Kolbasa və sosislərin ətdən deyil, xərçəng mənbəyi olan Çindən idxal edilən protein tozundan hazırlandığı iddia olunur...

 Ümumdünya Səhiyyə Təşkilatı (WHO) kolbasa məhsullarının insan orqanizminə ən azı siqaret qədər zərər vurması və onkoloji xəstəliklər yaratması barədə dəfələrlə ciddi xəbərdarlıq edib. Belə ki, mütəxəssislər qida sənayesində işlənmiş ət məhsullarının xərçəng yaratma riskini araşdırıb, həftəyə iki və daha artıq sosiska yeyən qadınların süd vəzi xərçənginə tutulma riskinin dəfələrlə artmasını sübut ediblər.

O da məlumdur ki, hazırda kolbasa və sosislərin hazırlanmasında tam ət məhsulundan istifadə olunmur. Belə məhsulların əsas hissəsini soya (paxlalı bitki), heyvan dərisi, sümükləri və digər tullantı hissələri, sellüloz təşkil edir. Bu kütləyə onu “ətə” bənzətmək üçün külli miqdarda kimyəvi maddələr də əlavə olunur. Kolbasa məhsullarına əlavə olunan nitratlar (natrium nitriti) məhsula xoşagəlimli xarici görünüş verməklə yanaşı, onun saxlanma müddətini artırır.

Kolbasa-sosis məhsullarına əlavə olunan digər zərərli maddə isə fosfatlardır ki, orqanizmdə kalsium və fosforun balansını pozur və nəticədə insanda osteoporoz (sümüklərin kövrək olması) inkişaf edir. Son illər də isə kolbasa və sosisləri hazırlamaq üçün heyvan tullantılarından və soyadan hazırlanmış protein tozundan istifadə geniş yayılıb.

Bu baxımdan tez-tez kolbasa məhsulları qəbul edən insanın orqanizmində xərçəng hüceyrələrinin əmələ gəlməsi prosesi sürətlənir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (WHO) da dəfələrlə xəbərdarlıqla çıxış edib. Buna baxmayaraq, bir çox ölkələrdə insan sağlamlığı üçün çox ziyanlı olan kolbasa və sosis məhsulları kütləvi şəkildə istehsal olunur və Azərbaycan da bu ölkələr arasında yer alır.

Yaxın və uzaq xaricimizdə kolbasa ilə bağlı vəziyyət necədir?

İddialara görə, hazırda dünyanın bəzi iri kolbasa istehsalçısı sayılan dövlətlərində kolbasa ətdən deyil, “poroşok”lardan - protein tozundan hazırlanır. Bu praktikadan istifadə edən dövlətlərin başında Rusiya və Çin gəlir. Avropa İttifaqı sərhədləri çərçivəsində bu cür “poroşok”lardan kolbasa hazırlamaq qadağan olunub. Türkiyədə “poroşok”lardan istifadə qadağan olunsa da, bu qadağalara tam riayət olunmur. Qırmızı ətin həddən artıq baha olduğu Türkiyədə istehsal olunan kolbasaların böyük bir qisminin “poroşok”lardan düzəldildiyi iddia olunur.

Çində kolbasa “poroşok”u hazırlanan zavod

İranda isə vəziyyət bir qədər fərqlidir. İslam ölkəsində “halal” kolbasa adətən Qazaxıstandan və hətta bəzi iddialara görə, Hindistandan gətirilmiş ətlərdən hazırlanır. Bu ətlər sənədlərə görə, Qazaxıstandan və başqa müsəlman ölkələrindən gətirilir. Əslində isə həmin ətlərin böyük qismi işbazlar tərəfindən Hindistandan Qazaxıstana, ordan isə İrana ixrac olunur. Sənədlərdə isə ətin mənşəyi müsəlman ölkəsi olaraq göstərilir. Yəni, “halal”...

Bildiyimiz kimi, Hindistanda inək müqəddəs hesab olunur və onun kəsilməsi qadağandır. Qocalıb ölən inəklərin ətini isə Hindistan işbazları donduraraq qonşu ölkələrə ixrac edirlər. Yəni faktiki olaraq, Qazaxıstandan İrana ixrac olunan ucuz ət Hindistandan gətirilən ölü inəklərin ətidir.

Əldə etdiyimiz məlumatlara görə, iranlı işbazlar da kolbasanın hazırlanmasında Çin “poroşok”larından istifadə edirlər. Bu barədə bizə iranlı iş adamları ilə Qazaxıstandan İrana “halal ət” ixrac edən azərbaycanlı iş adamı bildirib. Onun sözlərinə görə, Qazaxıstandan “halal ət” Azərbaycandan keçərək İrana ixrac olur və İranın Azərbaycandakı səfirliyinin bəzi məmurları da bu ətin mənşəyindən xəbərdardırlar. Buna baxmayaraq, karlı biznes olduğuna görə onlar da bu işə müəyyən dəstək verirlər.

Ermənistandakı vəziyyətdən xəbərimiz olmasa da, Gürcüstanda da kolbasanın müəyyən bir qismi “poroşok”dan hazırlanır. Rusiya ilə isə vəziyyət özü-özlüyündə aydındır. Əldə etdiyimiz məlumata görə, Rusiyadan Azərbaycana gətirilən kolbasaların demək olar ki, hamısı Çin məhsulu “poroşok”dan hazırlanıb. Qeyd edək ki, rus kolbasaları hazırda ölkəmizdə ən bahalı satılan kolbasalardır. Eyni vəziyyət sosislərlə də keçərlidir.

Azərbaycanda istehsal olunan və idxal olunan bütün kolbasalar “poroşok”dur?

Onu da qeyd edək ki, Azərbaycanda kolbasaları böyük partiya ilə satılan kolbasa və farş məhsullarında təbii ət yoxdur. Hər kəsə məlumdur ki, Azərbaycanda kolbasa sexlərini təbii ətlə təmin edə biləcək qədər qırmızı ət istehsal olunmur. Hətta kolbasa istehsalını təmin edə biləcək toyuq və digər ağ ət məhsulları da istehsal olunmur. Azərbaycan qırmızı və ağ ətə olan ehtiyacının müəyyən hissəsini isə idxal vasitəsi ilə təmin edilir.

Bu halda təbii ki, bu qədər kolbasanın istehsalı üçün Azərbaycanda resursların olmadığı da aydındır. Ölkəyə idxal olunan ət məhsullarının isə kolbasa istehsalına cəlb olunmadığı da bəllidir.

Elə Azərbaycanda da zaman-zaman kolbasa və digər ət məhsullarının antisanitariya şəraitində istehsal olunması ilə bağlı məlumatlar yayılır. Ölkədə kolbasa, sosis və sardelka istehsalı sahəsindəki durumun daha acınacaqlı olduğunu meydana çıxaran kifayət qədər faktlar var. Və demək olar ki, hazırda kolbasa sexləri xərçəng və digər qorxulu xəstəlikləri yayan müəssisələr olaraq çıxış etməkdədir. Bunun əksini deyənlər ən azından öz istehsal müəssisələrini ictimaiyyət üçün açıq elan etməlidirlər.
 
Araşdırmalarımız davam edəcək.

18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 İsrail-İran savaşı, yoxsa… - RAKURS
16 Aprel 2024 “Azərbaycana heç vaxt belə paşinyanlar lazım olmayıb” - DEPUTAT TƏNQİD ETDİ
16 Aprel 2024 “Vətəndaşları bu eybəcər plana alət edə bilməyəcəklər” - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 Müharibələr meydanına çevrilən dünyanın TƏHLÜKƏSİZLİK ADASI – TƏHLİL
16 Aprel 2024 "Qərb Tekstil" 1 milyon dollara özəlləşdirildi
16 Aprel 2024 İran bütün Yaxın Şərqi təhdid edir - Netanyahu
15 Aprel 2024 “Təəssüf ki, Ermənistan belə güc mərkəzlərinin əlində vasitəyə çevrilib” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
15 Aprel 2024 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
15 Aprel 2024 Dollar dünyada yenidən güclənir: avro ucuzlaşdı
15 Aprel 2024 Hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir
14 Aprel 2024 Papa İsrail və İrana çağırış etdi
14 Aprel 2024 Millət vəkili Məşhur Məmmədov: “Zərifə Əliyevanın bioqrafiyası hər bir xanıma örnəkdir“
14 Aprel 2024 İranın İsrailə hücumunun gerçəkləri: plan nə idi? – 8 maddə
14 Aprel 2024 Kamaləddin Qafarov: “Zərifə xanım Əliyevanın həyatı gözəl bir örnəkdir”
13 Aprel 2024 Medvedevin “Fransa və terror” bəyanatının pərdəarxası - ŞƏRH
13 Aprel 2024 Bədbəxt qarabağlı ermənilər: onlar alət, vasitə və yığnaq oldular
13 Aprel 2024 Gürcüstandan Azərbaycana nə qədər pul köçürülüb?
13 Aprel 2024 Çingiz Abdullayev bazar ertəsi işə çıxacaq - Anar
12 Aprel 2024 Türkiyədən bu ölkəyə tekstil idxalı 30 milyon dolları ötdü