Son xəbərlər

 


Xaçmaz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səyyaf Tağıyev - Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

Ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin ideyaları daim qəlblərdə yaşayır. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin xatirəsi əbədiləşdirilməsin, adına möhtəşəm abidə ucaldılmasın. Müstəqil Azərbaycanın qurucusu və banisi, dövlətçiliyimizin qarantı olmuş ulu öndər ölkəmiz və xalqımız üçün etdikləri əsrlər keçsə də tarixi dəyərini itirməyəcəkdir.
Heydər Əliyev XX əsr Azərbaycan tarixində təkcə milli müstəqillik ideyasının gerçəkləşdirmiş lider kimi yox, həm də yaratdığı dövlətin möhkəmliyini, dayanıqlığını təmin edən, müdrik rəhbər kimi xalqın qəlbində yaşayır. Heydər Əliyev qarşıya qoyduğu ali məqsədlərə nail olmaq üçün ilk öncə ən böyük dəstəyi xalqdan almışdır.
Qırx ilə yaxın müddətdə özünü təcrübəli dövlət xadimi və rəhbər kimi təsdiqləməsi, insanların inam və etimadını qazanması həm də qeyri-adi bir liderlik keyfiyyətləri ilə ölçülür. Tarixdən yaxşı məlumdur ki, belə liderlik keyfiyyətlərinə malik şəxsiyyətlər insanları öz ideya və baxışları ətrafında toplamaq, onların iradələrinə, qərarlarına pozitiv təsir göstərmək imkanında olurlar, məhz bu xüsusiyyətləri sayəsində idarəçilikdə böyük uğurlara imza atmış olurlar.
Dünyanın məşhur ictimai-siyasi xadimlərinin, dövlət adamlarının Heydər Əliyev haqqında söylədikləri fikirlər xalqımızın bu dahi oğlunun şəxsiyyətinə və çoxşaxəli dövlətçilik fəaliyyətinə verilən yüksək qiymətin, göstərilən ehtiram və heyranlığın ifadəsidir. ABŞ-ın keçmiş prezidenti Corc Buş "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur" demişdir. Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer "Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər". Ulu öndərimizin parlaq, təkrarsız şəxsiyyətinin ucalığını səciyyələndirən bu sözlərdən hər bir azərbaycanlı haqlı olaraq hədsiz qürur və fəxarət hissi duyur.

Xalqın böyük sevgisi, tələb və təkidi 1993-cü ildə Heydər Əliyevi yenidən hakimiyyətə gətirdi. Bu, böyük qayıdış idi. Bu, xalqın xilaskarına qovuşması idi! Bu, quruculuq və dövlətçilik rəmzinə çevrilən real və əfsanəvi liderin "Müstəqilliyimiz dönməzdir, qətidir, əbədidir" fıkrinin təsdiqi idi!
Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda dövlət quruculuğu, ictimai-siyasi sabitlik təmin edildi, iqtisadi inkişaf, beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində davamlı proses başlandı, ölkədə bütün sahələr üzrə köklü islahatlar aparıldı.
Fəxrlə deyə bilərik ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi strategiya bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz son illər iqtisadi, siyasi, beynəlxalq əməkdaşlıq və digər sahələrdə inkişaf və tərəqqi yoluna qədəm qoymuşdur.

2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

Məhz həmin gündən dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür.

Allah rəhmət eləsin!

******************

Səyyaf Tağıyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Səyyaf Tağıyevi heç vaxt əqidəsindən döndərə bilməz.

Xaçmaz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səyyaf Tağıyev ile ilgili görsel sonucu

Səyyaf Tağıyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Səyyaf Tağıyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Səyyaf Tağıyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Səyyaf Tağıyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Səyyaf Tağıyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Xaçmaz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səyyaf Tağıyev ile ilgili görsel sonucu

Səyyaf Tağıyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Xaçmaz Rayon mərkəzi xəstəxanasının baş həkimi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Xaçmaz Rayon mərkəzi xəstəxanasına gəldiyi gündən Səyyaf Tağıyev vəzifəsini daşıdığı Rayon mərkəzi xəstəxanasında görülən işlərin siyahısına nəzər salanda isə həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Ona etibar edilən bütün postlarda Səyyaf Tağıyev özünü doğruldub. Bizdə hörmətli Səyyaf Tağıyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.!

Xaçmaz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səyyaf Tağıyev ile ilgili görsel sonucu

19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 İsrail-İran savaşı, yoxsa… - RAKURS
16 Aprel 2024 “Azərbaycana heç vaxt belə paşinyanlar lazım olmayıb” - DEPUTAT TƏNQİD ETDİ
16 Aprel 2024 “Vətəndaşları bu eybəcər plana alət edə bilməyəcəklər” - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 Müharibələr meydanına çevrilən dünyanın TƏHLÜKƏSİZLİK ADASI – TƏHLİL
16 Aprel 2024 "Qərb Tekstil" 1 milyon dollara özəlləşdirildi
16 Aprel 2024 İran bütün Yaxın Şərqi təhdid edir - Netanyahu
15 Aprel 2024 “Təəssüf ki, Ermənistan belə güc mərkəzlərinin əlində vasitəyə çevrilib” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
15 Aprel 2024 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
15 Aprel 2024 Dollar dünyada yenidən güclənir: avro ucuzlaşdı
15 Aprel 2024 Hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir
14 Aprel 2024 Papa İsrail və İrana çağırış etdi
14 Aprel 2024 Millət vəkili Məşhur Məmmədov: “Zərifə Əliyevanın bioqrafiyası hər bir xanıma örnəkdir“
14 Aprel 2024 İranın İsrailə hücumunun gerçəkləri: plan nə idi? – 8 maddə
14 Aprel 2024 Kamaləddin Qafarov: “Zərifə xanım Əliyevanın həyatı gözəl bir örnəkdir”