Son xəbərlər

 

Rza Diqqəti Qubadlıdakı məsciddən yeni fotolar çəkdi

“National Geografic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqəti (Reza Deghati) oktyabrın 25-də erməni işğalından azad edilən Qubadlı rayonuna səfər edib.

“Qafqazinfo” bildirir ki, öz instaqram hesabında rayonun Məmər kəndindəki 18-ci əsrə aid məsciddən fotolar paylaşıb. O, “Donuz tövləsinə döndərilmiş məscid” başlığı ilə paylaşdığı fotolara bu şərhi verib:

“Azərbaycan dünyəvi ölkədir. Burada müsəlmanlar, xristianlar, yəhudilər, zərdüştilər və bir çox başqa dinlər və inanclar sülh içində yaşayır. Azərbaycan qadınları Fransadan 20 ildən çox əvvəl səsvermə hüququ qazanıblar. Mən bu enerjini ölkə üzrə səyahət edərkən dəfələrlə müşahidə etmişəm.

 

Mən məscidə girdim, ətrafa baxdım, döşəmə nəcislə örtülmüşdü, qoxu ağır idi. Mən heyvanlara su verilən iki kasa gördüm. Əsgərlər mənə dedilər ki, onlar məscidi açanda ora donuzlarla dolu idi. Bu dini məkan uzun illər erməni işğalçıları tərəfindən donuzxana kimi istifadə edilib.

Müharibə və işğal şəraitində insanlar çox vaxt hörmət və ləyaqət hissini itirirlər. Ümid edək ki, sülh yarananda Qarabağ mənim dünyəvi Azərbaycan ətrafında hiss etdiyim eyni ab-hava ilə yaşayacaq”.

Qeyd edək ki, ötən gün Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında sözügedən məsciddən görüntü paylaşaraq bunları yazmışdı: “Azərbaycanın azad edilmiş Məmər kəndindəki 18-ci əsrə aid məscid. Məscid tamamilə dağıdılıb. Ermənistan tərəfindən Qubadlı rayonunun Məmər kəndinin işğalı zamanı XVIII əsrin dini və mədəni abidəsi vandalizmlə yanaşı, təhqir əlaməti olaraq donuz otağına da çevrilib. Biz YUNESKO, İSESKO və İslam Əməkdaşlıq Təşkilatını tədbir görməyə, bu vəhşi hərəkətləri ciddi şəkildə pisləməyə çağırırıq”.

 







 
29 Noyabr 2020 Burak Özçivitin yeni FOTOları
08 Noyabr 2020 Prezidentlə xanımının Şəhidlər və Fəxri xiyabandan - Fotoları
07 Noyabr 2020 10 il keçdi...
06 Noyabr 2020 “Karabakh is Azerbaijan” şüarı Çikaqo yollarında - Fotolar
17 Avqust 2020 Yağış nəticəsində apteki su basdı - Fotolar
05 Avqust 2020 Beyrut partlayışdan sonra - Fotolar
30 İyul 2020 Bakıdan sərnişin daşımaq üçün bu yola əl atdı - Fotolar
30 İyul 2020 Nyu-Yorkda Qarabağ şüarlarını daşıyan təyyarə havaya qaldırılıb — FOTOLAR
22 İyul 2020 ABŞ-da ermənilərin soydaşlarımıza hücumunu istintaq araşdıracaq — RƏSMİ + FOTOLAR
13 İyul 2020 Xoşqədəmin “Whatsapp” yazışmaları üzə çıxdı — FOTOLAR- ŞOK VİDEO
02 İyul 2020 Əlvida pandemiya! Əlvida koronavirus! — FOTOLAR
23 İyun 2020 Məleykə cazibədar görünüşü ilə MEYDAN OXUDU — FOTO
11 Fevral 2020 Almaniyada polis komissarı olan azərbaycanlı qız – FOTO+VİDEO
07 Fevral 2020 Fərəc Quliyev evini yarım milyona satışa çıxardı — FOTO
03 Fevral 2020 Bu xanım da deputatlığa namizəddir — FOTOLAR
22 Yanvar 2020 Tünzalə illər sonra fərqli imicdə... - Fotolar
24 Dekabr 2019 Prezidentin doğum günündən - Fotolar
03 Dekabr 2019 İşğal altındakı Şuşanın ən son FOTOLARI
29 İyul 2019 Rusiyalı məşhurdan Bakıda cəsarətli pozlar (FOTOLAR)
16 İyul 2019 Mina Hüseyn açıq-saçıq geyiminə görə tənqid edildi: “Sinəsini reklam edir” (FOTOLAR, VİDEO)
16 İyul 2019 Renkadan yeni fotosessiya – FOTOLAR
28 İyun 2019 Məşhur aparıcı cazibədar bədənini nümayiş etdirdi – FOTO
25 İyun 2019 Azərbaycanlı aktyor 17 gün sonra yenidən toy etdi (FOTOLAR)
18 İyun 2019 Leyla Əliyeva BMT-nin xoşməramlı səfiri ilə görüşüb
07 İyun 2019 Boşanan müğənnidən seksual FOTOLAR
04 Mart 2019 “Diva” baş tutdu — Rəqslər, cazibədar geyimlər…+ FOTOLAR
15 Yanvar 2019 “Neftçi”nin futbolçusu nişanlandı - Fotolar
09 Yanvar 2019 Tələsəni təndirə salan sənət: - REPORTAJ
05 Yanvar 2019 Yeni ildə ilk işi dənizə girmək oldu - Fotolar
03 Yanvar 2019 Azərbaycanda qar görmək istəyənlər üçün... - Fotolar