Son xəbərlər

 


Prezident İlham Əliyevin sərəncamı ilə müstəqil Azərbaycanın inkişafının aparıcı sahələrindən olan nəqliyyat infrastrukturunun yenidən qurulması haqda “Yol xəritəsi” təsdiq edilmişdir.

Bu sənədə əsasən ölkəmizdə fəaliyyət göstərən bütün nəqliyyat növlərinin və onların material-texniki bazasının yenilənməsi, gələcək inkişafı öz əksini tapmışdır. Bu baxımdan, yük və sərnişinlərin daşınmasında əsas rol oynayan, yaranmasının 139 ilini qeyd edən dəmir yolu infrastrukturunun yenidən qurulması və inkişafı qarşıda duran əsas vəzifələrdən biridir.

Son illərdə ölkə daxilində bu sahədə sürətli təmir və yenidənqurma işləri aparılır, həmçinin ölkənin beynəlxalq nəqliyyat strukturlarına inteqrasiyası istiqamətində mühüm işlər reallaşdırılır. Onların sırasında Bakı-Tbilisi-Qars (Şərq-Qərb), Rusiyanı İran və Hind okeanı ölkələri ilə birləşdirəcək Şimal-Cənub nəqliyyat dəhlizləri vardır. Bu dəhlizlərin son 2 ildə istifadəyə verilməsi ölkəmizi qitələrarası nəqliyyat xabına çevirmiş, Bakı yaxınlığında Ələt dəniz limanının inşası isə Azərbaycanı beynəlxalq logistika strukturunun tərkib hissəsinə daxil etmişdir. Bütün bu görülən işlər həm də tələb edir ki, dəmiryolu vasitəsilə sərnişin və yüklər mənzil başına vaxtında və təhlükəsiz çatdırılsın. Bu baxımdan dəmiryol infrastrukturunun maddi-texniki bazasının müasirləşdirilməsi, yolların texniki təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm təmir və yenidənqurma işləri aparılır.

Sözügedən fəaliyyət isə “Dəmiryolservis” MMC (direktor Əli Əşrəf Lütfəlibəyovdur) əməkdaşları tərəfindən həyata keçirilir.

Dəmiryolunun fəaliyyətində əsas rol oynayan stansiyaların yolları və texniki qurğularının da istismara tam cavab verəcək səviyyədə olması bu struktur üçün həmişə prioritet məsələdir. MMC-nin bu istiqamətdə gördüyü işlər də təqdirəlayiqdir. Ölkənin bütün bölgələrini əhatə edən kollektivin fəaliyyəti nəticəsində 2019-cu ilin təkcə 9 ayı ərzində 64000 p/m yol, 11 dəst yoldəyişən qurğu əsaslı təmir edilmiş və yolda 4733 p/m relslər uzunölçülü rels tipində qaynaq edilmişdir. Qarşıda stansiya və depo yollarının daha 2500 p/m-i, eyni zamanda 15 yoldəyişən qurğu əsaslı təmir ediləcəkdir. Bununla yanaşı yol təmiri briqadaları tərəfindən Bakı-Sumqayıt-Bakı dairəvi yolunda və Biləcəri stansiyasında tək və cüt dairəvi yollarda təmir işləri aparılır. “Dəmiryolservis” MMC-nin tərkibində olan 24 nömrəli rels qaynaq qatarı (RQQ) tərəfindən də 2019-cu ilin sözügedən dövründə 24365 p/m müxtəlif təyinatlı yollar, o cümlədən 54 dəst yoldəyişən qurğu təmir edilmişdir. Görülən təmir və yenidənqurma işləri Bakı sərnişin, Ləcət, Bakı lokomotiv deposu, Biləcəri, Sumqayıtçay, Astara və digər dəmiryol stansiyalarında həyata keçirilmişdir. Bu baxımdan Şimal-Cənub beynəlxalq dəmiryol dəhlizinin istifadəyə verilməsi ilə bağlı mühüm strateji əhəmiyyət kəsb edən Astara sərhəd dəmiryolu stansiyasında aparılan işlər diqqəti xüsusi cəlb edir. Belə ki, burada 6400 p/m dəmiryolu əsaslı təmir edilmiş, 22 dəst yoldəyişən qurğu təmir edilərək yenidən quraşdırılmış, ərazidə 1000 kv2 sahilbərkitmə işləri aparılmışdır.

Bütün bu görülən işlər deməyə əsas verir ki, “Dəmiryolservis” MMC-nin kollektivi 13 oktyabrda qeyd ediləcək peşə bayramına yeni nailiyyətlərlə gəlib.

Kollektivi qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edir və əmin olduğumuzu bildiririk ki, əməkdaşlar 2019-cu ildə dövlətimiz tərəfindən onların qarşılarına qoyulan tapşırıqları layiqincə yerinə yetirəcəklər.

23 Aprel 2024 “Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür“ - ŞƏRH EDİLDİ
21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 İsrail-İran savaşı, yoxsa… - RAKURS
16 Aprel 2024 “Azərbaycana heç vaxt belə paşinyanlar lazım olmayıb” - DEPUTAT TƏNQİD ETDİ
16 Aprel 2024 “Vətəndaşları bu eybəcər plana alət edə bilməyəcəklər” - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 Müharibələr meydanına çevrilən dünyanın TƏHLÜKƏSİZLİK ADASI – TƏHLİL
16 Aprel 2024 "Qərb Tekstil" 1 milyon dollara özəlləşdirildi
16 Aprel 2024 İran bütün Yaxın Şərqi təhdid edir - Netanyahu
15 Aprel 2024 “Təəssüf ki, Ermənistan belə güc mərkəzlərinin əlində vasitəyə çevrilib” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
15 Aprel 2024 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
15 Aprel 2024 Dollar dünyada yenidən güclənir: avro ucuzlaşdı
15 Aprel 2024 Hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir
14 Aprel 2024 Papa İsrail və İrana çağırış etdi
14 Aprel 2024 Millət vəkili Məşhur Məmmədov: “Zərifə Əliyevanın bioqrafiyası hər bir xanıma örnəkdir“