Son xəbərlər

 

Milli.Az Kulis.az-a istinadən Xalq şairi Musa Yaqub haqqında maraqlı faktları təqdim edir.

 

Yaqubov Müsavat Səfiməmməd oğlu 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim, Buynuz kənd ibtidai məktəbində müəllim və müdir işləmişdi. 1967-ci ildə ADU-nun filologiya fakültəsinə daxil olub, qiyabi təhsil alır.

***

Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışır.

Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayır. İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilir. M. F. Axundov adına mükafata layiq görülür.

***

O, 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının xalq şairi" fəxri adına layiq görülür.

***

Ən məşhur şeiri "Bu dünyanın qara daşı göyərməz"dir. Heç bir şairin şeirinə bu şeirə yazıldığı qədər nəzirə yazılmayıb.

***

"Bu dünyanın qara daşı göyərməz"lə bağlı başqa bir fakt... Sosialist inqilabının ildönümü ilə bağlı şeir məclisi təşkil olunubmuş. Bütün tanınmış şair-yazıçılar orda iştirak edirmiş. Şair Qabil Mirzə İbrahimova deyib ki, Musa Yaqubun yaxşı şeiri var, icazə verin oxusun. "Bu dünyanın qara daşı göyərməz" şeirinin sosialist inqilabının ildönümündə yaxşı qarşılanmayacağını düşünən Musa Yaqub istəyib ki, başqa şeir oxusun. Qabil israr edib ki, həmin şeir səslənsin. Musa Yaqub ayağa qalxıb şeiri deyib. İçəriyə ölü sükut çökür. Rəsul Rzanın bu yerdə səsi eşidilib: "Çox gözəl şeirdir". Və ondan sonra Musa Yaqubu gurultuyla alqışlayıblar.

Şeirin yaranma tarixçəsini Musa Yaqub belə danışır:

"Mən Əhmədli qəsəbəsində qalanda axşamlar bizim pəncərəyə işıq düşürdü. Yaxınlıqda əhəng daşı yandırırdılar. Səhərəcən o daşların səsini eşidir, onların necə əziyyət çəkdiyini hiss edirdim. Daşlar yandıqca qaralır, sonra ağarırdı. "Əhəng daşı" adlı şeir də yazdım. Amma ürəyimdə yenə nəsə qaldı. Zaman-zaman deyilə-deyilə, hallana-hallana, canımda-ruhumda bişə-bişə gəlib belə bir şeirə döndü o duyğular. Mən o şeiri yazmadım. Eləcə ayağa qalxıb Sabir adına kitabxanadakı məclislərin birində oxudum. Qabil də hamı kimi ilk dəfə orda eşitmişdi".

***

Musa Yaqub həm də təbiət şairi kimi tanınıb. Ağaclara olan sevgisi barədə ona sual veriləndə şair deyir: Ağaclara olan sevgimə görə bəlkə Allah mənə əlimdəki çəliyi mükafat verdi.

doo.az

Müsahibələrinin birində deyib: "Mən ömründə otaqda şeir yazmamışam. Fikirləşə-fikirləşə, duyğulana-duyğulana şeirlərimi təbiətin ağuşunda yazmışam".

Doğulub, boya-başa çatdığı və dünyada ən çox sevdiyi Buynuz kəndini ona görə tanıyırlar. Çox vaxt bu kəndə "Musa Yaqubun kəndi" deyirlər.

***

Musa Yaqubun yaşı 80-i keçsə də onun saçları ağarmamış, qapqara qalmışdı. Saçının hələ də qara olmasına özünün açıqlaması belə idi: "Çoxları yazanda başı ilə düşünür, mən isə ürəyimlə. Saçım ona görə ağarmayıb".

***

Onu dağdağan ağacına oxşadırlar. Şair Məmməd İsmayıl deyib ki, Musa Yaqubun əlinə müqəddəs dağdağan ağacı kimi əski bağlayıb niyyət eləmək olar.

O, həyatda da bu cür xeyirxah və əliaçıqdır. Füzuli rayonundan qaçqın düşən şair Mətləb Misirin ailəsinə öz evində uzun müddət sığınacaq verib, onlara ən ağır günlərindən yaxından köməklik edib.

***

Millət vəkili olan vaxt Milli Məclis haqqında çox sərt bir şeir yazmışdı. Bu şeir bir çox dairələrdə etirazla qarşılanmışdı. Həmin şeir bduur:.

Ürək telim buz bağladı,
Dondurdu sırsıra məni,
Mən hara, bu məclis hara,
Kim gətirdi bura məni?

O zorbala, bu ərköyün,
Üz qırmızı alın düyün,
Açması yox bu örtüyün,
Salacaqlar tora məni.

Bir az susdum, bir az dedim,
Bu oyundan xilas dedim,
Ha üç badam bir qoz dedim,
Qoşdular bu xora məni.

***

Musa Yaqubun İsmayıllıdakı evi o regiona yolu düşən bütün ədəbiyyat adamlarının doğma evi olub. Ədəbi mühitdən o evə getməyən nadir şair-yazıçı tapmaq olar. O evə getməyən və Musa müəllimin süfrəsində oturmayan...

Şair həm təmizliyinə, həm də təbiətə bağlılığına görə gah şaman, gah buddist hesab edənlər vardı. Qəribədir, Musa müəllim özü bu sözlərin mənasını müfəssəl bilməyib.

***

Musa Yaqub həkimlərin məsləhətinə əməl edərək bir ay dilinə araq vurmur. İçki içmədiyi günlərdə də məclislərdə iştirak edən şair araq içənlərin hamısının bir-birini təkrarladığını görüb təəccüblənir. Öz-özünə deyir, ilahi, içənlərə qoşulmadan üç-dörd saat məclisdə əyləşmək necə əzablıdır. Sonra içindəki səsə əlavə edir: "Ay dadi-bidad, gör illərlə məclisdə içəndə ayıqlara nə qədər zülm eləmişəm".

***

Musa Yaqubun "Taleyin qisməti" şeiri ünvanlı olub. Yəni başqa bir xanıma yazılıb. Şair özü də etiraf edir ki, 1986-cı ildə yazdığı bu şeiri 40 yaşında vurulduğu bir qadına yazıb. "Həyat yoldaşınız qısqanmırdı?" - sualına isə belə cavab verib: "Məni şeirə bağışlayırdı".

Şair həyat yoldaşı Zöhrə xanıma heç vaxt şeir yazmadığını desə də, onun ölümündən sonra etiraf edib: "Qadınsız yaşamaq, ürəyinin dərdini həyat yoldaşıyla bölüşə bilməmək əzabdır. O, gedəndən sonra hiss etdim ki, əslində ona çox şeirlər yazmışam."

***

Musa Yaqub eynən dostu Məmməd Araz kimi parkinson xəstəliyindən əziyyət çəkirdi.

undefined

O, 7 may 2021-ci ildə, ad gününə üç gün qalmış 84 yaşında vəfat etdi. Xalq şairi vəsiyyətinə əsasən doğulduğu Buynuz kəndində valideynlərinin və həyat yoldaşının məzarı yanında torpağa tapşırılacaq.

15 Aprel 2024 AYB-dən Çingiz Abdullayevlə bağlı açıqlama
15 Aprel 2024 Elariz ABŞ-da nə iş görür: qayıdacaqmı? – Özü açıqladı
13 Aprel 2024 Çingiz Abdullayevi onlar zəhərləyib...
11 Aprel 2024 Bakıda “Türkçülüyün Məsələləri” kitabı çap olundu - Foto
04 Aprel 2024 Kamal Abdulla Serbiyanın səfiri ilə görüşdü
04 Aprel 2024 Tarixi yalan: Şah Şirvanşahların məzarlarını dağıdıb?
03 Aprel 2024 Bunu ilk dəfədir açıqlayıram: Yusif, Sabir, Zəlimxan…
02 Aprel 2024 Kamal Abdullanın şeirləri bu dillərdə çap olundu
25 Mart 2024 Orfoqrafiya lüğətimiz Türkiyədə nəşr olundu
17 Mart 2024 Anar həmin videodan danışdı: Axmaq paylaşımlar...
15 Mart 2024 Orxan Saffarinin yeni kitabı nəşr olundu
14 Mart 2024 İran Nizami Gəncəvidən İrəvanda da əl çəkmir
14 Mart 2024 Harada xatırlanıramsa, orada şaham - Babək
04 Mart 2024 Natiq Səfərovun qızı ölümlə çarpışır. Onu xilas edək!
22 Fevral 2024 Mövlud əslində gənc yaşında həlak olmuşdu…
30 Dekabr 2023 ETTELAAT güneyli yazarı saxladı
25 Noyabr 2023 Anar sürücü və katibəsinə ev verməsinin səbəbini açıqladı
09 Oktyabr 2022 Sabir Rüstəmxanlıya ağır itki
16 Avqust 2022 Bir qrup gənc şair bu şəhərimizdə toplandı
08 Avqust 2022 Tanınmış şairin yeni kitabı çapdan çıxdı
03 Avqust 2022 Səməd Vurğunun “Azərbaycan”ı plagiatdır?
28 İyun 2022 Sabirə həsr olunmuş konfrans keçirildi
23 İyun 2022 AYB-nin qurultayı Şuşada keçiriləcək? - Anar açıqladı
12 May 2022 Zəlimxan Yaqubun qardaşı vəfat etdi
12 Aprel 2022 Sabir Rüstəmxanlı Ukraynadakı səfirlikdən şikayətləndi
24 Mart 2022 Səmədin Ukrayna partizanları haqda məşhur şeiri
28 Fevral 2022 İran rəsmisi: Nizami İran və fars şairidir
03 Yanvar 2022 Nizaminin Xəmsəsinin bir səhifəsi Bakıya gətirildi
14 Noyabr 2021 Niderlandda Nizamiyə həsr edilmiş kitab çap olundu
21 Oktyabr 2021 Kamal Abdulla ingilis professorlarla görüşdü