Son xəbərlər

 

                         
  Şair olmaq çətindir. Şairlik  Tanrı vergisidir , ilahi bir istedaddır.Bu istedad nə yaşa baxır , nə sosial mövqeyə ,  nə həyat tərzinə ,  zamanı , anı gələndə  vulkan kimi püskürür. Dərinliyində nəyi var ortaya çıxarır .Haqqında danışacağım şəxs , daha doğrusu şəxsiyyət ictimaiyyətimizə publisist , nasir , drammaturq və şair kimi tanınan Əjdər Oldur. Əslində hər şey bu addan , bu imzadan başlayır.  Ona verilən bu adı sözün tam mənasında doğrultmaq üçün çox çalışıb , çox çapalayıb bu insan! Mənəviyyatsızlığın baş alıb getdiyi , hər şeyin alınıb satıldığı , mizan – tərəzinin itdiyi bir zamanda  Əjdər OLmaq missiyasını üzərinə götürüb , Bunu həyat qayəsi
edib , bu cür yaşam tərzini seçib şair. Qəlbinin dərinliklərindən süzülüb gələn  saf sevgi  , dürüstlük ,  mərdlik , mübarizlik  sətirlərə düzülüb.

      Sevən ki  eşq yolunda

     Ölmürsə, neynirsən onu?!
     Gedib o dünyanı görüb
     gəlmirsə, neynirsən onu?!

    Ürəyimi al əlinə,
    Qoy düşməsin kal əlinə,
   Toxunanda gül əlinə,
    bilmirsə, neynirsən onu?!

    Düşsən şərə, qalmaqala,
   xəbər göndər Əjdər Ola,
   Əjdər gərək Əjdər ola,
  olmursa, neynirsən onu?!

  Təmtəraqdan , pafosdan , bəlağətli ifadələrdən uzaq    , sadə , anlaşıqlı dildə yazılır bu şeirlər ! 

    Elçi yollamışam bir iş dalınca,
    üstümə əliboş qayıdıb adım.
    Sözüm ötməyəndə halal fikrimi,
    məşhur adamların adından dedim.

   Lakin dərin məna yükü daşıyır hər sətirində ...

    Adımı yazmışdım bir ağac üstə,
   onu üşüdəcək bu ilin qarı.
   Məni çağırmısan, durub gəlmişəm,
   sənin dilindəki adıma sarı.

  Bəzən   sözə qənaət  edir , az sözlə çox düşündürür şair.

   Nə qədər ki, dəbdədir yaşıl
   hərbi geyimlər,
  barışa güvənməyin əziz bəylər, bəyimlər!

   Və yaxud ;

  Sən qaragüruhdan,
 mən  ağgüruhdan…
 Sən gücdən düşmüsən,
 mən də ki, ruhdan.

   Klassik ədəbiyyatımızdan üzü bəri gələn “Bahariyyə”-lərə bir yarpaq da şairdən gəlir. Lakin daha özünəməxsus , daha dərin məna çaları ilə . Bu , son bənddə oxucuya çatır .

   Misralar tutulub gülab suyuna,
   Aprel ətri verir nöqtə, vergülü.
   Ağacın tumurcuq düşüb boyuna
   bir az yuxuludur, bir az mürgülü.

    Kəpənək deyilmi yazın bir adı?
    Yazın özgə adı var hər qarışda.
   Mənim gəzdiyim yer elə buradır,
    burda hökm eləyir arı, qarışqa.

   Xırda gölməçələr yağışdan qalıb,
   Hər bir gölməçədə günəş balası.
  Bilmirəm nə üstə hay-həşir salıb,
   islaq sərçələrin bozu, alası.

   Çobanyastığını sırıyır qönçə,
  Qönçədə boyayır rəng çiçəkləri.
  Bu bahar vaxtında çalacaq məncə,
    nazlı zənglərini zəngçiçəkləri,

    Otlar ləpələnir, sahili mənəm,
    Bitmişəm sahildə sal qaya kimi.
     Mənim gözləməm var,
     gəlsə o dönəm,
   tamam çiçəklərəm bir aya kimi.

   Şair bircə şeydən qorxur , vicdanı itirməkdən !

   Qorxmuram dönüklərdən,
   içiboşlardan,
   qəlbi sönüklərdən,

    Əzrayıl qarşısında 
    Məsələ qaldırın,
   Qorxu bilməyənlərin
   Ömrü uzansın gərək!

   Bütün çətinliklərin  , sınaqların qarşısında mətanətlə dayanır   Əjdər Ol !

   Bircə çətinlik var, vicdanı atmaq,
   Sonra da halalı harama qatmaq,
   Asandır, asandır istəyə çatmaq,
   Olmasa tövbələr, andlar, qınaqlar.

   Bu dünya bənzədir bizi hər şeyə,
   Endirir quyuya, qaldırır göyə.
   Məni sıxır-boğur Əjdər Ol deyə,
   Bir gün axırıma çıxar sınaqlar…

  Fərqli poetik ruhu , özünəməxsus üslubu olan şair həyatın bütün gerçəkliklərini   ustalıqla açır , oxucunun ədəbi zövgünün formalaşmasında müstəsna rol oynayır.

 Bəzən güclü bir ironiya ilə  rastlaşırsan  vətənpərvər şairin əsərlərində...

    Bütöv yurdu 
   bölgə-bölgə 
   bölən kəs,
   Olan olub, olmayan qoy gec olsun!
   Ey filanı filan edən filankəs,
   Bəs bu vətən, 
   Bəs bu vətən 
     Necolsun?!

    Döşünə döy, quruca öy vətəni,
   Damağın çağ, dadaş, öcün öc olsun!
   Bu vətəni deyirəm ey, vətəni…
    Bəs bu vətən, 
   Bəs bu vətən 
      Necolsun?!

  Qəlbi sevgi , sədaqət , mərhəmət , ləyaqətlə dolu olan şair! Yüksək mənəvi keyfiyyətlərə , əsl insani keyfiyyətlərə malik şəxsiyyət! Simasındakı  nur, gözlərindəki aydınlıq qəlbinin aynası olan Əjdər Ol!

 Dərin mənaya , saf duyğulara malik şeirlərini sadə və anlaşıqlı obrazlarla ,yatımlı ritmlərlə bizə çatdıran Şair ! Şairlik elə budur , mötəbərlik elə budur , şərəfli ömür elə budur !

   Ağrılara, əzablara darılma,
   Öz işindən bərk-bərk yapış, yorulma,
   Çalış ölmə, çalış itmə, vurulma,
   Canım-gözüm, ömür elə budur, bu!
   Tale, qismət deyirdin ha, odur bu!

   Yağlı vədlər, yaman ²ayır-buyur²lar,
   Demə mənə nə ad, nə san qıyırlar,
   Tez artmağa axı kimi qoyurlar?!
   Canım-gözüm, ömür elə budur, bu!
   Yarışmağa meydan budur, cıdır bu!

    Adamsan də, incidərlər adamı,
    O dünyadan haraylama atanı, 
    Alan yoxsa, dur özün al qadanı,
    Canım-gözüm, ömür elə budur, bu!
    Dadına bax, gör nə şirin dadır bu!

   Neynəsən də, hər gələn gün xoş olmaz,
   Adam gedib ağlağana qoşulmaz,
   Fors eləmə, dünya sənsiz boşalmaz,
   Canım-gözüm, ömür elə budur, bu!
    Səni, məni diri-diri udur bu!

    Keçmək olmur payızından, yazından,
    Üzülürsən bir gözəlin nazından,
     Əşşi, yüz yol mən demişəm azından,
     Canım-gözüm, ömür elə budur, bu!
      Ürəkdə od, gözümüzdə sudur bu!

     Hər istəkdə, hər diləkdə düyün var,
   Nə istəsəm, olmasa da, deyin: ²Var!²,
   Əjdər Olsan, kimsən,
   boş hay-küyün var.
   Canım-gözüm, ömür elə budur, bu!
    Adəm budur, Nəbi budur, Xıdır bu!

 

     Müşfiq Kişiyev.


 

  

24 Noyabr 2020 YOLUMUZ UZUNDU, MÜQƏDDƏSDİ
17 Noyabr 2020 Azərbaycanda Milli Dirçəliş Günüdür
14 Noyabr 2020 “Ermənistan aldığı yaradan özünə gələ bilməyəcək” - Politoloq
13 Noyabr 2020 İTV-nin Qarabağ bürosu açılır
12 Noyabr 2020 Prezidentdən Konstitusiya Günü ilə bağlı paylaşım
12 Noyabr 2020 MİLLİ QÜRUMUZU QAYTARAN ŞƏXSİYYƏT
11 Noyabr 2020 “Söz verirəm ki, yeni evlər əvvəlkilərdən daha yaxşı olacaq”
10 Noyabr 2020 “Türkiyə atəşkəs rejimində fəal yer alacaq”
18 Oktyabr 2020 Rumıniyanın sabiq Baş Nazirindən Prezidentə məktub
18 Oktyabr 2020 “Gəncəyə hücumlardan böyük kədər hissi keçiririk”
18 Oktyabr 2020 Prezident Xudafərin körpüsü ilə bağlı paylaşım etdi
26 Sentyabr 2020 Uşaq hansı yaşda xarici dil öyrənməlidir? – Ekspertlər
25 Sentyabr 2020 DİQQƏT! Onkoloji xəstəlikdən əziyyət çəkən yeniyetmənin sizin köməyinizə ehtiyacı var – FOTOLAR
23 Sentyabr 2020 Prezidentlə xanımı Balaxanıda oldu
22 Sentyabr 2020 AVP-Dən Iddialarla Bağlı AÇIQLAMA
22 Sentyabr 2020 “Belə davam etsə, tədris prosesi yenidən dayanacaq”
16 Sentyabr 2020 “Qışda peyvənd tapılmasa da, COVID-19 adi xəstəlik kimi olacaq”
15 Sentyabr 2020 Türkiyə mediası Əli Həsənovu FETÖ-çü adlandırdı
15 Sentyabr 2020 Prezident müəllim və şagirdlərə müraciət etdi
05 Sentyabr 2020 ADAU rəqib tanımır
04 Sentyabr 2020 Korrupsiya İdarəsi bu qurumda əməliyyat keçirdi
04 Sentyabr 2020 İlham Əliyev və xanımı ADA-nın yeni korpusunda
04 Sentyabr 2020 İlham Əliyev və xanımı ADA-nın yeni korpusunda
03 Sentyabr 2020 Rövşən Pənahov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
31 Avqust 2020 Könül Nurullayeva fəaliyyəti ilə bağlı hesabat verdi
27 Avqust 2020 Mehriban Əliyevadan təşəkkür
26 Avqust 2020 "Mehriban xanıma möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətində yeni-yeni uğurlar arzulayıram"
26 Avqust 2020 "Biz, Azərbaycan vətəndaşları olaraq Mehriban xanımın ətrafında sıx toplaşmağa hazırıq!" - Fuad Heydər
25 Avqust 2020 Prezident Şoyqunu qəbul etdi - Foto
25 Avqust 2020 Komitə qadağa qoysa da, ATV-nin keçmiş prezidenti əməl etmir