Son xəbərlər

 

Dünya siyasətinin sönməyən günəşi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin çoxillik zəngin siyasi fəaliyyəti xalqımızın dövlətçilik tarixində müstəsna rol oynamışdır. Müstəqil Azərbaycan sosial-iqtisadi bünövrəsi məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində ötən əsrin 69-ci illərində qoyulmuşdur. 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan SSRİ-nin tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrilmiş, ölkəmizin gələcək dövlət müstəqilliyi üçün möhkəm təməl yaradılmışdır. Sürətli iqtisadi inkişaf nəticəsində Azərbaycan İttifaq büdcəsindən dotasiya almayan, öz-özünü təmin edə bilən az sayda respublikalardan biri olmuşdur. Həmin illərdə Heydər Əliyevin səyləri ilə xalqımızın milli mənlik şüurunun, mədəniyyətinin, dilinin inkişafına güclü təkan verən tədbirlər həyata keçirilmişdir. Azərbaycan SSRİ-nin tərkibindəki üç respublikadan biri idi ki, onun Konsitusiyasında xalqın danışığı əsas dilə-Azərbaycan dilinə dövlət statusu verilmişdi. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə bir-birinin ardınca hakimiyyətə gələn qüvvələrin səriştəsiz siyasəti nəticəsində ölkənin parçalanması və milli dövlətçiliyin süquta uğraması təhlükəsi yarandı. Azərbaycan vətəndaş müharibəsi astanasında idi. Ermənistanın işğalçılıq siyasəti, ölkə daxilində hökm sürən siyasi çəkişmələr Azərbaycan dövlətinin varlığını təhlükə altında qoydu. Belə bir ağır və mürəkkəb dövrdə xalqın təkidli və tələbi ilə böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu. 1993-cü ilin iyununda Azərbaycan parlamentinin sədri seçilən Heydər Əliyev ölkədə yaranmış siyasi böhranın və hakimiyyət boşluğunun aradan qaldırılmasına nail oldu. Hərc-mərclik, özbaşnalıq hallarına, zorakılıq, silah işlətmək yolu ilə hakimiyyətə gəlmək praktikasına son qoyuldu, ictimai-siyasi sabitlik bərqərar edildi. Bütün bu işlərin həyata keçirilməsində Heydər Əliyev həmişə xalqa arxalanmış və onun tam dəstəyini almışdır. Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövr ərzində Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq, ardıcıl inkişaf yoluna çıxarmışdır. Bu illər ərzində dövlət idarəçiliyi mexanizmi yenidən yaradılmış, nizami ordu qurulmuş, geniş miqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirilmiş, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edilmiş, müstəqil Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən yeni neft strategiyası hazırlanaraq uğurla gerçəkləşdirməyə başlanmışdır. Nəticə etibarilə Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət qurulmuş, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atılmışdır. Dövlətimiz dünya birliyində layiqli yerini tutmuş, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazanmışdır. Azərbaycançılıq ideyası şüurla hakim kəsilmiş, milli birlik və həmrəylik təmin edilmişdir. Bir sözlə, Azərbaycan dövlətinin tarixində xalqının yaddaşında əbədi özünə yer eləmiş Heydər Əlirza oğlu Əliyev anadan olduğu torpağı, mənsub olduğu milləti xoşbəxt, firəvan görmək üçün ömrünü əməli fəaliyyətə, gərgin işə həsr edib. Təsadüfi deyildir ki, bütün dünyanın tanıdığı bu dahi siyasətçi haqqında nüfuzlu şəxslər, dövlət və hökumət nümayəndəliyi, elm və mədəniyyət xadimləri olduqca yüksək fikirlər səsləndiriblər. "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur" (Corc Buş), "Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır" (Jak Şirak), "Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi ilə və firəvanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqaladə xidmətləri ilə türk və dünya tarixində şərəfli yer tutmuşdur" (Rəcəb Tayyib Ərdoğan), "Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası dünya birliyində layiqli yer tutdu" (II İohan Pavel), "Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasiyanın yeni tarixinin bugünki qurucularındandır" kimi fikirlər sübut edir ki, ayrı-ayrıliqda özləri bir dahi olan bu şəxslər Heydər Əliyevi nüfuzlu siyasətçi, güclü dövlət xadimi kimi xarakterizə ediblər. Ümumiyyətlə, bu böyük şəxsiyyət bütün varlığı ilə sevdiyi Vətəni, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarmış, bizə bugünkü Azərbaycanı əmanət qoymuşdur. Deməli, Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olmaqla yanaşı, həm də dahi şəxsiyyətdir. Azərbaycanı dünyaya tanıdan böyük azərbaycanlı, ümummilli liderimiz Heydər Əliyev istedadı və şəxsi keyfiyyətləri ilə milyonlarla ürəkləri fəth etmişdir. Bu gün Azərbaycana Heydər Əliyev yolunun davamçısı İlham Əliyev rəhbərlik edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və yaşayacaqdır. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın bugünkü prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. 


Bu gün bu böyük və əbədiyaşar şəxsiyyətin doğum günüdür. O , sıralarımızda olmasa da ruhən və mənən bizimlədir , ölməzdir , əbədidir .Ruhun şad olsun , Ulu Öndər!

Zaqatala təhsil şöbəsinin müdiri Habil Qurbanov!

13 İyun 2019 Fəxrəddin Zeynalov: " Xalqımızın xilaskarı- Heydər Əliyev"
15 Mart 2019 Azərbaycan prezidentinin babasının təhsilinə Hacı Zeynalabidin Tağıyev necə kömək edib – tarixi fakt
13 Mart 2019 Anar: “Vəsaitin hamısı yazıçılara xərclənəcək”
10 Oktyabr 2018 Hanı qadına əyri baxanın gözünü çıxaran Bakı cavanları?..
08 Oktyabr 2018 “Bəzi dostlarımı hələ görməmişəm” - Musa Yaqub
05 Oktyabr 2018 Yazarların “Hər yerdə ədəbiyyat” kampaniyası başlatmasının əsl səbəbi nədir?
11 Sentyabr 2018 Şairlər nədən və kimdən yazır...
05 İyul 2018 “Qanun”dan yeni nə var?
05 İyul 2018 Aşıq Ələsgərin sonuncu nəvəsi vəfat etdi - Foto
28 İyun 2018 Gövhər ağa Cavanşirin həyatına dair kitab yazılır
23 May 2018 Şah İsmayıl əslində necə öldü? – Şok versiyalar
28 Aprel 2018 Əhməd Cavad bu şeiri sovet diktəsilə yazıb? - Sirli məqam
26 Aprel 2018 Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 110 il keçir
05 Aprel 2018 Şah İsmayılla bağlı qaranlıq məqamlar... - “Taclı Bəyim”
05 Aprel 2018 Artıq sirri açmağın zamanıdır: İlk dəfə... – Anar
14 Mart 2018 Səməd Vurğunun əlifba çıxışı – Nadir video
14 Mart 2018 İlk dəfə böyük pulu onda gördüm - Anar
12 Mart 2018 Süleyman Rüstəm Cavid haqda nələr deyib? - İki fakt
28 Fevral 2018 "Alimlərimiz lupanı əlinə alıb, toyuğun dalına düşür ki..."
24 Fevral 2018 Sabir Rüstəmxanlı türkman liderlə nədən danışdı
22 Fevral 2018 Dəhşətli tədqiqat: Ələsgərin sünnəti hardadır?
16 Fevral 2018 O məktəbi fəaliyyətsiz hala salanlar... - Kamal Abdulla
15 Fevral 2018 ADU-dan ilk: Tələbələr qaçqın məktəblərinə göndəriləcək
15 Fevral 2018 Bu, tərbiyəsizlik, vəhşilikdir - Deputatdan cavab
15 Fevral 2018 Səməd Vurğunun bu sevgisini süngüyə taxmaq olar - Deputat
30 Yanvar 2018 Akademikin qatilinin atası nə yazmışdı?
15 Yanvar 2018 Özünü öldürəcəkdi, gözlənilməz bir şey baş verdi...
30 Dekabr 2017 2017 yazarların yaddaşına belə köçdü - Sorğu
28 Dekabr 2017 Bənövşə qız, 16 yaşında qal, böyümə... - Foto
28 Dekabr 2017 FTB əməkdaşları məni izləyirlər... - Böyük yazıçı