəsi Azərbaycan ali təhsil sisteminin inkişafına töhfələr verir. Universitetdə TVİNNİNQ layihəsi çərçivəsində həyata keçirilən seminarlar, təlimlər, özünütəhlil prosesinə maraqlı qurumların nümayəndələrinin cəlb olunması, onların fikir və təkliflərinin nəzərə alınması, birgə keçirilən tədbirlər, eləcə də professor-müəllim heyətinin bilik, səriştə və bacarıqlarının yüksəldilməsi, universitetin təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməsi, müasir infrastrukturun qurulması, idarəetmənin optimallaşdırılması, kitabxanaların, Dissertasiya Şurasının fəaliyyətinin gücləndirilməsi, dövri elmi nəşrlərin təkmilləşdirilməsi, ixtisasartırmanın keyfiyyətli təşkili, universitetə yüksək biliyə malik gənclərin cəlb edilməsi, universitetin beynəlxalq əlaqələri, yerli və beynəlxalq layihələrdə iştirakı, tədris-təlim prosesində dəyişikliklər barədə müzakirələr aparılır, nəticədə fakültələrin hesabatı yüksək qiymətləndirilir.b_500_300_16777215_00_images_xeber_sekilleri_11_dekabr_2019_ECN_3862.JPG

Prorektor çıxışında onu da vurğuladı ki, universitetdə auditoriya və laboratoriyaların müasir standartlara uyğunlaşdırılmısı ilə bağlı müvafiq işlər görülmüş, ali məktəbin bütün tədris binalarında təmir işləri uğurla başa çatdırılmış, bir çox fakültələrdə yeni tədris laboratoriyaları istifadəyə verilmişdir. Tədris prosesini daha da mükəmməlləşdirmək, maddi-texniki bazanı inkişaf etdirmək məqsədilə tədris laboratoriyaları üçün müasir yeni qurğular alınmışdır.

Sonra valideynlər KİV nümayəndələri ilə birgə müxtəlif fakültələrdə dərs prosesini izlədilər. Valideynlər auditoriyalarda övladları ilə birlikdə mühazirə dinlədilər, tələbər üçün yaradılan şəraitlə, tədris və elmi-tədqiqat laboratoriyalarında oldular Mühəndislik  fakültəsinin dekanı dosent Ulduz Ağayevfakültədəyeni yaradılmış  laboratoriyalar barədə ətraflı məlumat verdi. Bildirdi ki, İnformasiya və kompüter texnikası kafedrası üçün “Elektronika”, “Mikroprosessorlu idarəetmə və rəqəmsal sistemlər” tədris  laboratoriyasına aid 4 stend, Proseslərin avtomatlaşdırılması kafedrası üçün “Nəzarət - ölçmə cihazları”, “Proqramlaşdırılan məntiqi kontrollerlər”, “Avtomatlaşdırma texnikası və tənzimləmə sistemlərinin öyrənilməsi” tədris laboratoriyalarına isə 6 stend alınmışdır. Qeyd edək ki, bu yeni laboratoriyalarda tələbələr Tənzimləmə texnikası, Proqramlaşdırılan məntiqi kontrollerlər,Texnolji ölçmələr, Sensor sistemləri fənlərində laboratoriya işləri vasitəsilə idarəetmə sistemlərinin müasir texniki avadanlıqları ilə işləmə bacarığı və praktik vərdişlər əldə edəcəklər.b_500_300_16777215_00_images_xeber_sekilleri_11_dekabr_2019_ECN_3870.JPG

Fizika və elektroenergetika fakültəsinin dekan müavini Nailə Sərdarova fakültədə görülən işlər və laboratoriya üçün alınan qurğular barədə məlumat verdi. Qeyd etdi ki, Almaniyadan yeni laboratoriya qurğuları alınmışdır ki, bu avadanlıqlarda yarımkeçiricilər fizikası fənnindən 12, Elektrik maşınlarının əsasları fənnindən  50-dən çox, Elektrik maşınları fənnindən 15-dən çox laboratoriya işləri yerinə yetirmək mümkün olacaq. Laboratoriyalardakı elmi-tədqiqat işləri günün tələbinə uyğun aparılır. Fizika və elektroenergetika fakültəsində yaradılan yeni laboratoriyalar Elektrik mühəndisliyi, Elektroenergetika mühəndisliyi, Fizika və Fizika müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələrin peşə kompetensiyalarına yiyələnməsi üçün xidmət edir. Yeni laboratoriyalardan “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsi üzrə təhsil alan tələbələr “Elektrik maşınlarının əsasları” və “Güc elektronikası və intiqalın idarə edilməsi” fənnlərindən laboratoriya işlərini yerinə yetirərkən istifadə edə biləcəklər.b_500_300_16777215_00_images_xeber_sekilleri_11_dekabr_2019_ECN_3908.JPG

 Qonaqlar açıq səmada elektroenergetika üzrə Tədris muzeyi və yüksək gərginlik yarımstansiya Tədris poliqonu ilə, tələbələrin dil biliklərini təmannasız artırmaq üçün Linqvistik Mərkəzin fəaliyyəti, Heydər Əliyev Mərkəzi, Elmi kitabxana, idman zalı, süni örtüklü futbol, voleybol, badminton və basketbol meydançaları, stolüstü oyunlar üçün köşklər ilə tanış oldular.

Valideynlər yaradılan şəraitə görə universitet rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər, universitetin gündən-günə artan nüfuzunun daha da möhkəmlənməsi naminə uğurlar, müvəffəqiyyətlər arzuladılar.

19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 İsrail-İran savaşı, yoxsa… - RAKURS
16 Aprel 2024 “Azərbaycana heç vaxt belə paşinyanlar lazım olmayıb” - DEPUTAT TƏNQİD ETDİ
16 Aprel 2024 “Vətəndaşları bu eybəcər plana alət edə bilməyəcəklər” - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 Müharibələr meydanına çevrilən dünyanın TƏHLÜKƏSİZLİK ADASI – TƏHLİL
16 Aprel 2024 "Qərb Tekstil" 1 milyon dollara özəlləşdirildi
16 Aprel 2024 İran bütün Yaxın Şərqi təhdid edir - Netanyahu
15 Aprel 2024 “Təəssüf ki, Ermənistan belə güc mərkəzlərinin əlində vasitəyə çevrilib” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
15 Aprel 2024 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
15 Aprel 2024 Dollar dünyada yenidən güclənir: avro ucuzlaşdı
15 Aprel 2024 Hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir
14 Aprel 2024 Papa İsrail və İrana çağırış etdi
14 Aprel 2024 Millət vəkili Məşhur Məmmədov: “Zərifə Əliyevanın bioqrafiyası hər bir xanıma örnəkdir“
14 Aprel 2024 İranın İsrailə hücumunun gerçəkləri: plan nə idi? – 8 maddə
14 Aprel 2024 Kamaləddin Qafarov: “Zərifə xanım Əliyevanın həyatı gözəl bir örnəkdir”