Lənkəranın Osakücə kəndində səyyar qəbul-görüş
 
Lənkəran ŞİH başçısı Taleh Qaraşov oktyabrın 2-də rayonun dağlıq ərazisinin iri yaşayış məntəqələrindən olan Osakücə kəndində səyyar qəbul-görüş keçirib. Şəhər İcra hakimiyyəti başçısı aparatının rəsmilərinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət təşkilatlarının rəhbər işçilərinin iştirakı ilə keçən qəbul-görüşdə vətandaşların müraciətləri dinlənilmiş, qaldırdıqları məsələlər operativ şəkildə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Səyyar qəbulu razılıqla qarşılayan sakinlər çıxışlarında əvvəllki görüşlər zamanı qaldırılmış məsələlərin həlli ilə bağlı görülmüş işlərə görə də minnətdarlıq ifadə ediblər. Çıxışlarda rayonun bütün ərazilərində olduğu kimi Osakücə kəndində də sosial-iqtisadi inkişafın daha da sürətlənməsi, son illərdə kənddə yeni məktəb binasının, tibb məntəqəsinin tikilməsi, kəndin ərazisindən keçən magistral avtomobil yolunun yüksək səviyyədə təmir olunaraq asfaltlanması ölkə başçısının diqqət və qayğısının bəhrəsi kimi vurğulanıb. Qeyd olunub ki, məhz bu qayğı sayəsində Ocakücə kəndində kənd təsərrüfatının ayrı-ayrı sahələri sürətlə inkişaf edir, məhsul istehsalı artır, sakinlərin maddi-məişət şəraiti durmadan yaxşılaşır. Cari ildə kənddə təsərrüfatlarda 40 hektarda çay, 60 hektarda buğda əkilib, 309 kq barama istehsal olunub, iri buynuzlu malqaranın sayı 1890-na, xırda buynuzlu malqaranın sayı 1075-ə, arı ailələrinin sayı isə 650-yə çatdırılıb. Sakinlər şəhər İcra hakimiyyəti tərəfindən onların müraciətlərinə operativ reaksiya verilməsindən məmnun qaldıqlarını da xüsusi vurğulayıblar. Qəbul-görüşü yekunlaşdıran İcra başçısı sakinlərə xoş arzularını çatdırmaqla yanaşı müraciətlərdə irəli sürülən məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlarını da verib.

****************

Rayonda hər bir vətəndaşın probleminə diqqətlə yanaşılır, onların həlli istiqamətində icraçı şəxslərə konkret tapşırıqlar verilir

Lənkəran şəhər icra başçısı Taleh Qaraşov hər bir vətəndaşın probleminə diqqətlə yanaşır, ilk növbədə müraciətlərin yaranması səbəblərinin aradan qaldırılması üçün ciddi tədbirlər həyata keçirir. Müraciət edən hər bir vətəndaş qrafikə uyğun olaraq Lənkəran şəhər İcra Hakimiyyətində qəbul olunur, onların qaldırdıqları problemlərin həlli istiqamətində icraçı şəxslərə konkret tapşırıqlar verilir, icra barədə vətəndaşlara rəsmi cavablar göndərilir. Vətəndaşların qəbulu bütün iş günlərində, habelə şənbə və bayram günlərində də aparılır. Aparatın özündə və yerlərdə keçirilən səyyar qəbullar zamanı qaldırılan məsələlər müsbət həll olunur, müvafiq izahatlar verilir, icrada olan müraciətlər isə nəzarətdə saxlanılır. Ötən il olduğu kimi, bu il də əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə qayğı göstərilməsi diqqətdə saxlanılan ən vacib məsələlərdən biri olub, yaxın yaşayış məntəqələrinin hamısında əmək haqlarının, pensiya və müavinətlərin ödənişi plastik kartlarla keçirilib. Rayon İcra Hakimiyyəti tərəfindən Böyük Vətən müharibəsi iştirakçısı və veteranına, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, Çernobıl əlillərinə və sosial müdafiəsi zəif olan digər əhali təbəqəsinə ərzaq və pul yardımı göstərilir. Bundan əlavə, sosial vəziyyəti ağır olan insanlara fərdi ev tikmələri üçün sement, mişar daşı və digər tikinti materialları verilib. Bu qəbildən olan insanlar daim rayon İcra Hakimiyyətinin və aidiyyəti təşkilatların diqqətindədir. Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunub. Belə ki, şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. Şöbənin səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlər müvafiq orqanlara göndərilir.

Qarşıda görüləsi işlər çoxdur. Lənkəranlılar ilin sonunadək qazanılan uğurları artıracaqlarına, sosial-iqtisadi göstəriciləri daha da yüksəldəcəklərinə əmindirlər.

cccccccc
 
21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 İsrail-İran savaşı, yoxsa… - RAKURS
16 Aprel 2024 “Azərbaycana heç vaxt belə paşinyanlar lazım olmayıb” - DEPUTAT TƏNQİD ETDİ
16 Aprel 2024 “Vətəndaşları bu eybəcər plana alət edə bilməyəcəklər” - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 Müharibələr meydanına çevrilən dünyanın TƏHLÜKƏSİZLİK ADASI – TƏHLİL
16 Aprel 2024 "Qərb Tekstil" 1 milyon dollara özəlləşdirildi
16 Aprel 2024 İran bütün Yaxın Şərqi təhdid edir - Netanyahu
15 Aprel 2024 “Təəssüf ki, Ermənistan belə güc mərkəzlərinin əlində vasitəyə çevrilib” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
15 Aprel 2024 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
15 Aprel 2024 Dollar dünyada yenidən güclənir: avro ucuzlaşdı
15 Aprel 2024 Hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir
14 Aprel 2024 Papa İsrail və İrana çağırış etdi
14 Aprel 2024 Millət vəkili Məşhur Məmmədov: “Zərifə Əliyevanın bioqrafiyası hər bir xanıma örnəkdir“
14 Aprel 2024 İranın İsrailə hücumunun gerçəkləri: plan nə idi? – 8 maddə