Nizami Gəncəvini olduğu kimi tədqiq edən, onun həyat və yaradıcılığı ilə bağlı düzgün yanaşma və dəqiq faktları ortaya qoyan milli və əcnəbi nizamişünaslıq materiallarının xarici dillərə tərcümə olunub, nəşr olunaraq yayılmasına da böyük ehtiyac duyulur. Çünki yalnız bu şəkildə biz şairin həyat və yaradıcılığı ilə bağlı səhv müddəaların yayılmasının qarşısını ala, dünya elmi ictimaiyyətinə Nizamini olduğu kimi təqdim edə bilərik.

Milli.Az bildirir ki, bunu Trend-ə AMEA Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov deyib.

Onun sözlərinə görə, Nizami irsinin öyrənilməsi hələ şairin öz zamanında başlamış, əsrlər ötdükcə nizamişünaslıq şərqşünaslıq elminin bir mühüm sahəsi kimi formalaşmışdır. Ötən əsrin əvvəllərindən başlayaraq bu sahədə çox mühüm nailiyyətlər əldə olunsa da, hər sahədə olduğu kimi bu istiqamətdə də müəyyən problemlər var:

"Məsələn, nə qədər təəccüblü olsa da, hələ də xarici ölkələrin mətbuatında, ayrı-ayrı nəşrlərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin milli mənsubiyyəti, onun doğum yeri haqqında əsassız müddəalar irəli sürülür. Bəzi müəlliflər ilkin mənbəyə əsaslanmadan, yaxud qaynaqları istədikləri kimi şərh etməklə şairin tərcümeyi-halı, mühiti və yaradıcılığı ilə bağlı müxtəlif absurd iddialarla çıxış edirlər. Qərəzli tədqiqatçılar hələ XX əsrin 40-cı illərində nüfuzlu milli və əcnəbi alimlərin tutarlı dəlillərlə təkzib etdiyi heç bir fakta söykənməyən əsassız fərziyələri təkrarlayır, gah Nizaminin Gəncədə yaşasa da, türk əsilli olmamasını, gah da əcdadlarının Gəncəyə İran dilli tayfaların yaşadığı ərazilərin birindən köçdüyünü sübuta yetirməyə çalışırlar".

Ə.Nəcəfov qeyd edib ki, bu sahədə mövcud problemlərdən biri də Nizami əsərlərini tədqiq edən müəlliflərin bəzilərinin orijinal mətnə söykənmədən müddəalarını tərcümələr üzərində qurmasıdır. Bu da onların çox vaxt səhv nəticələrə gəlmələrinə səbəb olur. Belə hallar baş verdikdə ölkəmizin son səksən ildə nizamişünaslıq sahəsində əldə etdiyi mühüm nailiyyətlərə kölgə salmış olurlar.

Alim əlavə edib ki, tədqiqatçıların əksəriyyəti şairin əsərlərinin, yəni "Xəmsə"yə daxil olan poemaların ötən əsrin 40-cı illərində tərtib olunan elmi-tənqidi mətnlərdən istifadə edir. Bu kitablar da çox nadir hallarda tapılır. Hazırda müstəqillik illərinin yaratdığı imkanlardan istifadə edib dünyanın müxtəlif ölkələrində qorunan Nizami əsərlərinin ən qədim əlyazmalarını tədqiqata cəlb etməklə mükəmməl elmi-tənqidi mətnini tərtib etməyə ehtiyac duyulur:

"Şairin əsərlərini ötən əsrin 2-ci yarısında doğma dilimizə olunan filoloji tərcüməsinin üzərində çalışıb, mövcud səhvləri təshih etmək və bədii tərcümələrdəki qeyri-dəqiq, hətta bəzən səhv tərcümələri imkan daxilində düzəltmək zərurəti var. Nizami lüğətinin tərtibi sahəsində ötən əsrin 80-ci illərində bir sıra mühüm addımlar atılsa da, hələ də bu iş tam yerinə yetirilməmiş qalır".

25 Yanvar 2021 “Dəmir Yumruq” kitabı nəşr olundu: Pulsuz paylanır
12 Yanvar 2021 Paşayevin “ön sözü” ilə akademikin yeni kitabı...
04 Yanvar 2021 Akademik Teymurun qələbəsindən yazdı: Göz yaşları...
02 Yanvar 2021 Xalq yazıçısından Prezidentə məktub
28 Dekabr 2020 Erməni liderin qalmaqallı kitabı Təbrizdə nəşr olundu - Video
19 Dekabr 2020 “Təmrin”in Rəsul Rza ilə bağlı xüsusi nömrəsi
26 Noyabr 2020 Yarımçıq yubiley portreti...
19 Noyabr 2020 Xalq yazıçısının “Seçilmiş əsərləri”nin IV cildi - Foto
15 Noyabr 2020 Azərbaycanda şiə məzhəbini yayan Şah İsmayıl olub?
12 Noyabr 2020 Çuvaş xalq yazıçısından Qarabağ təbriki
10 Noyabr 2020 Bu gün qəhər boğazımızdadır... – Xalq yazıçısı
06 Noyabr 2020 Anara açıq məktub: Əgər it quduzdursa…
27 Mart 2020 Ermənilərin daha bir rəzilliyi — TÜRKLƏRİ QƏZƏBLƏNDİRDİ – VİDEO
18 Oktyabr 2019 Azərbaycanda zibilin içindən nadir kitab tapıldı
13 İyun 2019 Fəxrəddin Zeynalov: " Xalqımızın xilaskarı- Heydər Əliyev"
09 May 2019 Dünya siyasətinin sönməyən günəşi Heydər Əliyev.
15 Mart 2019 Azərbaycan prezidentinin babasının təhsilinə Hacı Zeynalabidin Tağıyev necə kömək edib – tarixi fakt
13 Mart 2019 Anar: “Vəsaitin hamısı yazıçılara xərclənəcək”
16 Fevral 2018 O məktəbi fəaliyyətsiz hala salanlar... - Kamal Abdulla
04 Oktyabr 2017 Alber Kamyu: “İcazə verin ölüm…”
02 Oktyabr 2017 “Jurnalist xanım iki ay Nizami Gəncəvinin telefonunu axtardı”
09 Sentyabr 2017 Yazıçı Anar “26” kafesi ilə bağlı: “Gülüncdür, böyük absurddur”
09 Sentyabr 2017 Bakının dərdi var, Bakı xəstədir... - “26-lar” poeması
08 Sentyabr 2017 Anardan Akif Əlinin fındıqbaş sözünə - Reaksiya
30 Avqust 2017 Fərman Kərimzadənin oğlu həbsdə qaldı – Qərar
26 Avqust 2017 40 milyon azərbaycanlı ayağa qalxa bilər
22 Avqust 2017 Görkəmli şairimizin məqbərəsi bərpa edilir
22 Avqust 2017 Türkiyədəki “azəri yurdu” – Şanlıurfadan reportaj
22 Avqust 2017 Heydər Əliyev dedi ki, cızıqdan millət naminə niyə çıxmırsınız?
19 Avqust 2017 Tanınmış şair nəvəsinə toy edir