ADA Universitetinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə ithaf etdiyi “Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud” dastanı“ kitabı işıq üzü görüb.

 

Kult.az xəbər verir ki, akademik Kamal Abdullanın müəllifi olduğu kitabın ön sözünü ADA Universitetinin rektoru, professor Hafiz Paşayev yazıb.

Kitabda Azərbaycan, azərbaycançılıq və azərbaycanşünaslıq anlayışları, azərbaycançılığın bir məfkurə, siyasi hərəkat, mənəvi məkan kimi əhəmiyyəti barədə söhbət açılır, Azərbaycanın intibah və maarifçilik kimi tarixi dönəmlərdə bəşəriyyətə verdiyi töhfələr, XIX və XX əsrlərdəki “ilk dəfələri”, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin banisi kimi rolu işıqlandırılır.

Ön sözdə bildirilib ki, müstəqil Azərbaycan dövləti xalqımız üçün ən qiymətli və ali tarixi nailiyyətdir. Onun qorunması, möhkəmləndirilməsi özünü azərbaycanlı hesab edən hər bir insanın müqəddəs borcudur:

“Bu missiyanı təmin etmək üçün “azərbaycançılıq” ideologiyası təhsilimizin müxtəlif pillələrində öz əksini tapmalıdır. Belə fəlsəfədən irəli gələrək universitetimizin təşəbbüsü ilə 2014-cü ildən başlayaraq “Azərbaycanşünaslıq” fənninin tədris edilməsinə başlanıldı. O zamana qədər tələbələrimizə milli kimliyin aşılanması həyata keçirdikləri çoxsaylı sosial məsuliyyət layihələri vasitəsi ilə öyrədilirdisə, azərbaycanşünaslığın tədrisi bu sistemli yanaşmanı elmi baza ilə möhkəmlətdi. Bu fənni tədris edəcək müəllim kimi milli-mənəvi dəyərlərimizin toplusu və ədəbi fikrimizin zirvəsi hesab edilən “Kitabi-Dədə Qorqud” dastanının aparıcı mütəxəssisi, bütün ədəbi və elmi əsərlərində dərin simvolik mənaları məharətlə və metodoloji şəkildə açan Kamal Abdullaya müraciət etdik. O, təklifimizi qəbul edərək bakalavr proqramının ilk ilinin tələbələri üçün “Azərbaycanşünaslıq” fənnində mühazirələr oxudu. ADA Universitetinin oxuculara təqdim etdiyi “Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud” dastanı kitabı həmin fənnin mühazirələri əsasında tərtib edilib”.

Xalq yazıçısı Kamal Abdulla isə “Müəllifdən” olan hissədə bunları yazır: “Mənə bu kitabda əks etdirdiyim fikirlərimi ADA Universitetinin tələbələri ilə bölüşmə fürsəti verdiyinə görə Universitetin rektoru görkəmli alim, elm qurucusu, diplomat, professor Hafiz Paşayevə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda mühazirələrimi yazıya çevirməkdə mənə kömək etmiş Universitet əməkdaşlarına minnətdaram. Əlbəttə ki, ADA Universitetinin tələbələri bu mühazirələri dinləyə-dinləyə öz sualları, təkliflərilə mənə əvəzedilməz dərəcədə faydalı oldular. Onlar da sağ olsunlar. Bu kitabı oxuyub fikrini mənimlə bölüşmək istəyəcək oxucular, arzu edirəm ki, bu istiqamətdə yazılan yazının ilk təcrübə olduğunu nəzərə alacaq və müəllifin yazdıqlarına mümkün qədər anlayışla yanaşacaqlar”.

Kitab “Şərq-Qərb” nəşriyyatında işıq üzü görüb.

25 Yanvar 2021 “Dəmir Yumruq” kitabı nəşr olundu: Pulsuz paylanır
15 Yanvar 2021 Nizamini olduğu kimi tədqiq edən materialların yayılmasına böyük ehtiyac var - Alim
04 Yanvar 2021 Akademik Teymurun qələbəsindən yazdı: Göz yaşları...
02 Yanvar 2021 Xalq yazıçısından Prezidentə məktub
28 Dekabr 2020 Erməni liderin qalmaqallı kitabı Təbrizdə nəşr olundu - Video
19 Dekabr 2020 “Təmrin”in Rəsul Rza ilə bağlı xüsusi nömrəsi
26 Noyabr 2020 Yarımçıq yubiley portreti...
19 Noyabr 2020 Xalq yazıçısının “Seçilmiş əsərləri”nin IV cildi - Foto
15 Noyabr 2020 Azərbaycanda şiə məzhəbini yayan Şah İsmayıl olub?
12 Noyabr 2020 Çuvaş xalq yazıçısından Qarabağ təbriki
10 Noyabr 2020 Bu gün qəhər boğazımızdadır... – Xalq yazıçısı
06 Noyabr 2020 Anara açıq məktub: Əgər it quduzdursa…
27 Mart 2020 Ermənilərin daha bir rəzilliyi — TÜRKLƏRİ QƏZƏBLƏNDİRDİ – VİDEO
18 Oktyabr 2019 Azərbaycanda zibilin içindən nadir kitab tapıldı
13 İyun 2019 Fəxrəddin Zeynalov: " Xalqımızın xilaskarı- Heydər Əliyev"
09 May 2019 Dünya siyasətinin sönməyən günəşi Heydər Əliyev.
15 Mart 2019 Azərbaycan prezidentinin babasının təhsilinə Hacı Zeynalabidin Tağıyev necə kömək edib – tarixi fakt
13 Mart 2019 Anar: “Vəsaitin hamısı yazıçılara xərclənəcək”
16 Fevral 2018 O məktəbi fəaliyyətsiz hala salanlar... - Kamal Abdulla
04 Oktyabr 2017 Alber Kamyu: “İcazə verin ölüm…”
02 Oktyabr 2017 “Jurnalist xanım iki ay Nizami Gəncəvinin telefonunu axtardı”
09 Sentyabr 2017 Yazıçı Anar “26” kafesi ilə bağlı: “Gülüncdür, böyük absurddur”
09 Sentyabr 2017 Bakının dərdi var, Bakı xəstədir... - “26-lar” poeması
08 Sentyabr 2017 Anardan Akif Əlinin fındıqbaş sözünə - Reaksiya
30 Avqust 2017 Fərman Kərimzadənin oğlu həbsdə qaldı – Qərar
26 Avqust 2017 40 milyon azərbaycanlı ayağa qalxa bilər
22 Avqust 2017 Görkəmli şairimizin məqbərəsi bərpa edilir
22 Avqust 2017 Türkiyədəki “azəri yurdu” – Şanlıurfadan reportaj
22 Avqust 2017 Heydər Əliyev dedi ki, cızıqdan millət naminə niyə çıxmırsınız?
19 Avqust 2017 Tanınmış şair nəvəsinə toy edir