Son xəbərlər

 
Lənkəranın Osakücə kəndində səyyar qəbul-görüş
 
Lənkəran ŞİH başçısı Taleh Qaraşov oktyabrın 2-də rayonun dağlıq ərazisinin iri yaşayış məntəqələrindən olan Osakücə kəndində səyyar qəbul-görüş keçirib. Şəhər İcra hakimiyyəti başçısı aparatının rəsmilərinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət təşkilatlarının rəhbər işçilərinin iştirakı ilə keçən qəbul-görüşdə vətandaşların müraciətləri dinlənilmiş, qaldırdıqları məsələlər operativ şəkildə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Səyyar qəbulu razılıqla qarşılayan sakinlər çıxışlarında əvvəllki görüşlər zamanı qaldırılmış məsələlərin həlli ilə bağlı görülmüş işlərə görə də minnətdarlıq ifadə ediblər. Çıxışlarda rayonun bütün ərazilərində olduğu kimi Osakücə kəndində də sosial-iqtisadi inkişafın daha da sürətlənməsi, son illərdə kənddə yeni məktəb binasının, tibb məntəqəsinin tikilməsi, kəndin ərazisindən keçən magistral avtomobil yolunun yüksək səviyyədə təmir olunaraq asfaltlanması ölkə başçısının diqqət və qayğısının bəhrəsi kimi vurğulanıb. Qeyd olunub ki, məhz bu qayğı sayəsində Ocakücə kəndində kənd təsərrüfatının ayrı-ayrı sahələri sürətlə inkişaf edir, məhsul istehsalı artır, sakinlərin maddi-məişət şəraiti durmadan yaxşılaşır. Cari ildə kənddə təsərrüfatlarda 40 hektarda çay, 60 hektarda buğda əkilib, 309 kq barama istehsal olunub, iri buynuzlu malqaranın sayı 1890-na, xırda buynuzlu malqaranın sayı 1075-ə, arı ailələrinin sayı isə 650-yə çatdırılıb. Sakinlər şəhər İcra hakimiyyəti tərəfindən onların müraciətlərinə operativ reaksiya verilməsindən məmnun qaldıqlarını da xüsusi vurğulayıblar. Qəbul-görüşü yekunlaşdıran İcra başçısı sakinlərə xoş arzularını çatdırmaqla yanaşı müraciətlərdə irəli sürülən məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlarını da verib.

****************

Rayonda hər bir vətəndaşın probleminə diqqətlə yanaşılır, onların həlli istiqamətində icraçı şəxslərə konkret tapşırıqlar verilir

Lənkəran şəhər icra başçısı Taleh Qaraşov hər bir vətəndaşın probleminə diqqətlə yanaşır, ilk növbədə müraciətlərin yaranması səbəblərinin aradan qaldırılması üçün ciddi tədbirlər həyata keçirir. Müraciət edən hər bir vətəndaş qrafikə uyğun olaraq Lənkəran şəhər İcra Hakimiyyətində qəbul olunur, onların qaldırdıqları problemlərin həlli istiqamətində icraçı şəxslərə konkret tapşırıqlar verilir, icra barədə vətəndaşlara rəsmi cavablar göndərilir. Vətəndaşların qəbulu bütün iş günlərində, habelə şənbə və bayram günlərində də aparılır. Aparatın özündə və yerlərdə keçirilən səyyar qəbullar zamanı qaldırılan məsələlər müsbət həll olunur, müvafiq izahatlar verilir, icrada olan müraciətlər isə nəzarətdə saxlanılır. Ötən il olduğu kimi, bu il də əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə qayğı göstərilməsi diqqətdə saxlanılan ən vacib məsələlərdən biri olub, yaxın yaşayış məntəqələrinin hamısında əmək haqlarının, pensiya və müavinətlərin ödənişi plastik kartlarla keçirilib. Rayon İcra Hakimiyyəti tərəfindən Böyük Vətən müharibəsi iştirakçısı və veteranına, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, Çernobıl əlillərinə və sosial müdafiəsi zəif olan digər əhali təbəqəsinə ərzaq və pul yardımı göstərilir. Bundan əlavə, sosial vəziyyəti ağır olan insanlara fərdi ev tikmələri üçün sement, mişar daşı və digər tikinti materialları verilib. Bu qəbildən olan insanlar daim rayon İcra Hakimiyyətinin və aidiyyəti təşkilatların diqqətindədir. Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunub. Belə ki, şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. Şöbənin səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlər müvafiq orqanlara göndərilir.

Qarşıda görüləsi işlər çoxdur. Lənkəranlılar ilin sonunadək qazanılan uğurları artıracaqlarına, sosial-iqtisadi göstəriciləri daha da yüksəldəcəklərinə əmindirlər.

cccccccc
 
28 Fevral 2020 Ona etibar edilən bütün işlərdə Namizəd İsmayılov özünü doğruldub
28 Fevral 2020 Məcid Şıxlinski yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
27 Fevral 2020 Zaqatalalılar Mübariz Əhmədzadənin başçılığı altında dövlətin qayğılı münasibətini daha dərindən hiss edərək, ölkə prezidentinin apardığı uğurlu siyasəti dəstəkləyirlər
26 Fevral 2020 “BUTA” körpələr evi - uşaq bagçası fidan balalarla birgə Xocalı qurbanlarını ziyarət etdi
26 Fevral 2020 İlham Əliyev və Mehriban Əliyeva “Ana harayı” abidəsini ziyarət edir
25 Fevral 2020 Prezident İlham Əliyev mühüm fərman imzaladı — SİYAHI
25 Fevral 2020 İlham Əliyev Ərdoğanı belə qarşıladı – Video
24 Fevral 2020 Elnur Rzayev: İnamla gələcəyə, tərəqqiyə doğru irəliləyən Xaçmaz rayonu regionun mərkəzinə çevrilməkdədir
24 Fevral 2020 Fəzail Ağamalı şəhidimizlə bağlı başsağlığı verdi – Foto
24 Fevral 2020 Təbrik edirik ,Elman müəllim!!!
24 Fevral 2020 Zaur Məmmədov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!
22 Fevral 2020 İlham Əliyev bir qrup şəxsi təltif etdi — SƏRƏNCAM
22 Fevral 2020 Prezident onlara fəxri ad verdi — SİYAHI
21 Fevral 2020 Abşeron RİH-i başçısının Görədil sakinləri ilə görüşü keçirildi
20 Fevral 2020 Lerik Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabatına həsr olunmuş Şuranın geniş iclası keçirild
20 Fevral 2020 Tərtər rayonunun yollarının abadlığı naminə görülən işlər təkcə iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyır
20 Fevral 2020 Ağdam rayonu Vаqif Həsənоvun gəlişindən sonra sürətlə inkışaf etməyə başlamışdı
20 Fevral 2020 Şərəfli vəzifəyə yiyələnən Ruslan Həmidov bu işin müqəddəsliyini qoruyub saxlayır
19 Fevral 2020 900 adamı ölü vəziyyətinə gətirib, 20 dəqiqə sonra diriltdilər... - Almaniyalı həkimlər ölümdən sonra həyat olduğunu iddia edirlər
19 Fevral 2020 Prezident xanımı ilə İtaliyaya getdi - Foto
19 Fevral 2020 Rüstəm Paşayev: Yol - mədəniyyət, iqtisadiyyat, həm də həyat deməkdir
18 Fevral 2020 Fəzail Ağamalı rəqiblərinə belə qalib gəldi – GÖRÜŞLƏRDƏN SEÇMƏ GÖRÜNTÜLƏR
18 Fevral 2020 Qaydasız döyüşün Azad qəhrəmanı - “Sibirskiy djiqit”
17 Fevral 2020 Əliyev işğalçının necə riyakar olduğunu göstərdi - Txilava
16 Fevral 2020 İlham Əliyevin Paşinyanı çətin duruma saldığı an — VİDEO
14 Fevral 2020 Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində şəffaf şəraitdə imtahan və kollegiumlar keçirilir
14 Fevral 2020 Şakir Quliyev öz isguzarlığı ilə tanınır və seçilir…
13 Fevral 2020 Bu dairələrlə də bağlı qərar verildi - Siyahı
13 Fevral 2020 "Azərbaycan xalçalarına dünyada çox böyük tələbat var" — Prezident
12 Fevral 2020 Prezident Dövlət Proqramını təsdiq etdi