Son xəbərlər

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın “Seçilmiş əsərləri”nin dördüncü cildi işıq üzü görüb.

 

Kult.az xəbər verir ki, kitab müəllifin “Qorqudnamə” adı altında birləşdirdiyi elmi, publisistik əsər­lərdən bəzilərini əhatə edir. Bu cildə Kamal Abdullanın xalqımızın ana kitabı “Kitabi-Dədə Qorqud” dastanının gizli qatlarından dünya xalq­la­rı­nın eposları ilə müqayisəli şəkildə bəhs edən “Gizli “Dədə Qorqud”, yaxud Mif­dən Yazıya” kitabı, Dastanın poetik özəlliklərini elmi əsəslarla şərh edən fundamental “Kitabi-Dədə Qorqud” poetikasına giriş” monoqrafiyası, Azərbaycanşünaslığın “Dədə Qorqud” dastanında təzahürünü tapmış so­sial, iqtisadi, etnik, dini, milli, siyasi köklərindən bəhs edən “Azərbay­can­çılıq və “Kitabi-Dədə Qorqud” adlı dərs vəsaiti və dastanla bağlı elmi-pub­li­sistik məqalələri, oçerkləri daxil edilib.

Cildə müəllifin Qorqudşünaslıqla bağlı həyata ke­çir­diyi genişmiqyaslı işlərin və araşdırmaların, o cümlədən, “Gizli “Dədə Qor­­qud” silsiləsinin yalnız bir qismi daxil edilib. Belə ki, akademik Kamal Ab­dullanın 1991-ci ildə çap olunmuş “Gizli “Dədə Qorqud” əsəri 1999-cu ildə əlavələr edilmiş və təkmilləşdirilmiş halda “Sirriçində dastan” və yaxud Gizli “Dədə Qorqud”-2” adı ilə yenidən nəşr edilib. Lakin bu ki­tab­la­rın heç biri IV cildə daxil edilməyib. Bu kitabların bütün elmi kvin­tessensiyası müəllifin IV cildə daxil edilən “Gizli “Dədə Qorqud”, yaxud “Mifdən Yazıya” (Bakı, Mütərcim, 2009) adlı monoqra­fi­ya­sında akkumulyasiya olunub.

Müxtəlif illərdə türk və rus dillərinə tərcümə olunaraq Türkiyə və Rusiyada çap edilən bu silsilə kitabların mahiyyəti və əsas mövzusu “Kitabi-Dədə Qorqud” dastanının dərinində miflə yazının müna­si­bət­lə­ri­nin araşdırılmasından ibarətdir.

Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poeti­ka­sına giriş” (Bakı, 2017) monoqrafiyası dünya kulturoloji fikrinin kon­teks­tin­də yazılmış bir əsər kimi bu cilddə xüsusi yer tutur. Bu dərin elmi tədqi­qat əsə­ri rus dilinə tərcümə edilərək “Введение в поэтику “Китаби-Деде Коркуд” (Москва, Художественная литература, 2018) adı ilə Rusiyada, türk dilinə çevrilərək “Dede Korkud Kitabı” Poetikasına Giriş” (İstanbul, Ötüken Basınevi, 2020) adı ilə Türkiyədə nəşr edilib.

Bu cildin son bölümünü təşkil edən məqalələr də birbaşa “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı Kamal Abdullanın müxtəlif illərdə yazıb ölkəmizdə və xaricdə çap etdirdiyi dastan mətninin ayrı-ayrı problemlərindən bəhs edən elmi və elmi-populyar tədqiqlərdir.

Xalq yazıçısı Kamal Abdullanın çoxcildliyinin müxtəlif cildlərinə daxil edilən “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında yazılmış şeirlər, kiçik poemalar, esselər, hekayələr, romanlar, pyeslərlə yanaşı, bu isti­qamətdə namizədlik və doktorluq dissertasiyalarına rəhbərlik etməsi, Qor­qudşünaslıqla bağlı məruzələri, müsahibələri də, əslində, müəllifin dəyərli “Qorqudnamə”sinə daxil edilə bilər. Deməli, “Qorqudnamə” bu gün də davam edir desək, səhv etmərik. Məhz buna görə Kamal Abdullanın Qorduqşünaslıq istiqamətindəki titanik fəaliyyətini yüksək dəyər­ləndirən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 1999-cu ildə Azərbaycan xalqının mühüm tarix və mədəniyyət abidələrindən olan “Kitabi-Dədə Qorqud” dastanının tədqiqindəki xidmətlərinə görə ona “Azər­baycan Respublikasının əməkdar elm xadimi” fəxri adını verib.

26 Noyabr 2020 Yarımçıq yubiley portreti...
15 Noyabr 2020 Azərbaycanda şiə məzhəbini yayan Şah İsmayıl olub?
12 Noyabr 2020 Çuvaş xalq yazıçısından Qarabağ təbriki
10 Noyabr 2020 Bu gün qəhər boğazımızdadır... – Xalq yazıçısı
06 Noyabr 2020 Anara açıq məktub: Əgər it quduzdursa…
27 Mart 2020 Ermənilərin daha bir rəzilliyi — TÜRKLƏRİ QƏZƏBLƏNDİRDİ – VİDEO
18 Oktyabr 2019 Azərbaycanda zibilin içindən nadir kitab tapıldı
13 İyun 2019 Fəxrəddin Zeynalov: " Xalqımızın xilaskarı- Heydər Əliyev"
09 May 2019 Dünya siyasətinin sönməyən günəşi Heydər Əliyev.
15 Mart 2019 Azərbaycan prezidentinin babasının təhsilinə Hacı Zeynalabidin Tağıyev necə kömək edib – tarixi fakt
13 Mart 2019 Anar: “Vəsaitin hamısı yazıçılara xərclənəcək”
10 Oktyabr 2018 Hanı qadına əyri baxanın gözünü çıxaran Bakı cavanları?..
08 Oktyabr 2018 “Bəzi dostlarımı hələ görməmişəm” - Musa Yaqub
05 Oktyabr 2018 Yazarların “Hər yerdə ədəbiyyat” kampaniyası başlatmasının əsl səbəbi nədir?
11 Sentyabr 2018 Şairlər nədən və kimdən yazır...
05 İyul 2018 “Qanun”dan yeni nə var?
05 İyul 2018 Aşıq Ələsgərin sonuncu nəvəsi vəfat etdi - Foto
28 İyun 2018 Gövhər ağa Cavanşirin həyatına dair kitab yazılır
23 May 2018 Şah İsmayıl əslində necə öldü? – Şok versiyalar
28 Aprel 2018 Əhməd Cavad bu şeiri sovet diktəsilə yazıb? - Sirli məqam
26 Aprel 2018 Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 110 il keçir
05 Aprel 2018 Şah İsmayılla bağlı qaranlıq məqamlar... - “Taclı Bəyim”
05 Aprel 2018 Artıq sirri açmağın zamanıdır: İlk dəfə... – Anar
14 Mart 2018 Səməd Vurğunun əlifba çıxışı – Nadir video
14 Mart 2018 İlk dəfə böyük pulu onda gördüm - Anar
12 Mart 2018 Süleyman Rüstəm Cavid haqda nələr deyib? - İki fakt
28 Fevral 2018 "Alimlərimiz lupanı əlinə alıb, toyuğun dalına düşür ki..."
24 Fevral 2018 Sabir Rüstəmxanlı türkman liderlə nədən danışdı
22 Fevral 2018 Dəhşətli tədqiqat: Ələsgərin sünnəti hardadır?
16 Fevral 2018 O məktəbi fəaliyyətsiz hala salanlar... - Kamal Abdulla