Son xəbərlər

 


Prezident İlham Əliyevin sərəncamı ilə müstəqil Azərbaycanın inkişafının aparıcı sahələrindən olan nəqliyyat infrastrukturunun yenidən qurulması haqda “Yol xəritəsi” təsdiq edilmişdir.

Bu sənədə əsasən ölkəmizdə fəaliyyət göstərən bütün nəqliyyat növlərinin və onların material-texniki bazasının yenilənməsi, gələcək inkişafı öz əksini tapmışdır. Bu baxımdan, yük və sərnişinlərin daşınmasında əsas rol oynayan, yaranmasının 139 ilini qeyd edən dəmir yolu infrastrukturunun yenidən qurulması və inkişafı qarşıda duran əsas vəzifələrdən biridir.

Son illərdə ölkə daxilində bu sahədə sürətli təmir və yenidənqurma işləri aparılır, həmçinin ölkənin beynəlxalq nəqliyyat strukturlarına inteqrasiyası istiqamətində mühüm işlər reallaşdırılır. Onların sırasında Bakı-Tbilisi-Qars (Şərq-Qərb), Rusiyanı İran və Hind okeanı ölkələri ilə birləşdirəcək Şimal-Cənub nəqliyyat dəhlizləri vardır. Bu dəhlizlərin son 2 ildə istifadəyə verilməsi ölkəmizi qitələrarası nəqliyyat xabına çevirmiş, Bakı yaxınlığında Ələt dəniz limanının inşası isə Azərbaycanı beynəlxalq logistika strukturunun tərkib hissəsinə daxil etmişdir. Bütün bu görülən işlər həm də tələb edir ki, dəmiryolu vasitəsilə sərnişin və yüklər mənzil başına vaxtında və təhlükəsiz çatdırılsın. Bu baxımdan dəmiryol infrastrukturunun maddi-texniki bazasının müasirləşdirilməsi, yolların texniki təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm təmir və yenidənqurma işləri aparılır.

Sözügedən fəaliyyət isə “Dəmiryolservis” MMC (direktor Əli Əşrəf Lütfəlibəyovdur) əməkdaşları tərəfindən həyata keçirilir.

Dəmiryolunun fəaliyyətində əsas rol oynayan stansiyaların yolları və texniki qurğularının da istismara tam cavab verəcək səviyyədə olması bu struktur üçün həmişə prioritet məsələdir. MMC-nin bu istiqamətdə gördüyü işlər də təqdirəlayiqdir. Ölkənin bütün bölgələrini əhatə edən kollektivin fəaliyyəti nəticəsində 2019-cu ilin təkcə 9 ayı ərzində 64000 p/m yol, 11 dəst yoldəyişən qurğu əsaslı təmir edilmiş və yolda 4733 p/m relslər uzunölçülü rels tipində qaynaq edilmişdir. Qarşıda stansiya və depo yollarının daha 2500 p/m-i, eyni zamanda 15 yoldəyişən qurğu əsaslı təmir ediləcəkdir. Bununla yanaşı yol təmiri briqadaları tərəfindən Bakı-Sumqayıt-Bakı dairəvi yolunda və Biləcəri stansiyasında tək və cüt dairəvi yollarda təmir işləri aparılır. “Dəmiryolservis” MMC-nin tərkibində olan 24 nömrəli rels qaynaq qatarı (RQQ) tərəfindən də 2019-cu ilin sözügedən dövründə 24365 p/m müxtəlif təyinatlı yollar, o cümlədən 54 dəst yoldəyişən qurğu təmir edilmişdir. Görülən təmir və yenidənqurma işləri Bakı sərnişin, Ləcət, Bakı lokomotiv deposu, Biləcəri, Sumqayıtçay, Astara və digər dəmiryol stansiyalarında həyata keçirilmişdir. Bu baxımdan Şimal-Cənub beynəlxalq dəmiryol dəhlizinin istifadəyə verilməsi ilə bağlı mühüm strateji əhəmiyyət kəsb edən Astara sərhəd dəmiryolu stansiyasında aparılan işlər diqqəti xüsusi cəlb edir. Belə ki, burada 6400 p/m dəmiryolu əsaslı təmir edilmiş, 22 dəst yoldəyişən qurğu təmir edilərək yenidən quraşdırılmış, ərazidə 1000 kv2 sahilbərkitmə işləri aparılmışdır.

Bütün bu görülən işlər deməyə əsas verir ki, “Dəmiryolservis” MMC-nin kollektivi 13 oktyabrda qeyd ediləcək peşə bayramına yeni nailiyyətlərlə gəlib.

Kollektivi qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edir və əmin olduğumuzu bildiririk ki, əməkdaşlar 2019-cu ildə dövlətimiz tərəfindən onların qarşılarına qoyulan tapşırıqları layiqincə yerinə yetirəcəklər.

14 Oktyabr 2019 İCRA BAŞÇISININ 2000 MANAT AYLIQ HAQQI ÇATMADIĞINDAN, BAŞ HƏKIMI IŞDƏN ÇIXARTDIRDI- VİDEO FAKT
14 Oktyabr 2019 Bala Çaylıda mənəviyyatslızlıq yoxsa biganəlik?
13 Oktyabr 2019 "Prezident İlham Əliyev Ermənistana növbəti zərbəni Aşqabadda vurdu" - RƏYLƏR
12 Oktyabr 2019 Prezident icra başçısını təltif etdi
10 Oktyabr 2019 “O vaxt biz rekord göstərdik” - İlham Əliyev
10 Oktyabr 2019 Zəngin maarifçilik ənənələrinə malik olan Goranboy rayonunda təhsil 2019-cu ildə daha da inkişaf etmiş, uğurları artmışdır
09 Oktyabr 2019 Salyan Sevindik Hətəmovun rəhbərliyi dövründə özünün tərəqqisində böyük nailiyyətlərə imza atıb
09 Oktyabr 2019 Ramil Bayramov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
08 Oktyabr 2019 Lənkəran şəhər icra başçısı Taleh Qaraşov hər bir vətəndaşın probleminə diqqətlə yanaşır
08 Oktyabr 2019 Rafael Mehrəliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır
06 Oktyabr 2019 “İndi Lənkəranın nə xanlığı qalıb, nə də mirvariliyi...” məqaləsinə icradan cavab
06 Oktyabr 2019 Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi
29 Sentyabr 2019 Təbrik edirik, İradə xanım!
29 Sentyabr 2019 Sentyabrın 29-u Dünya Ürək Günüdür
29 Sentyabr 2019 İlham Əliyevdən Aydın İbrahimovla bağlı - Sərəncam
22 Sentyabr 2019 Rövnəq Abdullayev: "Əsrin müqaviləsi" həm neft, həm də qeyri-neft sektorunun canlanmasına güclü təkan verib"
22 Sentyabr 2019 "Əgər Rafael Cəbrayılov belə bir hərəkət edibsə..." - Deputatın hərəkəti MM-də müzakirə olunacaq
22 Sentyabr 2019 BDU-nun müəllimi ilə deputat arasında pul davası: "Baş nazir məsələyə qarışdı, spikerlə danışdı..."
22 Sentyabr 2019 Müsəlman ölkəsi Ermənistanın bayramını təntənə ilə qeyd etdi - FOTOMüsəlman ölkəsi Ermənistanın bayramını təntənə ilə qeyd etdi - FOTO
15 Sentyabr 2019 Körpə fidanlar etibarlı əllərdə!
13 Sentyabr 2019 Şərəf və ləyaqət nümunəsi!
12 Sentyabr 2019 Prezidentdən iki milyonluq sərəncam
13 Avqust 2019 Prezidentdən xalqa təbrik
06 Avqust 2019 Qurban bayramınız mübarək!!!
01 Avqust 2019 Nazir əmr imzaladı: avqustun 15-dən...
24 İyul 2019 Rafiq Quluyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
11 İyul 2019 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!
10 İyul 2019 Yalan ayaq tutar , yeriməz !
09 İyul 2019 Nizaməddin Quliyevin gərgin əməyi və zəhməti sayəsində Ağstafa sürətlə inkişaf edir
09 İyul 2019 Tərtər inkişaf yolunda – Müstəqim Məmmədovun uğurlu idarəçiliyi - FOTOLAR + ÖZƏL