Son xəbərlər

Yağış nəticəsində apteki su basdı

Bakıda gecə saatlarından etibarən yağan yağış nəticəsində “Zeytun Farmakoloji” şirkətinə məxsus 264 saylı aptekə su dolub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, kanalizasiya xəttinin yağış suları nəticəsində daşması ilə Suraxanı Zığ qəsəbəsində yerləşən aptekə kanalizasiya suları dolub.

İlkin məlumata görə, nəticədə aptekdə 40 min manata yaxın dərman məhv olub.

 

 
Beyrut partlayışdan sonra

Xəbər verdiyimiz kimi, Livanın paytaxtı Beyrutda dəniz limanında güclü partlayışlar olub.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, Beyrut Səhiyyə Nazirliyinin açıqlamasına görə, azı 30 nəfər ölüb, 2500 nəfər yaralanıb. Partlayışın gücü ilə 3 mərtəbəli bina çöküb. Dağıntılar altında insanların olduğu bildirilir. Hadisədən sonra Livanda matəm elan edilib.

Büyrutun partlayışdan sonrakı fotolarını təqdim edirik:  

 












 
Bakıdan sərnişin daşımaq üçün bu yola əl atdı

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin qaydalarını pozaraq Bakı şəhərindən ölkənin şimal rayonlarına gizli yollarla icazələri olmayan sərnişinləri daşıyan iki sürücü – Cavid Ramazanov və Mehbala İsrafilov saxlanılıblar.

Araşdırmalar zamanı Cavid Ramazanovun xüsusi karantin qaydalarını pozaraq, şəxsi nəqliyyat vasitəsi ilə qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.

Belə ki, onun xüsusi icazələri olmayan sərnişinlərdən müxtəlif məbləğlərdə pul vəsaiti almaqla onları Bakı şəhərindən ölkənin şimal rayonlarına daşıdığı məlum olub. Bakı-Quba yolu üzərində müvəqqəti quraşdırılmış postdan keçən zaman o, sərnişinləri postdan bir qədər aralıda düşürərək tanışı Mehbala İsrafilova görüşdürüb və sərnişinlər M.İsrafilovun bələdçiliyi ilə postun arxa hissəsində olan torpaq yolu ilə həmin ərazidən keçməyə nail olublar. 

Daha sonra isə C.Ramazanova məxsus nəqliyyat vasitəsinə əyləşən müştərilər yollarına davam ediblər.

Saxlanılan sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün Quba rayon məhkəməsinə göndərilib. Karantin qaydalarını pozan C.Ramazanov məhkəmənin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib. M.İsrafilov barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.

 


 
Nyu-Yorkda Qarabağ şüarlarını daşıyan təyyarə havaya qaldırılıb
ABŞ-ın Nyu-York şəhərində Azərbaycan icmasının üzvlərinin təşkilatçılığı ilə Manhetten adasınının üzərində ingilis dilində böyük hərflərlə “Stop Armenian Occupation” (Erməni işğalını dayandır), “Karabakh is Azerbaijan! (Qarabağ Azərbaycandır) şüarlarını daşıyan təyyarə havaya qaldırılıb.

Ölkə.Az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, üç saat ərzində Nyu-York şəhərinin üzərində dövrə vuran təyyarənin daşıdığı şüar yerli əhali tərəfindən böyük maraqla qarşılanıb.

Təyyarənin daha yaxşı göründüyü Nyu-Jersi şəhərinin “Liberty” parkında toplaşan həmvətənlərimiz əllərində bayraqlarla, alqışlarla və şüarlarla təyyarəni izləyiblər.

Təyyarə Manhetten adasında məşhur iş mərkəzləri “Empire Building”, “Business Center” olmaqla, dövlət üçün xüsusi əhəmiyyətli binaların və yaşayış yərlərinin önündən uçub.

Layihənin təşkilatçısı Elmar Bayramov “Report”a açıqlamasında deyib ki, iki həftə ərzində ermənilər tərəfindən “Airads” hava reklamları şirkətinə proyektin reallaşmaması üçün təzyiqlər göstərilib. Hətta şirkətə bunun üçün ermənilər tərəfindən əlavə vəsait də ödənilib. Lakin onların səyləri uğursuz olub.

 

ABŞ-da ermənilərin soydaşlarımıza hücumunu istintaq araşdıracaq
Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğu ermənilərin bu şəhərdə soydaşlarımıza hücumu ilə bağlı rəsmi məlumat yayıb.

 Baş Konsulluqdan “Report”a verilən məlumatda bildirilir ki, ermənilər 21 iyul 2020-ci il tarixində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər. Ancaq onların gözləmədikləri halda, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri yüzlərlə ermənin qarşısına çıxaraq, onların bu təxribatına mane olublar:

"Azərbaycanlı icma üzvləri Ermənistanın ölkəmizə qarşı təcavüzü və etnik təmizləmə siyasətini ifşa edən, işğal nəticəsində 1 milyona yaxın dinc azərbaycanlının öz doğma yurdlarından didərgin düşdüyünü əks etdirən ingilis dilində “Qarabağ Azərbaycandır!”, “Ermənistanın təcavüzünə son qoyun!”, “Xocalıya Ədalət”, “Ermənistan COVID-19 pandemiyası dövründə Azərbaycana qarşı müharibəyə başlayır. Ar olsun!” və digər çoxsaylı şüarlar yazılan şəkilli plakatlar nümayiş etdirərək, erməniləri susdurublar.

Baş Konsulluğun baş konsul da daxil olmaqla bütün əməkdaşları nümayiş günü diplomatik korpusun ofisində olaraq, daim icma üzvlərimizlə əlaqədə olublar.

Çoxlu sayda erməninin qarşısına çıxan azərbaycanlıların bu cəsarətindən hiddətlənən və məqsədlərinə nail ola bilməyən radikal erməni daşnakları həmyerlilərimizə qarşı zorakılıq və aqressiya nümayiş etdirməyə başlayıblar. Belə ki, onlar idarə etdikləri avtomobillərdən azərbaycanlılara təhqirlər yağdırıblar və onlardan bir neçəsi avtomobillərini həmyerlilərimizin üzərinə sürməyə çalışıb. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün Los Anceles Polis idarəsinin əməkdaşları onların ətrafına düzülüb.

Ermənilərin artan aqressiyasını görən Baş Konsulluq həmyerlilərimizin təhlükəsiz şəkildə oradan uzaqlaşdırılması məqsədilə dərhal avtobus şirkətlərilə əlaqə saxlayaraq, avtobus təşkil edilməsi prosesinə başlayıb. Ancaq 15 dəqiqə sonra Los Anceles polisi icma üzvlərimizə onların təhlükəsizliyini təmin edə bilməyəcəklərindən ehtiyat etdiklərini bildirərək, onları polisin müşayiəti ilə həmin yerdən uzaqlaşdırmağa başlayıb. Lakin təəssüf ki, daşnaklar həmyerlilərimizə bu anda hücum edərək, onlara müxtəlif bədən xəsarətləri yetiriblər. Nəticədə biri qadın olmaqla 7 həmyerlimiz müxtəlif xəsarətlər alıb. Bundan başqa, qadın həmyerlimizi erməni zorakılığından mühafizə etməyə çalışan polis əməkdaşı da başından xəsarət alıb. Xəsarət alan azərbaycanlılardan 4 nəfər xəstəxanaya müraciət edib. Baş konsul Nəsimi Ağayev xəstəxanaya gedərək, xəsarət alan həmyerlilərimiz ilə görüşərək, erməni cinayətkarların məsuliyyətə cəlb olunmaları üçün bütün lazımi tədbirlərin görüldüyünü bildirib.

Hadisədən dərhal sonra baş konsul Los Anceles Polis idarəsinin rəisi Michel Moore ilə əlaqə saxlayaraq, vəziyyətin ciddiliyi ilə bağlı ona məlumat verib və polisin erməni zorakılığının qarşısını ala bilməməsi ilə bağlı ciddi iradını bildirib. Qeyd olunub ki, öncədən Los Ancels Polisi icmamızın keçirdiyi bu əks-nümayişdən xəbərdar olub və Baş Konsulluğa nümayişçilərin təhlükəsizliyinin tam təmin olunacağına zəmanət verib. Ancaq nümayiş günü Los Anceles Polisi tərəfindən adekvat tədbirlər görülmədiyindən bu hadisə baş verib. M.Moore baş konsuldan baş verən bu hadisəyə görə dəfələrlə üzr istəyərək, məsələnin ciddi araşdırılacağını, bununla bağlı xüsusi istintaq qrupu yaradacağını qeyd edib.

Hazırda istintaq qrupu yaradılıb və müvafiq təhqiqat aparılır. Baş Konsulluq erməni cinayətkarlarının bu vəhşiliyini Los Anceles meri və digər rəhbər şəxsləri qarşısında qaldıraraq, cinayətkarların dərhal müəyyən edilərək məsuliyyətə cəlb olunmaları üçün müvafiq tədbirlərin görülməsini tələb edib”.

 

Xoşqədəmin “Whatsapp” yazışmaları üzə çıxdı
Teleaparıcı Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Səni axtarıram” verilişinə müraciət etmiş 13 yaşlı Aybəniz adlı qızla olan “Whatsapp” yazışmasını canlı efirdə yayımlayıb.

 Aybəniz və atası bəzi saytlara onlar üçün başladılan yardım kompaniyasında yığılan vəsaitin başqa yerlərə xərclənməsi barədə açıqlama veriblər. Aparıcı isə məsələnin tam əksini olduğunu isbatlayaraq, Aybənizlə olan şəxsi yazışmasını təqdim edib.

 
Əlvida pandemiya! Əlvida koronavirus!
Çexiyada maraqlı festival keçirilib.

Belə ki, ölkənin paytaxtı Praqada “Əlvida Pandemiya" (COVİD-19) festivalı keçirilib. Bununla əlaqədar "Charles Bridge" meydanında 500 metr uzunluğunda yemək masası salınıb. Festivalda 2000 nəfərdən çox adam iştirak edib.  Yerli sakinlər əyləncəli vaxt keçiriblər.

Sözügedən fotoları təqdim edirik:

На изображении может находиться: один или несколько человек, толпа и на улице

На изображении может находиться: один или несколько человек, люди гуляют и на улице

На изображении может находиться: 3 человека, толпа и на улице

На изображении может находиться: небо и на улице

Məleykə cazibədar görünüşü ilə MEYDAN OXUDU
Xalq artisti Məleykə Əsədovanın son paylaşımı maraqla qarşılanıb.

“Ölkə.Az” xəbər verir ki, o, qara rəngli, qısa libası ilə kamera qarşısına keçib. Xalq artistinin əlbisəsinin uzun yarığı da diqqətlərdən yayınmayıb. Məleykə Əsədovanın yayımladığı foto izləyicilər tərəfindən bəyənilib. Onlar Xalq artistinin ünvanına xoş şərhlər yazıblar.

Zaman-zaman Almaniya və Azərbaycan mediasının gündəmində olan Lana Atakişiyeva bir daha diqqətləri üzərinə çəkməyi bacarıb.
 
Baku.ws xəbər verir ki, Berlində polis komissarı işləyən azərbaycanlı qız sosial şəbəkədəki görüntüləri ilə marağa səbəb olub.
 
Azərbaycanlı xanım polis iş vaxtından sonra öz istirahətinə vaxt ayırır. İstirahət etdiyi yerlərdən tez-tez fotolar paylaşan Lana “Instagram”da fenomenə çevrilib.
 
Qeyd edək ki, Lana 15 il əvvəl, 15 yaşında ailəsi ilə birlikdə Almaniyaya köçüb. 30 yaşlı Lana Berlinin Noyköln rayonunda polis komissarıdır.
 
O, bundan əlavə fitneslə məşğul olub və pianoda ifa edə bilir. O, alman, rus, türk, ingilis və fransız dillərində danışa bilir.
 

Fərəc Quliyev evini yarım milyona satışa çıxardı

Deputatlığa namizəd Fərəc Quliyev Bakıda mənzillərindən birini satışa çıxarıb.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

O bildirib ki, Fərəc Quliyev Nərimanov rayonunda, Hənifə Ələsgərov küçəsindəki elit binada 240 kvadratmetrlik 4 otaqlı lüks təmirli mənzilini 550 min manata satışa çıxarıb.

C.Həsənlinin sözlərinə görə, mənzil əmlak şirkətləri vasitəsilə yanvarın 22-də satışa təqdim olunub.