Son xəbərlər

 

Bu yaxınlarda Qazax rayonunda olduq. Rayonda  aparılan  səliqə - sahman , nizam- intizam , tikinti –quruculuq işləri göz oxşayır. İcra başçısı  Rəcəb Babaşovun və komandasının səmərəli  işlədiyini , dövlətimizə , dövlətçiliyimizə ləyaqətlə xidmət etdiyinin , ölkə rəhbəri Cənab İlham Əliyevin sərəncam və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirdiklərinin bir daha  şahidi olduq. Həqiqətən də ,  respublikamızın qərb qapısının etibarlı əllərdə olduğuna əmin   olduq.

 
Lakin tam təsadüf nəticəsində yolumuz Bala Çaylı kəndinə düşdü. Daha doğrusu kənd qəbirstanlığının yanında keçməli olduq. Qəbirstanlıq kəndin kənarında yerləşir. Məsələ harda yerləşməsində deyil. Sadəcə gördüyümüz mənzərə bizdə dəhşət yaratdı.

Bu dəhşəti isə sözlə ifadə etməkdə belə çətinlik çəkirəm. Qəbirstanlığın ətrafı demək olar ki,  zibilliklə əhatə olunub. Kəndin bütün zibilləri bura atılır. Zibillikdən böyük təpəciklər yaranıb.

  Bu işin mənəvi tərəfi hər kəsə aiddir. Yəni inanmıram ki , o kənddə elə bir ev tapıla  ki , orda uyuyanı olmasın. Keçmişinə ,  ata – babasına , ölüsünə hörmət qoymamaq heç bir vicdana , şərəf və ləyaqətə sığası deyil.

  Sıravi insanları qoyaq bir tərəfə . Bəs bu ərazilərə  birbaşa cavabdeh olan qurumlar , kənd bələdiyyəsi , İcra hakimiyyəti , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayon üzrə nümyəndəsi hara baxır?.Bu boyda rəzalətdən xəbərləri yoxdur? Yoxdur-söyləmək heç ağlabatan deyil . Bəs onda bu biabırçılığa , bu hörmətsizliyə niyə son qoyulmur?

 Məsələylə  bağlı kənd bələdiyyəsi ilə əlaqə saxlamağa çalışsaq da heç bir nəticə əldə edə bilmədik.

  Bala Çaylı kəndində olan böyük problem bununla bitmir.Elə qəbirstanlığın yanından keçən Coğaz çayının başına gətirilən oyunlar , çayın məcrasının dəyişdirilməsi , onun üzərində gedən proseslər isə başqa bir yazının materialıdır.

 Növbəti saylarımızda bu məsələyə geniş toxunacağıq.

 

 Müşfiq Kişiyev.

 

10 İyul 2020 Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı...
09 İyul 2020 Prezident İlham Əliyev açılışda – FOTO
07 İyul 2020 AKADEMİK MİR CƏLAL PAŞAYEVİN İZİ İLƏ...
07 İyul 2020 Sevindik Hətəmov: Salyanda koronavirusa qarşı dezinfeksiyaedici tədbirlər davam etdirilir
06 İyul 2020 "Azərbaycan polisi düz edib müdaxilə edib" — Prezident “Fairmont”dakı hadisədən danışdı
03 İyul 2020 Nizami rayonunda koronavirusa qarşı tədbirlər davam etdirilir - Foto
02 İyul 2020 Prezidentdən Azərbaycan Polis Günü ilə bağlı paylaşım — FOTO
02 İyul 2020 Mehriban Əliyevadan təbrik
02 İyul 2020 Bu gün fədakar insanların günüdür.
01 İyul 2020 DİN-in əməkdaşları təltif edildi - Siyahı
30 İyun 2020 İlham Əliyev Mətbuat Günü ilə bağlı sərəncam verdi
29 İyun 2020 Astaranın başçısını camaat maraqlandırmır - "Bizə bir şey olsa orada kimlərin günahkar olduğunu qeyd etmişəm..."
29 İyun 2020 ADAU-MÜASİR AQRAR TƏHSİLİN FLAQMANI!
29 İyun 2020 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərin bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar
28 İyun 2020 Vasif Qafarov: sənədlər biznesi, yaxud tarixçi mövqeyi
27 İyun 2020 Sevinc Tofiqqızı Mehriban Əliyevaya təşəkkür etdi
27 İyun 2020 Taleh Qaraşov növbəti onlayn müşavirə keçirdi - FOTO
25 İyun 2020 “Azərbaycan” İES istifadəyə verildi — YENİLƏNİB + FOTO
24 İyun 2020 Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak edib YENİLƏNİB VİDEO
24 İyun 2020 “Əgər belə davam edərsə, deyəcəyəm ki, cərimələrin həcmini artırsınlar” - Prezident
24 İyun 2020 Dırnağarası media Lerikliləri məkrli siyasətinə alət etmək istəyir – DİQQƏTLƏ OXUYUN
24 İyun 2020 İlham Əliyev və Mehriban Əliyeva Gəncədə inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış oldular
24 İyun 2020 Prezidentlə xanımı Gəncədədir
23 İyun 2020 Leyla Əliyevanın dəstəyi ilə rəssam tələbə əlil arabasından qurtuldu
23 İyun 2020 Həqiqətin bir üzü var!
22 İyun 2020 Deputatın problemləri dilə gətirməsi tənqid deyil, müdafiə olunmalıdır
22 İyun 2020 Qənirə Paşayeva: “Paşinyan növbəti dəfə rəzil vəziyyətə düşdü"
22 İyun 2020 Prezident yerüstü piyada keçidinin açılışında - Fotolar
19 İyun 2020 Prezident Kəlbəcər–Laçın yoluna pul ayırdı – SƏRƏNCAM
18 İyun 2020 Ölkədə 338 nəfər koronaya yoluxdu, 6 nəfər öldü