“MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündə Prezident İlham Əliyev Ermənistana çox ciddi diplomatik həmlə etdi. Bu addımlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimizi kifayət qədər gücləndirdi. Dövlət başçısı Ermənistanda faşizmin əbədiləşdirilməsi ilə bağlı yürütdüyü siyasəti bütün dünyaya göstərdi”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov xatırladıb ki, Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışı da Ermənistana zərbə olub: “Prezident çıxışı zamanı “Qarabağ Azərbaycandır” söyləməklə, Azərbaycanın ərazi bütövlüyünün müzakirə mövzusunu olmadığına diqqət çəkdi. Prezident İlham Əliyevin bu mövqeyi Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etirazın formalaşmasına səbəb olub. Azərbaycanda “Qarabağ Azərbaycandır” ictimai hərəkatı formalaşıb, Ermənistanda isə “Paşinyandan xilas” hərəkatı yaranmağa başlayıb”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Ermənistana növbəti diplomatik zərbəsi MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündə olub: “Prezident İlham Əliyev II dünya müharibəsində faşizm üzərində qələbə çalınmasında Azərbaycanın müstəsna xidmətlərini faktlarla sadaladı. Dövlət başçısı sonra vurğuladı ki, MDB məkanında bəzi dövlətlər, o cümlədən Ermənistan faşist cəlladlarının xatirəsini əbədiləşdirir, bu, dövlət səviyyəsində həyata keçirilir. Ermənistanda Qaregin Njdeyə abidə qoyulub, onun adı küçəyə verilib. Prezident İlham Əliyev bunun qəbuledilməz olduğunu bildirdi. Dövlət başçısının çağırışının məqsədi o idi ki, beynəlxalq ictimaiyyət bununla bağlı ölçü götürsün. Bu, çox vacib məsələdir. Ermənistanın baş naziri də çıxış etdi, söz güləşdirmək səviyyəsində olan mövqe ortaya qoydu, ümumi sözlər dedi. Paşinyan ortaya arqument qoya bilmədi, qoya da bilməzdi. Prezident İlham Əliyevin ortaya qoyduğu faktlar çox ciddi idi. Prezidentin bu çıxışı Ermənistanda daxili vəziyyəti gərginləşdirib. Ermənistan mətbuatı yazır ki, Paşinyan növbəti məğlubiyyəti ilə İrəvana dönür”.

Parlamentin deputatı Cavid Osmanov “Report”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin diplomatik zərbəsininin qarşısında Paşinyanın arqumentləri çox zəif olub: “Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışında Paşinyanın bəyanatlarını darmadağın etdi. Prezident İlham Əliyev Ermənistana növbəti zərbəni Aşqabadda vurdu. Prezident İlham Əliyev Ermənistanda Qaregin Njdeyə abidə qoyulmasına diqqət çəkərək, Ermənistanın faşizmə ideyasına dəstək verdiyini bildirdi. Ermənistanda Qaregin Njdeyə abidə ucaldılması bu ölkənin necə terrorçu, işğalçı olduğunun göstəricisidir. Prezidentin bu addımları Azərbaycanın mövqeyini gücləndirməklə düşmən ölkəyə zərbə vurur. Dövlət başçısının qətiyyətli çıxışı Ermənistan rəhbərliyini çıxılmaz duruma salır. Bütün dünyaya sübut edilir ki, Ermənistan sülhün tərəfdarı deyil. Azərbaycan sülhün tərəfdarıdır, amma bu mümkün olmazsa, hərbi yolla torpaqlarımızı işğaldan azad edəcəyik. Ermənistan həm diplomatik müstəvidə, həm də hərbi müstəvidə Azərbaycandan xeyli zəifdir. Son günlər baş verənlərin bunun əyani sübutudur”.
28 Mart 2024 “Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdıq” - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mart 2024 Qarabağı viran qoyan avantüristlər… - İrəvan
28 Mart 2024 Taksilərdə videokameralar quraşdırılacaq - Tarix
28 Mart 2024 AB Şurasının üzvləri Cənubi Qafqaza gəlir
28 Mart 2024 Fransızların terakt xofu 10 üzərindən 7 baldır
28 Mart 2024 Bu gün onların günüdür
28 Mart 2024 Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
28 Mart 2024 NATO-Ermənistan “nikah”ına hazırlıq gedir - RAKURS
28 Mart 2024 Xocalıya qayıdış bu tarixdə başlayacaq" - ŞƏRH EDİLDİ
28 Mart 2024 Ailə hüququ dedikdə nə başa düşülür? - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Muzdlu kölənin arzuları: Rasmussen yeni müharibə istəyir
28 Mart 2024 "Bu qidalar mənşəyi məlum olmayan xəstəliklərə gətirib çıxara bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Rusiyanın Baltikyanı ölkələrə hücum ehtimalı... - Putin
28 Mart 2024 Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!
28 Mart 2024 İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma
27 Mart 2024 Bayramdan sonra səmənini nə edək? - FİLOLOQ AYDINLIQ GƏTİRDİ
27 Mart 2024 Sülh sazişinin prinsipləri razılaşdırıldı - Paşinyan
27 Mart 2024 31 mart 1918-ci il soyqırımı gerçəkləri - MÜSAHİBƏ
27 Mart 2024 “Onların iş adamının bir dönərinə ehtiyacı yoxdur” - EKSPERT TƏNQİD ETDİ
27 Mart 2024 ABŞ Kremli son kozırdan məhrum edə bilər..?
27 Mart 2024 “Efiri bazar səviyyəsinə endirən telekanallar cəzalandırılmalıdır” - EKSPERT SƏRT DANIŞDI
26 Mart 2024 Hayların ABSURD TORPAQ İDDİALARI - TƏHLİL
26 Mart 2024 İrəvan öz yalanlarına aldanır
23 Mart 2024 Heç kim bunu bacarmayacaq - Putin
23 Mart 2024 Şərəfli ömürün daha bir baharı
22 Mart 2024 İtaliya portalı Novruz adət-ənənələrindən yazıb
22 Mart 2024 "Qərb dairələrinin əsl məqsədi..." - MÜNASİBƏT BİLDİRİLDİ
22 Mart 2024 Düşmən dəyirmanına su tökən XƏYANƏTKAR – TƏHLİL
22 Mart 2024 Kamaləddin Qafarov: “Novruz bayramı Xankəndiyə də gəldi”