Son xəbərlər

 


Nizami rayonunda dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib



Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ilə ölkədə keçirilən ağacəkmə aksiyası çərçivəsində Nizami rayonunda da 5 növdə 1200 ədəd ağac əkilib.

Ağacəkmə kampaniyasında Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının, rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, rayon məktəbliləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ağacəkmə kampaniyasında 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri konsert proqramı ilə çıxış ediblər, həmçinin tədbir boyunca Nəsiminin qəzəllərindən ibarət kompozisiya, xalq çalğı alətlərinin ifasında musiqilər səsləndirilib.

Qeyd edək ki, rayonda R.Rüstəmov küçəsi boyunca və Ə.Vəliyev küçəsi 11 ünvanında Eldar şamı, kiparis, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik təsərrüfatında yetişdirilən əncir, nar və badam ağacları əkilib.

Ekoloji problemlərin aradan qaldırılması sahəsində ölkə rəhbərliyinin apardığı davamlı siyasətə uyğun olaraq rayon ərazisində yaşıllıq zolaqlarının qorunması və salınması prosesi daimi həyata keçirilir. Xüsusən də yolkənarı ərazilərdə atmosfer havasının çirklənmədən qorunması, eləcə də nəqliyyatın hərəkətində yaranan səs-küyün azaldılması məqsədilə yolqoruyucu yaşıllıqlar salınır və mühafizəsi istiqamətində zəruri tədbirlər görülür.

 

 



Son illər rayonda həyata keçirilmiş işlər həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Rayon icra Hakimiyyətinin başçısı Arif Qasımov üzərinə düşən məsuliyyəti düzgün qiymətləndirməklə, öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə vaxtında və düzgün icrasına nail olmağa çalışır.
Rayonun qazandığı uğurların xülasəsini qısaca aşağıdakı kimi səciyyələndirmək mümkündür: Prezidentin tapşırıq və tövsiyələri dönmədən həyata keçirilir, abadlıq-quruculuq işlərinin miqyası daha da genişlənir, çoxşaxəli istehsal sahələri yaradılır, sosial problemlərin həlli istiqamətində arzulanan nəticələr əsasən əldə edilir, əhali ilə qarşılıqlı əlaqənin möhkəmləndirilməsi və onların qayğılarının öyrənilməsi istiqamətində əməli və təsirli tədbirlər həyata keçirilir.

Arif Qasımov qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə vaxtında və düzgün icrasına nail olur



"Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul edilmiş dövlət proqramlarının icrası nəticəsində Bakının qəsəbə və kəndlərində uğurlu infrastruktur layihələri həyata keçirilmiş, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşmış, abadlıq işləri geniş vüsət almış, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir. Bu gün başlıca vəzifələrdən biri müvafiq dövlət proqramları çərçivəsində görülmüş işlərin davam etdirilməsindən və şəhərətrafı qəsəbələrin və kəndlərin sakinlərinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasından ibarətdir. Bu gün sürətli sosial-iqtisadi inkişafı ilə bütün dünyanı heyran qoyan, Azərbaycanın yüksəlişində son illər, sözün həqiqi mənasında, bir uğur simvoluna çevrilmiş Bakı şəhəri Nizami rayonunun da sanballı payı var. Nizami rayonu paytaxtın ən kiçik rayonu olmasına baxmayaraq, burada əhalinin sıxlığı kifayət qədər yüksəkdir. Bunun səbəblərindən biri də burada vətəndaşların işlə təmin olunması istiqamətində RİH-in apardığı məqsədyönlü siyasətdir. Tapşırılan vəzifəyə məsuliyyətli münasibəti ilə seçilən, fəal vətəndaş mövqeyindən doğma yurdun hər qarışını cənnətə döndərmək üçün ürəyinin odunu əsirgəməyən, bütün yaradıcılıq enerjisini abadlığa, quruculuğa, əhalinin həyat tərzini hər vasitə ilə yaxşılaşdırmağa, sosial problemlərin uğurlu həllinə sərf edən Arif Qasımovun fədakarlığı sayəsində Nizami Rayonu müsbət mənada tanınmaz görkəm alıb.

Dövlətin davamlı və yetərli qayğısı sayəsində bu bərəkət diyarının barı, bəhəri aşıb-daşır. Əhalinin dolanışığı müqayisəedilməz dərəcədə yaxşılaşıb. Rayon mərkəzinin siması sürətlə dəyişib, gözəlləşib. Sosial qayğıların uğurlu həlli adamları daha nikbin edib, onların işıqlı sabahlara olan ümidlərini qat-qat artırıb. Elektrik enerjisi, təbii qaz, içməli su ilə bağlı məişət çətinlikləri indi yaddaşların acı xatirəsinə çevrilib.

Arif Qasımov qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə vaxtında və düzgün icrasına nail olur



Həmsöhbətim Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov qazanılan uğurlarda dövlət qayğısının əsas şərt olduğunu dönə-dönə vurğuladı:
- Bu gün hər kəsə məlumdur ki, dövlət siyasətinin mərkəzində insan amili dayanır. Bu prioritet istiqamət, təbii ki, hər bir dövlət məmurunun fəaliyyətini istiqamətləndirir. Əhalinin daha yaxşı yaşaması, faydalı məşğulluğunun təmin edilməsi üçün dövlətin nələr etdiyini, necə möhtəşəm infrastruktur layihələri həyata keçirdiyini Nizami rayonunun timsalında açıq-aydın şəkildə görmək mümkündür. Dövlətin xalq üçün çalışdığını, xalqa xidmət etdiyini Nizami Rayonunda hər kəs yaxşı bilir və minnətdarlıqla qiymətləndirir. Rayonda formalaşmış sağlam mənəvi-psixoloji mühit xalq, dövlət birliyini sarsılmaz edir, fəal vətəndaş cəmiyyətini şərtləndirir. Dövlətin təşəbbüsü və qayğısı ilə yeni məktəblər, xəstəxanalar, digər sosial obyektlər tikilirsə, içməli su xətləri çəkilirsə, yaşayış məntəqələri qazlaşdırılırsa, yeni rahat asfalt yollar salınırsa, digər zəruri tədbirlər görülürsə, kəndlər, şəhərlər abadlaşdırılırsa, əlbəttə, bütün bunlar əhalinin firavan yaşaması üçün edilir. Bu yöndə Nizami Rayonunda dövlət qayğısından minnətdarlıqla söhbət açılası, dönə-dönə vurğulanası layihələr saysız-hesabsızdır.

Arif Qasımov qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə vaxtında və düzgün icrasına nail olur
Müşfiq Kişiyev

22 Yanvar 2020 Eldar Quliyevlə görüşdə seçici coşqusu... - Fotolar
21 Yanvar 2020 ELDAR QULİYEV – MƏNİM MİLLƏT VƏKİLİM
20 Yanvar 2020 İqbal Məmmədov Lerikdə şəhid ailələri və Qarabağ əlilləri ilə görüşüb - FOTO
20 Yanvar 2020 Kəmaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - FOTOLAR
20 Yanvar 2020 Mehriban Əliyevadan 20 Yanvar faciəsi ilə bağlı paylaşım
20 Yanvar 2020 İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar
19 Yanvar 2020 Rəşad Mahmudov: Tanrı tərəfindən göndərilən həkim
19 Yanvar 2020 Xoşbəxt Yusifzadə 60 illik xəyalına qovuşdu - Video
18 Yanvar 2020 Xəyalə Əhmədova təbliğat-təşviqat prosesinə start verdi - FOTO
18 Yanvar 2020 İqbal Məmmədovun seçicilərlə növbəti görüşü
18 Yanvar 2020 Binəqədidə YAP namizədləri ilə görüş keçirilmişdir
17 Yanvar 2020 İqbal Məmmədov iki kənddə seçicilərlə görüşdü - FOTOLAR
17 Yanvar 2020 İmzatoplama kampaniyasında sakinlərin Xəyalə Əhmədovaya olan rəğbəti – VİDEO
17 Yanvar 2020 Daha güclü Azərbaycan naminə - ÖZ LAYİQLİ NAMİZƏDİNİZƏ SƏS VERİN!
13 Yanvar 2020 Prezidentdən Vasif Talıbovla bağlı - Qərar
09 Yanvar 2020 Prezidentdən 20 milyonluq sərəncam
29 Dekabr 2019 Körpələr Eldar Yunusovun daima diqqət mərkəzindədir
28 Dekabr 2019 Təvazökardır- insan ruhunda olan rənglərin ən gözəli onda da var...Ceyhun Cəfərov
26 Dekabr 2019 Şərəf , ləyaqət və səriştə birləşdikdə...
24 Dekabr 2019 Həqiqətin bir üzü var!
23 Dekabr 2019 Dünya liderləri İlham Əliyevi təbrik etdi
23 Dekabr 2019 Prezident ailəsi ilə səs verdi - Fotolar+Video
18 Dekabr 2019 Məhərrəm Quliyev ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirməsi Goranboyda inkişaf tendensiyasını daha da dönməz xarakter almasına səbəb olub
16 Dekabr 2019 Şirzad Əsgərov böyük müəllimi və idealı olan Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-polkovniki cənab Vilayət Eyvazov kimi Ulu Öndər Heydər Əliyevə dəyər verməkdən zövq alır!
16 Dekabr 2019 Bəli, bu gündə Gəncə şəhəri Nizami rayonunda görülən işlər yüksək qiymətləndirilir
13 Dekabr 2019 Dekabrın13-də Sumqayıt Dövlət Universitetində ənənəvi “Açıq qapı günü” keçirildi.
12 Dekabr 2019 Abşeronda Heydər Əliyevin abidəsi ziyarət edildi - Foto
12 Dekabr 2019 Prezident Heydər Əliyevin məzarını ziyarət etdi - Video
12 Dekabr 2019 Həmid Həsənov: Ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin ideyaları daim qəlblərdə yaşayır
12 Dekabr 2019 Səyyaf Tağıyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir