Son xəbərlər

 

Ötən gündən başlayaraq sosial şəbəkələrdə yazarlar, tanınmışlar #heryeredebiyyat həştəqi ilə paylaşım edərək, kampaniyaya başlayıblar.

Paylaşımların hamısı vahid mətndən ibarətdir: “Ədəbiyyat həyatdan maraqlıdır. Müasir yazarlar sizin üçün yeni bir dünya yaradıb. Həyatınızı dəyişmək istəyirsinizsə, sizi bu dünyaya dəvət edirik”.

Beləliklə, tanınmışlar kamera qarşısında həmin mətni səsləndirib, həmin həştəqlə sosial şəbəkədə paylaşır.

Bəs, yeni başladılan kampaniyanın məqsədi nədədən ibarətdir?

Təşəbbüsskarlarından biri, yazar Aysel Əlizadə başladılan kampaniyanın əsas məqsədləri barədə “Yeni Müsavat”a danışıb: “Məqsədimiz ədəbiyyata, bu ölkədə yazarların var olmasına diqqət çəkməkdir. Eyni zamanda istəyirik ki, qələm, beyin adamının, intellektual insanın önəmini, hər zaman tənqid olunan, bayağılığın, xaosun içində olan insanların var olduğunu göstərməyə çalışaq. Xüsusən də gənc yazarların varlığına diqqət çəkmək istəyirik. Çünki Azərbaycan gəncliyi həmişə tənqid olunur, sanki bu gənclik yoxdur, gənclik ancaq avaralardan, savadsızlardan ibarətdir. Azərbaycanda tamamilə təmənnasız və maddi dünyaya göz dikmədən, böyük amal və ideyalarla yaşayan, yazan gənclik var. Və bu gənclik bizdən sonra gələn Azərbaycan mədəniyyətinə cavabdeh olanlardır. Onları görməmək, iqnora qoymaq mədəniyyəti iqnora qoymaq deməkdir. Bir ölkədə ki, gənclik aşağılanır, onun sabahı yoxdur. Çünki məndən sonra bu ölkənin, cəmiyyətin sahibi həmin gənclik olacaq. Biz onlara bütün mümkün olan dəstəyimizi göstərməliyik ki, onlar küsməsin, sınmasın.

Əslində Azərbaycanda çoxlu sayda sağlam təfəkkürə malik gənc yazarlar var. Stimul, qonorar, gəlir yoxdur, cəmiyyət  problemlərlə doludur, üstəlik Qarabvağ kimi də böyük bir problemimiz var. Gənclər bütün bunlardan hansının öhdəsindən gələ bilər? Ümumiyyətlə, gənc yazarları aşağılayan, onlara ironiya ilə yanaşanların ağlına şübhə edirəm. Gənclərə bu cür davranmaq, onun fikirlərinə, mübarizəsinə qəzəblə yanaşmaq olmaz”.

Aysel Əlizadə qeyd etdi ki, kampaniya dünən axşamdan başladılmasına baxmayaraq artıq yüzlərlə yazar, ziyalı, yaradıcı insanlar, oxucular qoşulub: “Təsəvvür edin ki, bu qədər maraq bir neçə saatın ərzində baş verib. Demək ki, insanlar əslində ədəbiyyata, mədəniyyətə susayıblar. Bu, yaxşı haldır”.

Yazar kampaniyadakı digər mesajdan da söz açıb: “Hesab edirəm ki, gələn adamların birliyi çox önəmlidir, çox vacibdir. Beləliklə onlar çox problemlərin öhdəsindən gələ, Azərbaycan üçün yaxşı nəticələr göstərə bilərlər. Ona görə də bütün yazarları birliyə dəvət edirik”.

Yazar Rəbiqə Nazimqızı qeyd etdi ki, kampaniya haqqında ilk ideya gənc yazar Ayxan Ayvazdan gəlib: “Belə qərara gəldik ki, Ayxan Ayvazla birləşək və ədəbiyyat adına kampaniyaya başlayaq. Ümumiyyətlə, hazırda ölmüş bir ədəbiyyat görüntüsü var. Təbii ki, bu vəziyyət nə mənim, nə də dostlarımın xoşuna gəlmirdi. Beləliklə əslində bu ideya hər birimizin içərisində var idi və fontan şəkildə qəfildən üzə çıxdı.

İstəyimiz odur ki, ədəbiyyat yaşasın, lazımi diqqət görsün, təbliğ olunsun. Bildiyiniz kimi hazırda televiziya ekranlarında daha çox şoulara üstünlük verilir, mətbuat isə hadisədən hadisəyə müraciət edir və sairə. Beləliklə bizim tribunamız yoxdur.

Oxucularımızla birbaşa ünsiyyətimiz yalnız sosial şəbəkələrdə statuslarımızın üzərindən keçir. Biz istəyirik ki, haqqımızda yazdıqlarımızı oxumadan fikir yürütməsinlər. Əgər bir şair dostumuz intihar edirsə, ona maraq bu intihar hadisəsindən gəlməsin. Eyni zamanda bizi televiziya verilişlərinə şou üçün bir-birimizi “qırmaq” üçün dəvət etməsinlər. Normal nəşriyyat universiteti yaradılsın və s...

Məsələn, qonşu Gürcüstanda kitab mağazalarının, oxucuların sayında xeyli irəliləyiş var. Bizim onlardan nəyimiz əskikdir? Beləliklə bu və ya digər səbəblərdən bir yerə yığışaraq fikirlər yürütdük. Düşünürük ki, qarşıda fləşmoblar və digər bu kimi tədbirlər də  keçirək. Ədəbiyyat adına diqqət çəkmək istəyirik. Bildirmək istəyirik ki, müasir Azərbaycan ədəbiyyatı yaranır və yaşayır. Sadəcə olaraq diqqətli olmaq lazımdır.

Ola bilsin ki, gələcəkdə bu komandada kimlərsə olmayacaq, hədəflərimiz üst-üstə düşməyəcək, amma hələ ki, hər şey öz qaydasında gedir. Kampaniyaya maraq bizi çox qane edir. Sözün düzü kampaniyaya bu qədər marağın olacağını gözləmirdim. Kampaniyaya qoşulanlar təkcə yazarlar deyil, həm də oxuculardır. Əslində belə də olmalıdır, çünki ədəbiyyat təkcə yazarlar üçün deyil, həm də oxucular üçündür”.

Kampaniyanın ilk təşəbbüskarı olan gənc yazar Ayxan Ayvaz isə sosial şəbəkədə öz fikirlərini belə bölüşüb: Son vaxtlar bu haqda düşünürdüçm ki, necə edək ki, ədəbiyyat diqqətə gəlsin. Məlum olduğu kimi hazırda yeni yazarlara olan münasibət birmənalı deyil. Satılan kitablar da ənənəvi olaraq çox tanınmış yazarların əsərləri olur. Həmçinin qalmqallar, gündəm məsələləri bizi oxuculardan yarı salıb, arada uçurum yaranıb. Mən də bu məsələni diqqətə gətirmək üçün bir status yazdım ki, ədəbiyyat naminə bir aksiya keçirək, məsələn N.Gəncəvinin heykəlinin önündə olsun. Bu statusdan sonra yazar Aysel Əlizadə, Aqşin Evrən və digrləri qrup yaratdılar və qərar gəldik ki, görüşək. Bundan sonra bir neçə təkliflər irəli sürüldü, həmin təkliflərdən biri də həştəq yaradılması ilə bağlı oldu. Sözün düzü həştağa bu qədər maraq olacağını gözləmirdim və çox heyrətləndim”.

Gənc yazar onu da qeyd etdi ki, tanınmışlardan da kampaniyaya qoşulanlar olacaq: “O cümlədən, xalq artisti Faiq Ağayev, müğənni Nura Suri, Üzeyir Mehdizadə və digərləri də bizə dəstək olacaqlar. Məqsədimiz odur ki, göstərək ki, ədəbiyyat hələ də yaşayır və yalnız Yazıçılar Birliyinin içərisindən ibarət deyil”.

Gənc yazar Aqşin Evrən də kampaniyanın məqsədi haqda danışıb: “Son dövrlərdə Azərbaycan ədəbiyyatında qəribə bir ölü sükut yaranmışdı. Əslində, bu sükut mətn səviyyəsində deyildi. Çünki biz davamlı olaraq mətnlərimizi yazırdıq və bunlar tərcümə olunaraq xarici ölkələrdə çap olunurdu. Lakin ölkədəki ədəbi gündəm boz və ölü idi. Burada bizim tənqidçilərimizin, ədəbi qurumlarımızın və nəşriyyatların rolu və ya rolsuzluğu da var. "Həryerədəbiyyat" həştəqi qısa müddət ərzində böyük maraq doğuraraq göstərdi ki, insanlar heç də bayağı, gülünc fikir axınının ardınca qaçmırlar. Onlar ədəbiyyatın, sözün yanında durmaq istəyirlər, sadəcə, onlara bu fürsəti yaratmaq lazımdır. Ona görə də toplaşaraq belə bir qərar verdik və kampaniya başlatdıq. Gənc dostlarımız bu işə çox sevgi və ümidlə başlayıblar. Kampaniya gələcəkdə maraqlı şüar və təkliflərlə davam edəcək. İstərdim ki, içində zərrəcə də olsa sənət eşqi olan insanlar bu kampaniyaya dəstək versinlər. Dəstək verməsələr də, heç olmasa ağzı büzməsinlər, insanları kitabdan uzaqlaşdırmasınlar. Zatən, normalda bədəninin yuxarı hissəsi ilə düşünənlər buna qarşı çıxmaz. Aşağı hissələri ilə düşünənlərə isə böyük-böyük uğurlar arzulayıram”.

Gənc şair Eminquey Akif isə qeyd etdi ki, son zamanlarda ədəbiyyat adamlarına qarşı bir aqressiya hökm sürür: “Cəmiyyət özü də düşünməkdən qaçır. Müasir yazarlara qarşı sanki bir aqressiya var. Biz də cəmiyyətə əl uzadaraq, onları bir amil altında birləşməyə dəvət edirik. Bu həştaq vasitəsi ilə həm yazarlar, həm də oxucular bir birini tanımış olur. Kampaniyaya başlayandan çox böyük maraq, reaksiya var. Bu kampaniyanı gələcəkdə də başqa formalarda davam etdirəcəyik”.

Xalidə Gəray,
“Yeni Müsavat”

27 Mart 2020 Ermənilərin daha bir rəzilliyi — TÜRKLƏRİ QƏZƏBLƏNDİRDİ – VİDEO
18 Oktyabr 2019 Azərbaycanda zibilin içindən nadir kitab tapıldı
13 İyun 2019 Fəxrəddin Zeynalov: " Xalqımızın xilaskarı- Heydər Əliyev"
09 May 2019 Dünya siyasətinin sönməyən günəşi Heydər Əliyev.
15 Mart 2019 Azərbaycan prezidentinin babasının təhsilinə Hacı Zeynalabidin Tağıyev necə kömək edib – tarixi fakt
13 Mart 2019 Anar: “Vəsaitin hamısı yazıçılara xərclənəcək”
10 Oktyabr 2018 Hanı qadına əyri baxanın gözünü çıxaran Bakı cavanları?..
08 Oktyabr 2018 “Bəzi dostlarımı hələ görməmişəm” - Musa Yaqub
11 Sentyabr 2018 Şairlər nədən və kimdən yazır...
05 İyul 2018 “Qanun”dan yeni nə var?
05 İyul 2018 Aşıq Ələsgərin sonuncu nəvəsi vəfat etdi - Foto
28 İyun 2018 Gövhər ağa Cavanşirin həyatına dair kitab yazılır
23 May 2018 Şah İsmayıl əslində necə öldü? – Şok versiyalar
28 Aprel 2018 Əhməd Cavad bu şeiri sovet diktəsilə yazıb? - Sirli məqam
26 Aprel 2018 Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 110 il keçir
05 Aprel 2018 Şah İsmayılla bağlı qaranlıq məqamlar... - “Taclı Bəyim”
05 Aprel 2018 Artıq sirri açmağın zamanıdır: İlk dəfə... – Anar
14 Mart 2018 Səməd Vurğunun əlifba çıxışı – Nadir video
14 Mart 2018 İlk dəfə böyük pulu onda gördüm - Anar
12 Mart 2018 Süleyman Rüstəm Cavid haqda nələr deyib? - İki fakt
28 Fevral 2018 "Alimlərimiz lupanı əlinə alıb, toyuğun dalına düşür ki..."
24 Fevral 2018 Sabir Rüstəmxanlı türkman liderlə nədən danışdı
22 Fevral 2018 Dəhşətli tədqiqat: Ələsgərin sünnəti hardadır?
16 Fevral 2018 O məktəbi fəaliyyətsiz hala salanlar... - Kamal Abdulla
15 Fevral 2018 ADU-dan ilk: Tələbələr qaçqın məktəblərinə göndəriləcək
15 Fevral 2018 Bu, tərbiyəsizlik, vəhşilikdir - Deputatdan cavab
15 Fevral 2018 Səməd Vurğunun bu sevgisini süngüyə taxmaq olar - Deputat
30 Yanvar 2018 Akademikin qatilinin atası nə yazmışdı?
15 Yanvar 2018 Özünü öldürəcəkdi, gözlənilməz bir şey baş verdi...
30 Dekabr 2017 2017 yazarların yaddaşına belə köçdü - Sorğu