Son xəbərlər

 
10 il keçdi...

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündən 10 il keçib.

"Qafqazinfo" xəbər verir ki, M. İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2006-cı ilin mart ayında Biləsuvar Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Müddətli hərbi xidmətini Daxili Qoşunlarda atıcı əsgər kimi başlayan Mübariz İbrahimov 2007-ci il noyabrın 20-də yarımqrup komandiri kimi həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. 2009-cu il sentyabrın 18-də öz arzusu ilə könüllü surətdə yenidən həqiqi hərbi xidmətə qəbul edilərək, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin gizir hazırlığı kursunu bitirmiş, motoatıcı taborun motoatıcı tağım komandirinin müavini kimi cəbhə bölgəsində əsgəri borcunu şərəflə və vicdanla yerinə yetirib. 

Gizir Mübariz İbrahimov 2010-cu il iyunun 19-da gecə təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz həmlə ilə edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.

 

Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə Sərəncam imzalayıb.

Qeyd edək ki, oktyabrın 4-də Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.

Fərid Əhmədov 1986-cı il fevralın 13-də Cəlilabad rayonunda anadan olub, 2003-cü ildə Nizami adına 1 nömrəli Cəlilabad şəhər orta məktəbini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 2007-ci ildə oranı müvəffəqiyyətlə bitirib. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birillik ixtisas kursunu keçmiş və cəbhə bölgəsindəki hərbi hissədə kəşfiyyat tağımının və kəşfiyyat bölüyünün komandiri vəzifələrində xidmət edib, baş leytenant hərbi rütbəsinə yüksəlib. 

2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.


 
2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun "İgidliyə görə" medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. 

 







 
29 Noyabr 2020 Burak Özçivitin yeni FOTOları
08 Noyabr 2020 Prezidentlə xanımının Şəhidlər və Fəxri xiyabandan - Fotoları
07 Noyabr 2020 Rza Diqqəti Qubadlıdakı məsciddən yeni fotolar çəkdi
06 Noyabr 2020 “Karabakh is Azerbaijan” şüarı Çikaqo yollarında - Fotolar
17 Avqust 2020 Yağış nəticəsində apteki su basdı - Fotolar
05 Avqust 2020 Beyrut partlayışdan sonra - Fotolar
30 İyul 2020 Bakıdan sərnişin daşımaq üçün bu yola əl atdı - Fotolar
30 İyul 2020 Nyu-Yorkda Qarabağ şüarlarını daşıyan təyyarə havaya qaldırılıb — FOTOLAR
22 İyul 2020 ABŞ-da ermənilərin soydaşlarımıza hücumunu istintaq araşdıracaq — RƏSMİ + FOTOLAR
13 İyul 2020 Xoşqədəmin “Whatsapp” yazışmaları üzə çıxdı — FOTOLAR- ŞOK VİDEO
02 İyul 2020 Əlvida pandemiya! Əlvida koronavirus! — FOTOLAR
23 İyun 2020 Məleykə cazibədar görünüşü ilə MEYDAN OXUDU — FOTO
11 Fevral 2020 Almaniyada polis komissarı olan azərbaycanlı qız – FOTO+VİDEO
07 Fevral 2020 Fərəc Quliyev evini yarım milyona satışa çıxardı — FOTO
03 Fevral 2020 Bu xanım da deputatlığa namizəddir — FOTOLAR
22 Yanvar 2020 Tünzalə illər sonra fərqli imicdə... - Fotolar
24 Dekabr 2019 Prezidentin doğum günündən - Fotolar
03 Dekabr 2019 İşğal altındakı Şuşanın ən son FOTOLARI
29 İyul 2019 Rusiyalı məşhurdan Bakıda cəsarətli pozlar (FOTOLAR)
16 İyul 2019 Mina Hüseyn açıq-saçıq geyiminə görə tənqid edildi: “Sinəsini reklam edir” (FOTOLAR, VİDEO)
16 İyul 2019 Renkadan yeni fotosessiya – FOTOLAR
28 İyun 2019 Məşhur aparıcı cazibədar bədənini nümayiş etdirdi – FOTO
25 İyun 2019 Azərbaycanlı aktyor 17 gün sonra yenidən toy etdi (FOTOLAR)
18 İyun 2019 Leyla Əliyeva BMT-nin xoşməramlı səfiri ilə görüşüb
07 İyun 2019 Boşanan müğənnidən seksual FOTOLAR
04 Mart 2019 “Diva” baş tutdu — Rəqslər, cazibədar geyimlər…+ FOTOLAR
15 Yanvar 2019 “Neftçi”nin futbolçusu nişanlandı - Fotolar
09 Yanvar 2019 Tələsəni təndirə salan sənət: - REPORTAJ
05 Yanvar 2019 Yeni ildə ilk işi dənizə girmək oldu - Fotolar
03 Yanvar 2019 Azərbaycanda qar görmək istəyənlər üçün... - Fotolar